Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi From Wikipedia, the free encyclopedia
Əli Nağı oğlu Nağıyev (8 noyabr 1958, Naxçıvan rayonu) — general-polkovnik, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin müavini (2005–2011).
Əli Nağıyev | |
---|---|
![]() | |
Vəzifədədir | |
20 iyun 2019-cu ildən | |
Prezident | İlham Əliyev |
Əvvəlki | Mədət Quliyev |
16 mart 2005 – 11 aprel 2011 | |
Prezident | İlham Əliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 noyabr 1958 (66 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi |
![]() General-polkovnik |
|
|
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
Vikianbarda əlaqəli mediafayllar |
Əli Nağı oğlu Nağıyev 1958-ci il noyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olmuşdur.[1] 1981-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda ali təhsil almışdır.[1]
Əmək fəaliyyətinə 1975-ci ildə başlamışdır. 1986-cı ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali kurslarını bitirdikdən sonra Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat strukturlarında məsul vəzifələrdə xidmət etmişdir.[1]
Azərbaycan Respublikası Prezidentinin 16 mart 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin müavini təyin olunmuşdur.[2]
Azərbaycan Respublikası Prezidentinin 27 mart 2006-cı il tarixli Sərəncamı ilə Əli Nağıyevə general-mayor ali hərbi rütbəsi verilmişdir. 2011–2019-cu illərdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 5 avqust 2014-cü il tarixli Sərəncamı ilə Əli Nağıyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilmişdir.[3]
Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilmişdir.[4]
Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli Sərəncamı ilə Əli Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilmişdir.[5] Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Əli Nağıyevə general-polkovnik ali hərbi rütbəsi verilmişdir.[6]
Təhlükəsizlik orqanlarında xidmət etdiyi müddət ərzində çoxsaylı dövlət təltiflərinə və digər mükafatlara layiq görülmüşdür:
Seamless Wikipedia browsing. On steroids.