Ağ ayı dustaqxanası
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Ağ ayı dustaqxanası (ing. Polar bear jail) – Kanadanın Manitoba əyalətinin Çörçill qəsəbəsində yerləşən xüsusi tikili. Qəsəbə ətrafında tutulan təhlükəli ağ ayıları əvvəlcə bu yerə gətirirlər.[1]
Ağ ayı dustaqxanası | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Koordinatlar | 58°45′13″ şm. e. 94°04′25″ q. u.HGYO |
Vikianbarda əlaqəli mediafayllar |
Dustaqxana yaradılmamışdan öncə təhlükəli ağ ayıları vururdular. Dustaqxana 1982-ci ildə fəaliyyət göstərməyə başlamışdır.[2] Bəzi mənbələrə görə isə 1983-cü ildə küçədə baş vermiş bir ağ ayı hücumundan sonra dustaqxana yaradılmışdır.[3] Əvvəllər bu bina hərbi morq kimi fəaliyyət göstərirdi.
Əvvəlcə tikilinin 20 kamerası var idi; 16 ağ ayının və 4 ağ ayı ailəsinin saxlanılması üçün şərait mövcud idi. Ağ ayılar 2–30 gün ərzində burada saxlanılırlar. Əgər ağ ayı bir çox dəfə tutulmuş ağ ayıdırsa, bu müddət uzana bilər. Ağ ayıların burada saxlanılmasının məqsədi onlara təhlükə hissini aşılamaq və qəsəbəyə yaxınlaşmalarının qarşısını almaqdır. Ağ ayılara dustaqxanada qida verilmir. Ağ ayıların orqanizmləri uzunmüddətli aclığa qarşı dözümlü olduğu üçün onları yedizdirmək ehtiyacı yaranmır.[4]
Təhlükəli ağ ayılar tutularkən onlara sakinləşdirici vururlar və boğazlarına parlaq rəng sürtürlər. Qış yaxınlaşanda və Hudzon körfəzi donanda ağ ayılar sərbəst buraxılırlar. Onlara yenə sakinləşdirici vururlar və vertolyotla qəsəbədən uzaq bir yerdə təbiətə buraxılırlar.
2014-cü ildə dustaqxananın kameralarının sayı 28-ə çatdırılmışdır.[5] Buna baxmayaraq, Çörçill sakinləri çöldə gəzərkən ehtiyatlı olmağa çalışırlar. Hər yay qəsəbənin ətraf bölgələrini minə yaxın ağ ayı ziyarət edir. Buzlaqlar əriyəndə onlar suiti ovlaya bilmirlər və aclıq üzündən qəsəbəyə yaxınlaşmalı olurlar.
Hudzon körfəzinin və Çörçill çayının sahilində ağ ayılar haqqında xəbərdarlıq nişanları var. Ağ ayı görən şəxs qəsəbənin qaynar xəttinə zəng edə bilər. Təbii Sərvətlər Departamentinin işçiləri bu cür zəngləri qəbul etdikdən sonra ağ ayını tutmağa gəlirlər.
Dustaqxana haqqında Viktor A. Çarlo tərəfindən "Çörçill ayı dustaqxanası" adlı şeir yazılmışdır.[6]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.