From Wikipedia, the free encyclopedia
Əliağa Bakir (Əliağa Hacıağa oğlu Rzayev; 1 noyabr 1923, Bakı – 22 may 1998, Bakı) — şair.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Əliağa Bakir | |
---|---|
Doğum adı | Əliağa Hacıağa oğlu Rzayev |
Doğum tarixi | 1 noyabr 1923 |
Doğum yeri | |
Vəfat tarixi | 22 may 1998 (74 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Maştağa, Bakı, Azərbaycan |
Atası | Hacıağa Rzayev |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | azərbaycanca |
Məhəmməd Füzuli ədəbi məktəbinin görkəmli nümayəndələrindən biri olan Əliağa Bakir (Əliağa Hacıağa oğlu Rzayev) 1923-cü il noyabrın 1-də Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur.
İlk təhsilini Bakının bir neçə məktəbində alsa da (“Bədəlbəyin məktəbi”, 25, 136 və 171 nömrəli məktəblər), 171 nömrəli orta məktəbdən məzun olmuşdur (1941).
Ədəbiyyata hələ uşaq illərindən böyük həvəs göstərən şair ilk şeirini 6-cı sinifdə oxuyarkən İspaniyada mübarizə aparan respublikaçılara həsr etmişdir (1937).
Əliağa Bakir ilk əmək fəaliyyətinə 1941-ci ildə SSRİ Müdafiə Nazirliyinin 610 nömrəli hərbiləşdirilmiş zavodunda fəhlə olaraq başlamışdır. Daha sonra ikinci dünya müharıbəsinin ən şiddətli günlərində cəbhəyə yola düşmüş və Qudermes yaxınlığında alman qırıcı təyyarələrinin sovet hərbi qatarını bombardman etməsi nəticəsində ağır yaralanmışdır (1943). Şair gənclik çağlarında çox sıxıntılı və iztirablı günlər yaşamışdır.
O, 1955-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutunu bitirərək, inşaat mühəndisi ixtisasına yiyələnmişdir. Qırx ildən artıq bir dövr ərzində respublika Kənd Təsərrüfatı Nazirliyinin Baş Baytarlıq İdarəsində mühəndis vəzifəsində çalışmışdır.
Böyük söz ustadı Əliağa Vahidin tələbələrindən olmuş Əliağa Bakir ədəbi fəaliyyətə 1940-cı illərdən başlamışdır. O, 2200-dən artıq qəzəl və müxtəlif janrlarda yazılan şeirlərin, eləcədə, 5 poema müəllifidir. Onun əsərlərində yüksək insani keyfiyyətlər və mənəvi dəyərlər ana xətt olaraq görülməkdədir. Yaşadığı həyat qələmə aldığı nəzm əsərlərində öz əksini tapmışdır. Bir çox şeir və qəzəli dövri mətbuatda dərc olunmuş, bəstəkarlar tərəfindən musiqi bəstələnmiş, muğam ustaları tərəfindən ifa edilmişdir. Yaradıcılığı haqqında radio və televiziya verilişləri hazırlanmışdır.
“Yazıçı” nəşriyyatı tərəfindən 1978 və 1986-cı illərdə buraxılmış “Qəzəllər” toplusunda Əliağa Bakirin bir sıra qəzəlləri çap edilmişdir. Bundan əlavə, şairin “Eşq ilə gülmüş təbiət” (1990), “Tarixlərdən gələn səslər” (1991), “Qabusnamə lövhələri” (1992) və “Min bir gözəl, min bir qəzəl” (1994) adlı kitabları kütləvi tirajla çapdan çıxmışdır.
22 may 1998-ci ildə Bakıda vəfat etmişdir. Qəbri ata yurdu Maştağa kəndindədir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.