From Wikipedia, the free encyclopedia
Əli Qaramanlı — Osmanlı Tripolitaniyası hakimi, Əhməd Qaramanlının ikinci oğlu, paşa. 40 il hakimiyyətdə qalmışdır.
Əli Qaramanlı | |
---|---|
Osmanlı Tripolitaniyasının XXXXVII paşası | |
24 iyul 1754 – 30 iyul 1793 | |
Əvvəlki | Mehmet Qaramanlı |
Sonrakı | Əli Burğul Paşa |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Atası | Əhməd Qaramanlı |
Rütbəsi | Admiral |
Əli Qaramanlı qardaşından sonra hakimiyyətə gəlmiş, 1754-1758-ci illərdə Manşiya və Sahil bölgələrində üsyanları yatırtmaq məcburiyyətində qalmışdır. Onun ordusunda 400 yeniçəri, 200-300 müsəlmanlaşdırılmış keçmiş-xristian, 500 alban və 600 ərəb əsgər var idi. Dənizçilərin çoxu ya alban ya da ərəb idi. 1767-ci ildə ölkədə yayılan yoluxucu xəstəlik və 1784-cü ildəki aclıq fəlakəti hakimiyyətinin sarsılmasına səbəb olmuşdu.[1] Fransız konsulu onun haqqında yazırdı[2]:
O idarə edir amma əmrlərinə itaət edilmir. Öz hərəminə girib və susur. Heç nə ucaltmır, heç nə təmir etmir, hər şey uçub tökülür. |
1790-cı ildə oğlu Həsən, digər oğlu Yusif tərəfindən güllələnərək öldürülmüşdü. Əli, Həsənin yerinə vəliəhd olaraq digər oğlu Əhmədi təyin etmişdi. Lakin yerli əhali Yusifi dəstəkləyirdi. Bəni Nüveyr qəbiləsinin köməyi ilə 1792-ci ildə üsyana başlayan Yusif tezliklə Əlcəzairdən gələn Əli Burğul paşanın gözlənilməz hücumu ilə qarşılaşdı. 30 iyul 1793-cu ildə Əli Qaramanlı Tunisə qaçmalı oldu.
1793-cü ildə Tunisə qaçan Əli, Tunis paşası Həmmud paşa köməyi ilə 20 yanvar 1795-ci ildə Əli Burğul paşanı devirərək Tripolitaniyanı geri aldı. Özü Tunisdə qalsa da, hakimiyyəti oğlu II Əhməd Qaramanlıya verdi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.