Tərs A (böyük , kiçik ɐ, riyazi simvol ) – A hərfinin tərsinə çevrilməsi ilə yaranan hərf və simvol.

Thumb

Müasir istifadə

  • ɐ hərfi beynəlxalq fonetik əlifbada istifadə olunan simvollardan biridir.[1]
  • ∀ simvolu riyaziyyatda universal kvantifikasiyanı bildirmək üçün istifadə olunan məntiq simvoludur və "hamısı üçün" kimi tərcümə olunur. İlk dəfə Qerhard Qentsen tərəfindən 1935-ci ildə istifadə olunmuşdur. O, ilk dəfə Cüzeppe Peano tərəfindən istifadə olunmuş Ǝ simvolundan ilhamlanmışdır.[2]

Tarixi istifadə

Tərs a hərfi Edvard LluydVilyam Prays tərəfindən Korn dili üçün fonetik simvol kimi istifadə olunmuşdur. Onların kitablarında ɐ simvolları istifadə olunmuşdur.[3] Simvol XIX əsrdə riyaziyyatçı Çarlz Sanders tərəfindən məntiq simvolu kimi işlədilmişdir.[4] 2023-cü ildə Azərbaycan ordusuna məxsus hərbi texnikanın üzərində yazılmış tərsinə A hərfi Ermənistanda Zəngəzur dəhlizinə müdaxilənin simvolu kimi qiymətləndirilsə də, Azərbaycan tərəfi bu simvolun sadəcə digər ölkəyə aid maşınlardan fərqləndirmək üçün istifadə olunduğunu bildirmişdir.[5]

Akrofoniya prinsipinə görə A hərfi protosinan yazısında öküz (alef) başını təmsil edən simvoldan yaranmışdır. Lakin vaxt keçdikcə simvolun yazıdakı istiqaməti və əsl mənası itmişdir. Tərs A hərfi öküz başı formasında olan loqoqrafik görünüşü bərpa edir.[6]

Populyar mədəniyyətdə

  • 1999-cu ildə yayımlanmış "Turn A Gundam" animesinin stilizə olunmuş adı "∀ Gundam" formasındadır.[7]
  • Rusiya-Ukrayna istehsalı olan "Maski-şou" verilişinin loqosunda A hərfi tərs formada verilmişdir.

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.