Əlisaab Orucov

From Wikipedia, the free encyclopedia

Əlisaab Orucov

Əlisaab (Əlisahib) Səftər oğlu Orucov (24 yanvar 1946, Göyçay) — Azərbaycan hüquqşünası və dövlət xadimi, Azərbaycanın ədliyyə naziri (1985–1992), Azərbaycan Respublikası Baş nazirinin müavini — Azərbaycan Respublikası Prezidentinin fövqəladə səlahiyyətli nümayəndəsi (1992).

Cəld faktlar Prezident, Baş nazir ...
Əlisaab Orucov
Thumb
7 aprel 1992 2 iyul 1992
PrezidentYaqub Məmmədov (i.e.)
Ayaz Mütəllibov
İsa Qəmbər (i.e.)
Əbülfəz Elçibəy
Baş nazirFeyruz Mustafayev (i.e.)
Rəhim Hüseynov
SonrakıSurət Hüseynov
5 fevral 1991 7 aprel 1992
Əvvəlkivəzifə adı dəyişdirilib
Sonrakıİlyas İsmayılov
15 yanvar 1985 5 fevral 1991
ƏvvəlkiNəriman Yusifov
Sonrakıvəzifənin adı dəyişdirilib
Şəxsi məlumatlar
Doğum tarixi 24 yanvar 1946(1946-01-24) (79 yaş)
Doğum yeri
Təhsili
Bağla

Həyatı

Əlisaab Səftər oğlu Orucov 24 yanvar 1946-cı ildə Göyçay şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1953–1964-cü illərdə Göyçay şəhər 3 saylı orta məktəbdə, 1966–1971-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin əyani bölməsində təhsil almışdır.[1]

1971-ci ildə Azərbaycan SSR Ədliyyə Nazirliyində Məhkəmə Orqanları İdarəsində məsləhətçi kimi işə başlamış, 1973-cü ilin fevral–iyun aylarında Bakı şəhər Nəsimi rayon xalq məhkəməsində xalq hakimi kimi təcrübə keçmişdir. Elə həmin ilin iyunundan 1977-ci ilin dekabrınadək Kirovabad (Gəncə) şəhərində xalq hakimi işləmiş, 1977-ci ilin dekabrından 1980-ci ilin martınadək isə Azərbaycan SSR Ali Məhkəməsinin üzvü olmuşdur.[2] 1980-ci ilin mart ayında Əlisaab Orucov Azərbaycan SSR Ali Məhkəməsinin sədr müavini, iki il sonra isə birinci müavini seçilmişdir.[1]

Əlisaab Orucov 1985-ci ilin yanvarından 1992-ci ilin aprel ayınadək Azərbaycanın ədliyyə naziri (müstəqil Azərbaycanın ilk ədliyyə naziridir) olmuşdur. 1992-ci ilin aprelindən həmin ilin iyul ayınadək Azərbaycan Respublikası Baş nazirinin müaviniAzərbaycan Respublikası Prezidentinin fövqəladə səlahiyyətli nümayəndəsi işləmiş, Qarabağda gedən müharibə zamanı ön cəbhədə olmuşdur.[2]

Əlisaab Orucov 1993–1995-ci illərdə Azərbaycan Milli Yaradıcılıq Akademiyası Prezidentinin müavini, 1995-ci ilin iyul ayından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat və VVA İdarəsinin rəisi işləmişdir.[3]

Əlisaab Orucov 1973-cü ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.[4] Azərbaycan SSR Ali Sovetinin XI (1985–1991) və XII (fevral–may 1991) çağırış deputatı seçilmişdir.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.