Ərəbyengicə yaşayış yeri — Azərbaycan ərazisində arxeoloji abidə
Ərəbyengicə yaşayış yeri Şərur rayonunun eyni adlı kəndinin yaxınlığında, Araz çayı ilə Arpaçayın birləşdiyi yerdə salınmışdır. Eneolit və Erkən Tunc dövrünün abidəsidir. Yaşayış yeri 1-1,5 m yüksəklikdə olan oval təpənin üzərindədir. Sahəsi 0,8 hektardır. Yaşayış yerinin böyük bir qismi hazırda əkin sahələrinin altında qalmışdır.
1984-1986-cı illərdə yaşayış yerində aparılan tədqiqatlar nəticəsində abidənin yerləşdiyi sahədən xeyli yerüstü materiallar toplanmışdır. Onlar dən daşları, sürtkəc və keramikadan ibarətdir.
2008-ci ildə A.Q.Seyidov və Vəli Baxşəliyev tərəfindən yaşayış yerində tədqiqatlar aparılmış, mədəni təbəqə 2,4 m dərinliyədək öyrənilmişdir. Tədqiqat zamanı dördrünc və oval formalı binaların qalıqları aşkar olunmuşdur. Keramika əsasən boz və qonur-qara rəngli gil qabların müxtəlif hissələrindən ibarətdir. Əsasən qum, bəzən isə saman qarışığı olan gildən hazırlanmışdır. Onlar küpə, çölmək və kasalarla təmsil olunmuşdur. Saxsı qabların bəzisi çəhrayı astarlıdır. Ağzının kənarı içəridən çəhrayı və qəhvəyi rənglə, xaricdən isə qara rənglə boyanaraq cilalanmışdır. Gil qabların naxışlanmasında spiralşəkilli ornamentdən, oval batıqlardan istifadə edilmişdir. Yaşayış yerindən aşkar edilmiş gil məmulatı Son Eneolit dövrünə,Kür-Araz mədəniyyətinin erkən, əsasən isə orta və son dövrləri üçün xarakterikdir. Yaşayış yeri e.ə. IV-III minilliklərə aid edilir[1] [2].
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.