From Wikipedia, the free encyclopedia
Muradov Əli Nəsrulla oğlu (1940, Vedi rayonu) — Azərbaycan Texnologiya Universiteti, kimya mühəhdisliyi kafedrasının dosenti. Azərbaycan Texnologiya Universitetinin " Kimya mühəndisliyi " kafedrasının tədris işlər üzrə müdir müavini, "Göy-gölün Ekoloji Monitorinqi" Elmi — Tədqiqat laboratoriyasının rəhbəri, apardığı elmi işin səmərəliyinə görə müəlliflik şadətnaməsinə və SSRİ-nin səmərələşdiriçi döş nişanı medalını almışdır, kimya elmləri namizədidir.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Əli Muradov | |
---|---|
Muradov Əli Nəsrulla oğlu | |
![]() | |
Doğum tarixi | 1940 |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya elmləri namizədi |
Elmi adı | dosent |
İş yeri | Azərbaycan Texnologiya Universiteti |
Təhsili | Gəncə Dövlət Pedaqoji İnstitutu |
31 dekabr 1940-cı ildə Qərbi Azərbaycanın Vedi rayonunda kolxozçu ailəsində dünyaya gəlmişdir. 1947-ci ildə millətçi erməni daşnaklarının təcavüzünə məruz qalan kənd əhalisi deportasiya olunaraq, Azərbaycanın Şəmkir rayonunda məskunlaşmışdır. Azyaşlı uşaq evdə ailələrinə kömək edir, gecələr lampa işığında kitab oxuyardı. Onun bu əziyyəti yerdə qalmadı, orta məktəbi müvəffəqiyyətlə bitirib, heç bir çətinlik çəkmədən H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsinə daxil oldu. Fəal tələbə kimi tez bir zamanda müəllimlərin nəzərini cəlb etdi. Tələbə Elmi Cəmiyyətinin ən fəal üzvünə çevrildi, institutun kitabxanası onun ən sevimli yeri oldu. Axtarışlar, araşdırmalar, sevimli müəllimlərinin tövsiyələri onun kamilləşməsində böyük rol oynadı. Gecə — gündüz çalışmaq öz bəhrəsini verdi, o institutu "Fərqlənmə" diplomu ilə bitirdi. Təyinatla öz doğma məktəbinə kimya müəllimi göndərildi. Az bir müddətdə qabiliyyətinə və mükəmməl biliyinə görə məktəbin dərs hissə müdiri vəzifəsinə irəli çəkdilər.
O işgüzar fəaliyyəti ilə bərabər alim olmaq üçün gecə — gündüz aspiranturaya hazırlaşırdı. Bəli, tanrı onun səsini eşitdi, 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının Aşqarlar Kimyası institutunun aspiranturasının əyani şöbəsinə daxil oldu. O dövrün tanınmış iki dəfə SSRİ və bir dəfə Azərbaycan Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi və iki çağırış SSRİ Ali Sovetin deputatı olan həmin institutun direktoru Əli Quliyev onun elmi rəhbəri oldu. O, gecə-gündüz axtarışlar aparıb, mükəmməl biliyə yiyələnərək, aspiranturanı müvəffəqiyyətlə bitirdi. 1970-ci ildən Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun Kirovabad filialında assistent kimi işə qəbul olundu. Az bir zamanda savad və yaradıcılıq qabiliyyəti nəzərə alınaraq 1976-cı ildən kafedranın baş müəllimi, 1982-ci ildən kafedranın dosenti,1983–1988-ci illərdə isə "Qeyri- üzvi və Analitik kimya" kafedrasının müdiri vəzifəsinə irəli çəkildi. O yaxşı bilirdi ki, maddi-texniki baza varsa, yüsək ixtisaslı mütəxəssis hazırlığı realdır. Məhz onunçün də o buna nail olaraq mükəmməl kimya laboratoriyasını yaratdı. 1986-cı ildən Naftalan neftinin kimyəvi tərkibinin tədqiqinə aid elmi işini davam etdirərək 2009-cu ildə "Naftalan neftinin kimyəvi tərkibinin tədqiqi və ondan alınan neftin karbohidrogen fraksiyalarının təsir mexanizminin öyrənilməsi" mövzusunda doktorluq dissertasiya işini hazırladı. AAK-nin tövsiyəsini nəzərə alaraq, müəyyən düzəlişlərdən sonra, bu il doktorluq işi AAK-a təqdim olunmuşdur. Alimin doktorluq mövzusuna aid 51 elmi məqaləsi xarici və yerli mətbuatda dərc edilmişdir. 92 elmi əsərin, 2 müəlliflik şəhadətnaməsinin, 1 patentin, 1 dərsliyin, 8 dərs vəsaitinin, 11 metodiki göstərişin müəllifidir.1983/84-cü tədris ilində, Universitetdə apardığı elmi-tədqiqat işin səmərəliliyinə görə SSRİ-nin səmərələşdirici döş nişanı medalı ilə təltif edilmişdir. 55 illik pedaqoji fəaliyyətinin 48 ilini Azərbaycan Texnologiya Universitetində müəllim işləmişdir. Yüksək elmi pedaqoji fəaliyyətinə görə rektorluq tərəfindən "Fəxri Fərman"lara, Təhsili Nazirliyinin qiymətli mükafatı və təşəkkümaməsi ilə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Fəxri Fərmanları ilə təltif edilmişdir. 2015-ci ildə Azərbaycan Texnologiya Univresitetinin rəhbərliyi onun əməyini qiymətləndirərək 75 illiyi münasibətilə universitetin tərtib etdiyi hədiyyə medalı ilə təltif etmişdir.
Naftalan neftindən bioloji aktiv maddə olan naften karbohidrogenlərinin yeni texnaloji üsulnan alınmasına aid apardığı tədqiqat işinə görə, patent almış və monoqrafiyası dərc edilmişdir.
Əli müəllim eyni zamanda şəhərin ictimai həyatında fəallıq göstərir. 39 saylı Kəpəz birinci (Gəncə) Dairə Seçki Komissiyasının 15 saylı Məntəqə Seçki Komissiyasının 2008–2017-ci ilə kimi sədri vəzifəsində işləmişdir. Əli Muradovun 54-illik elmi-pedaqoji fəaliyyəti nəzərə alınaraq onun haqqında 22 iyul 20117-ci ildə Respublika qəzetində məqalə dərc edilmişdir.
O, zəngin dünyagörüşə malik çoxsaylı elmi əsərlərin müəllifi, vətənini dərin məhəbbətlə sevən, ailəsinə, dostlarına, həmkarlarına ciddi, nəcib düyğu ilə yanaşan və həyatda düzgün mövqe tutub yaşayan ziyalıdır.
121 Elmi əsəri var, onlardan bir çoxları xarici və yerli tanınmış jurnallarda çıxmışdır.
Seamless Wikipedia browsing. On steroids.