From Wikipedia, the free encyclopedia
Əli Heydər Gərmiyanoğlu (19 sentyabr 1889, İstanbul – 1970, İstanbul) — Zülüflü İsmayıl Paşanın oğlu, Sultan Vahidəddinin kürəkəni.[1]
Əli Heydər Gərmiyanoğlu | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 sentyabr 1889 |
Doğum yeri | |
Vəfat tarixi | 1970 |
Vəfat yeri | |
Atası | Zülüflü İsmail Pasha |
Anası | Fatma İsmət xanım |
Həyat yoldaşı |
1889-cu ildə əkiz qardaşı Cəlaləddinlə birlikdə İstanbulda dünyaya gəldi. Atası Sultan Əbdülməcidin saraydan kənarda doğulan oğlu və Sultan Əbdülhəmidin xəfiyyələrindən Zülüflü İsmayıl Paşadır. Anası isə Osmanlının son sədrəzəmlərindən Əhməd İzzət Paşanın bacısı Fatma İsmət xanımdır.[2]
1 noyabr 1923-cü ildə Nişantaşı köşkündə Sultan Vahidəddinin böyük qızı Fatma Ülviyə Sultanla nigahlandı. Bu nigahdan övladı olmasa da, Fatma Ülviyə Sultanın İsmayıl Haqqı bəylə olan ilk evliliyindən bir qızı vardı və Əli Heydər bəy Hümeyra xanım Sultan adlı bu qızcığazın təlim-tərbiyəsi ilə məşğul oldu.
Ertəsi il - 3 mart 1924 tarixli TBMM qərarı ilə, xanımı və övladını yanına alaraq sürgün olundu. Sürgündə İtaliyanın San-Remo qəsəbəsində yaşayan qaynatası Sultan Vahidəddinin yanında məskunlaşan Əli Heydər bəy, 1926-cı ildə onun vəfatının ardından ailəsiylə birlikdə Monte-Karloya, 1929-cu ildə isə İsgəndəriyyəyə köçdü. 1939-cu ildə doğma atası İsmayıl Haqqı Oktayın siyasi nüfuzu sayəsində Hümeyra xanım Sultan gizlicə Türkiyə vətəndaşlığına qəbul edildi və İstanbula göndərildi. Əli Heydər bəy isə 1952-ci ildə çıxarılan və Osmanlı sülaləsinin yalnız xanım üzvlərinə aid edilən əfv qanunuyla, xanımını da yanına alaaraq Türkiyəyə qayıda bildi. Cütlük ertəsi il Soyad qanunuyla Gərmiyanoğlu soyadını aldı və maddi sıxıntılar səbəbilə xanımı Fatma Ülviyə Sultan İzmirdəki qızı Hümeyra xanım Sultanın yanında, Əli Heydər bəy isə Vahidəddin köşkündə yaşamağa məcbur oldular. Xanımı Fatma Ülviyə Sultan 25 yanvar 1967-ci ildə İzmirdə vəfat etdi. Əli Heydər bəy isə cəmi 3 il sonra - 1970-ci ildə İstanbulda vəfat etdi.[3]
Seamless Wikipedia browsing. On steroids.