8 №-li Qayıdış qəsəbəsi

Füzuli rayonunda qəsəbə From Wikipedia, the free encyclopedia

Remove ads

8 №-li Qayıdış qəsəbəsiAzərbaycan Respublikasının Füzuli rayonunun 8 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[1]

Cəld faktlar Ölkə, Tarixi və coğrafiyası ...
Remove ads

Bu Qəsəbə "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla[2] Füzuli rayonunun Bala Bəhmənli bələdiyyəsinin ərazisinə aid edilib.

Remove ads

Tarixi

"Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" 01.09.2004-cü il tarixli 727-IIQ nömrəli Qanunun[3] "Füzuli rayonu üzrə" hissəsinin birinci abzasına əsasən "Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 8 №-li Qayıdış... qəsəbələri rayonun ərazi vahidləri siyahısına daxil" edilmişdir.

Həmin hissənin üçüncü abzası ilə "Mərkəzi 6 №-li Qayıdış qəsəbəsi olmaqla, 6 №-li Qayıdış, 7 №-li Qayıdış, 8 №-li Qayıdış, 9 №-li Qayıdış, 10 №-li Qayıdış və 11 №-li Qayıdış qəsəbələrindən ibarət İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi" yaradılmışdır.

"Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" 19.06.2009-cu il tarixli 837-IIIQ nömrəli Qanunun[4] I hissəsinin yeddinci abzasına əsasən "8 №-li Qayıdış qəsəbəsi İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla 8 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi" yaradılmışdır.

Remove ads

Əhalisi

Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb.

Təhsil

8 saylı Qayıdış qəsəbəsində 198 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir.[5]

İstinadlar

Loading content...

Xarici keçidlər

Loading content...
Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads