From Wikipedia, the free encyclopedia
Əzizağa Elsevər (Ələkbərov) (tam adı: Əzizağa Bəhrəm oğlu Ələkbərov; d.10 sentyabr 1952, Azərbaycan SSR, Cəlilabad rayonu, Sabirabad kəndi) – Azərbaycan Jurnalistlər Birliyinin (AJB) və 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu “Beynəlxalq münasibətlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent.[1]
Əzizağa Ələkbərov | |
---|---|
Əzizağa Bəhrəm oğlu Ələkbərov | |
Doğum tarixi | |
Doğum yeri | Sabirabad, Cəlilabad rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | tarix |
Elmi dərəcəsi | tarix üzrə fəlsəfə doktoru |
İş yeri | AMEA Tarix İnstitutu |
Təhsili | Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsi |
Əzizağa Bəhrəm oğlu Ələkbərov 1952-ci il sentyabrın 10-da Cəlilabad rayonunun Sabirabad kəndində anadan olmuşdur.
1968-ci ildə Sabirabad kənd 8 illik məktəbini, 1971-ci ildə Cəlilabad şəhər 7 saylı orta məktəbini fərqlənmə ilə bitirmiş və həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinə qəbul olunmuşdur. 1975-ci ildə həmin universitetin tarix fakültəsini bitirmişdir.
1975-1984-cü illərdə Sabirabad kənd orta məktəbində tarix və ictimaiyyat müəllimi vəzifəsində çalışmışdır. 1984-cü il sentyabrın 18-dən -1997-ci il aprelin 28-dək Azərbaycan EA “ Elm” nəşriyyatında redaktor, böyük redaktor və 1-ci dərəcəli redaktor vəzifələrində işləmişdir.
1997-ci il aprelin 28-də Azərbaycan EA A.A.Bakıxanov adına Tarix İnstitutunun “ Azərbaycanın Böyük Vətən müharibəsi və müharibədən sonrakı dövr tarixi” şöbəsinə elmi işçi vəzifəsinə köçürülmə yolu ilə qəbul edilmişdir.
2001-ci il oktyabrın 31-də “ Azərbaycan avtomobil nəqliyyatının bərpa və inkişaf etdirilməsi tarixi (1946-1960-cı illər)” mövzusunda tarix üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir.
Əzizağa Ələkbərov akademik nəşr olan çoxcildlik “Azərbaycan tarixi”nin VII cildinin müəlliflərindən biridir. Hazırda o, “Azərbaycan SSR-nin Qazaxıstan və Mərkəzi Asiya respublikaları ilə əlaqələri tarixi (1946-1991-ci illər)” adlı doktorluq dissertasiyasını tamamlamaq üzrədir.
Əzizağa Ələkbərovun “Azadlıq” qəzetində (1990-1991-ci illər) korrektor, Qərb Universitetinin “Menecer” litseyində müəllim, sonra direktor (1992- 1995-ci illər), “Savalan” (1995-1996-cı illər), “Şəhriyar” (1996- 1997-ci illər) qəzetlərində ədəbiyyat şöbəsinin müdiri, “Respublika” qəzetinin əməkdaşı (1998-1999-cu illər), “Təzə həyat” qəzetinin redaktoru (1999- 2001-ci illər), Bakı şəhəri Yasamal rayon 21 saylı tam orta məktəbdə fəaliyyət göstərən gecə məktəbində tarix müəllimi, Xətai rayonundakı 147 saylı texniki humanitar litseydə tarix- ictimaiyyat müəllimi (2001- 2003-ci illər), Kooperasiya Universitetində müəllim (2003-2005-ci illər), Lənkəran Dövlət Universitetində müəllim (2003- 2008-ci illər) işləmişdir. Hazırda o, Bakı Qızlar Universitetində (2003-cü ildən bu günə qədər) və Azərbaycan Dövlət Pedaqoji Universitetində (2008-ci ildən bu günə qədər) dosent kimi pedaqoji fəaliyyət göstərməkdədir.
Əzizağa Ələkbərov Ali Attestasiya Komissiyası tərəfindən 4 aprel 2018-ci ildə dosent elmi adını almışdır.
Tarix İnstitutunun Müdafiə Şurası yanında yaradılmış Elmi Seminarın 2007-ci ildən bugünə qədər üzvüdür. Fəlsəfə doktorluğu üzrə müdafiə edilmiş 5 dissertasiyanın rəsmi opponenti olmuşdur. 80-dan çox elmi məqaləsi müxtəlif elmi jurnallrda (o cümlədən, Daşkənd, Səmərqənd, Çimkənd, Moskva, Ufa, Alma-Ata, Ankara, Minsk, Kiyev, Nazran, Maxaçqala və s. şəhərlərin elmi jurnallarında) çap olunmuş və 30 ilə yaxın pedaqoji fəaliyyəti dövründə magistr və bakalavrlar üçün hazırladığı 15 tədris proqramı nəşr edilmişdir.
Əzizağa Ələkbərov Azərbaycan Müəllimlər İnstitutu və onun filiallarının akkreditasiyasının keçirilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14 noyabr 2010-cu il tarixli əmri ilə yaradılmış komissiyanın üzvü və yenə həmin nazirliyin 15 iyul 2011-ci il tarixli əmri ilə təşkil edilmiş Təhsil Sektorunun İnkişafına dair İkinci Layihə Çərçivəsində “ Təhsilin idarə olunmasında təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi nəticələrindən istifadə” komponenti üzrə, Ümumtəhsil məktəbləri üçün “ Azərbaycan tarixi” və “Ümumi tarix” fənlərinə dair işçi qrupunun üzvü olmuşdur.
O, elmi–tədqiqat və pedaqoji fəaliyyətlə bərabər, həm də Əzizağa Elsevər imzası ilə ardıcıl bədii-publisistik fəaliyyətlə də məşğul olur. Onun 70-dən çox hekayəsi, 300-dən çox bədii-publisistik yazıları müxtəlif qəzet və jurnallarda, almanaxlarda çap edilmişdir. Povest və hekayələrdən ibarət 3 kitabın - “ İki kölgə” (1989), “ Əbədiyyət yolçusu” (2003), “ Anam üçün darıxmışam” (2005) müəllifidir. 1995-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin (AJB) və 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvüdür.
2018-ci il sentyabrın 4-dən Türkiyə Cümhuriyyətində nəşr olunan "Akademik mətbuat" Sosial araşdırmalar dərgisinin redaksiya heyətinin üzvüdür.
Əsərləri özbək, qazax, başqırd, rus, fars və talış dillərinə tərcümə edilmişdir.
“Şəhriyar” qəzeti xətti ilə 1997-ci il fevralın 23-dən martın 3-dək İran İslam Respublikasında Tehran-Məşhəd-Qum ziyarətində olmuşdur.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.