From Wikipedia, the free encyclopedia
Əli Müsyo, Kərbəlayı Əli Hacı Məhəmmədbağır oğlu Təbrizi (1879-1910) — İran Məşrutə hərakatının fəal üzvü.
Əli Müsyo | |
---|---|
Kərbəlayı Əli Hacı Məhəmmədbağır oğlu Təbrizi | |
Doğum tarixi | |
Doğum yeri | Təbriz, Cənubi Azərbaycan |
Vəfat tarixi | |
Vəfat yeri | Təbriz, Cənubi Azərbaycan |
Fəaliyyəti | siyasətçi |
Kərbəlayı Əli Müsyo İran inqilabından bir il əvvəl Hacı Əli Davafuruş və Hacı Rəsul Sədəqyani ilə birlikdə Təbriz sosial-demokrat qrupunu yaratmışdı.
Təbriz əncüməni üzvləri və "Mərkəzi-qeyb"in fəalları Əli Müsyonun evində yığıncaq keçirirdilər.
İkinci gizli, siyasi qrupun görkəmli üzvlərindən olan Əli Müsyö bir sıra xarici ölkələrdə, o cümlədən Rusiyada, Avropanın bəzi ölkələrində olmuş, bir müddət İstanbulda yaşamış mübariz və təcrübəli ziyalılardan biri idi. Əli Müsyö Fransa inqilabları tarixini yaxşı bilirdi və öz danışıqlarında həmişə Fransa zəhmətkeşlərinin mübarizə tarixindən misallar gətirirdi
İkinci gizli, siyasi qrupun bu mühüm fəaliyyəti, yəni RSDFP-nın Qafqaz təşkilatı ilə əlaqə saxlaması, bu təşkilatların nəşr etdiyi gizli, inqilabi vərəqələrinin Təbrizdə və İranın digər şəhərlərində yayılması işinin həyata keçirilməsi ona görə qiymətli idi ki, həmin bu vərəqələr kütlələrin oyanmasında, onların həyəcanlanmalarında böyük rol oynayırdı. "Qiyame Azərbaycan və Səttar xan" əsərinin müəllifi İsmayıl Əmirxizi özünün tərcumeyi-halında göstərir ki, Rusiyadan gətirilən siyasi vərəqə və bəyannamələrdən bir neçəsi Hacı Mehdi Kuzəkünani vasitəsilə onun əlinə keçmiş, ona çox təsir bağışlamışdı.
Məlum olduğu kimi, Hacı Mehdi Küzəkünani İkinci gizli, siyasi qrupun üzvləri ilə, xüsusilə Əli Müsyö ilə yaxın dost və daim əlaqədə olmuş və sonralar məşrutə inqilabında fəal iştirak etmişdir. Gizli, siyasi qrup vasitəsilə Əmirxiziyə və onlarla bu kimi adamlara çatdırılan siyasi vərəqələr bizcə, RSDFP-nın Bakı Komitəsi tərəfindən nəşr edilmiş vərəqələr və intibahnamələrdəndir. Çünki hələ 1901-ci ildə inqilabi ədəbiyyatın nəşr edilib Zaqafqaziyanın və Rusiyanın hər tərəfində yayılması işində mühüm rol oynayan "Bakının gizli mətbəəsinin fəaliyyəti 1903-cü ildə daha geniş dairəni əhatə etmişdi. Azərbaycan sosial-demokratlarının intibahnamələri və vərəqələri Azərbaycan, rus, erməni və gürcü dillərində nəşr edilirdi. Vərəqələr və intibahnamələr buraxılması 1903-cü ilin martından başlayaraq, xüsusilə geniş bir dairə almışdır"
1907-ci ildə Təbriz şəhərinin Əmirxiz məhəlləsinin fədailərinə rəhbərlik edən Səttar xan özünün qəhrəmanlığı və şücaəti ilə bütün fədailərin sevimli sərkərdəsinə çevrildi.
Şura Məclisi topa tutulduqdan sonra şahın 40 min nəfərlik silahlı qüvvəsi inqilabın beşiyi Təbriz şəhərinə hücum etdi. 1908-ci ilin iyun ayında Səttər xanın rəhbərliyi altında Ali Hərbi Şura yarandı. Ali Şuranın baş komandanı Səttar xan və onun müavini Bağır xan, üzvləri Əli Müsyo, Hacı Əli Davafuruş, Seyid Haşim xan təyin edildilər.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.