Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax:
Əli Həsənov.
Əli Məhəmmədəli oğlu Həsənov (10 mart 1960, Tənənəm, Noraşen rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, tarixçi, politoloq, I dərəcəli dövlət müşaviri, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri (2005–2019), Geostrategiya elmi jurnalının baş redaktoru.
Cəld faktlar Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Şəxsi məlumatlar ...
Bağla
Əli Məhəmmədəli oğlu Həsənov 10 mart 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Tənənəm kəndində anadan olmuşdur. 1982-ci ildə hərbi xidmətini başa vuraraq Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş, 1985-ci ildə təhsilini davam etdirmək üçün məqsədli göndərişlə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinə köçürülmüşdür. 1988-ci ildə adıçəkilən universiteti fərqlənmə diplomu ilə bitirərək əyani aspiranturaya qəbul olmuşdur. 1992-ci ildə Moskva Dövlət Universitetinin tarix fakültəsinin aspiranturasını bitirmiş, "1917–1941-ci illərdə SSRİ-də milli münasibətlər (Azərbaycan tarixşünaslığı)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. Ailəlidir, 1 oğlu və 1 qızı var.
1992–1995-ci illərdə Naxçıvan Muxtar Respublikası və Bakıda elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətlə məşğul olmuşdur. Birinci dərəcəli dövlət müşaviri, Əməkdar Dövlət Qulluqçusu olub.
Ə. M. Həsənov 1992-ci ildən həm də elmi-pedaqoji fəaliyyətlə məşğul olur. 2000-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Beynəlxalq münasibətlər və xarici siyasət" kafedrasına rəhbərlik edir. Eyni zamanda, 2000-ci ildə "Azərbaycanın xarici siyasəti: Avropa dövlətləri və ABŞ (1991–1996)" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi, 2005-ci ildən isə professor adını almışdır.[3] 1995–2020-ci illərdə onun beynəlxalq münasibətlər və geosiyasət mövzusunda 40-dan çox monoqrafiyası, 8 dərsliyi və yüzlərlə elmi məqalələri xarici dillərə tərcümə edilərək dünyanın ondan artıq dövlətində çap olunmuşdur.
1995-ci ildən Ə. M. Həsənov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə rəhbərlik etmişdir. 2015-ci ildə şöbə müdiri vəzifəsini saxlamaqla, həm də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi təyin olunmuşdu.
2019-cu ilin noyabr ayında Prezident İlham Əliyevin imzaladığı sərəncamla Əli Həsənovun Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi — şöbə müdiri vəzifəsindən azad edildi və bu şöbə ümumiyyətlə ləğv edildi.[4] 2020-ci ilin sentyabr ayında Türkiyə mediasında Əli Həsənovun FETÖ terror təşkilatı ilə əlaqəsinin olması haqqında iddialar yayımlandı.[5] 2021-ci ilin yanvar ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti Əli Həsənovun ailəsinə məxsus "Bakı 24", "Kaspi AZ", "Mətbuat Evi", "Golden Prince", "Global Advertisment" MMC-lər, eləcə də "Kaspi Co" MTK ləğv olunduğunu bildirib. Adları çəkilən kommersiya qurumlarına əsasən, Ə. Həsənovun həyat yoldaşı Sona Vəliyeva, oğlu Şamxal Həsənli və yaxın qohumu Azər Vəliyev rəhbərlik edirdi.[6]
Partiya fəaliyyəti
"Yeni Azərbaycan" partiyasının yaradılması prosesində iştirak etmişdir[7].1992-ci ildə keçirilən təsis qurultayında partiyanın Siyasi Şurasının, 1998-ci ildə isə İdarə Heyətinin üzvü seçilmiş, eyni zamanda 1993–1995-ci illərdə partiyanın ideologiya şöbəsinə başçılıq etmişdir.
Jurnalist Eynulla Fətullayev Əli Həsənovun bir dövr Doğru Yol Partiyası üzvü olduğunu iddia etmişdir.[8]
Elmi məqalələri
- Azərbaycan Respublikasının xarici siyasətinin əsas vəzifələri, prinsip və istiqamətləri (1991-1997-ci illər) /Əli Həsənov //Tarix və onun problemləri.- Bakı, 1998.- № 2.- S.49-69.
- Heydər Əliyev və Azərbaycan Respublikasının xarici siyasət fəaliyyətinin qurulması /Əli Həsənov //Bakı Universitetinin xəbərləri. Sosial-siyasi elmlər seriyası.- Bakı, 1998.- № 1.- S.29-39.
- Mətbuat azadlığı və jurnalist məsuliyyəti /Əli Həsənov //Mətbuat və demokratiya: məqalələr toplusu.- Bakı, 1999.- S.24-37.
- Azərbaycan Respublikasının xarici siyasəti müstəqilliyimizin və dövlətçiliyimizin əbədiliyinin qarantıdır /Əli Həsənov, Novruz Məmmədov //Müstəqil dövlətimiz və parlamentimiz.- Bakı, 2001.- S.137-160. (Azərbaycan və ingilis dillərində).
- Heydər Əliyev və Azərbaycanın ictimai-siyasi həyatı 1993-2001-ci illərdə /Əli Həsənov //Suverenlik, demokratiya, dövlət idarəçiliyi: (Elmi sessiyanın materialları – 10 oktyabr 2001-ci il).- Bakı, 2002.- S.7-24.
- Azərbaycan beynəlxalq münasibətlər sistemində /Əli Həsənov //Qafqaz Universiteti.- Bakı, 2003.- № 11.- S.47-61.
- Heydər Əliyev və Azərbaycanın xarici siyasət fəaliyyətinin formalaşması /Əli Həsənov //Heydər Əliyev və müasir Azərbaycan. I Ümumrespublika Əliyevşünaslıq konfransının materialları.- Bakı, 2003.- S.29-52.
- Heydər Əliyev şəxsiyyəti: Xarizmatik liderin səciyyəvi cəhətləri /Əli Həsənov //Fəlsəfə və sosial-siyasi elmlər: Elmi-nəzəri jurnal /Azərbaycan Fəlsəfə və Sosial-siyasi elmlər Assosiasiyası.- Bakı, 2004.- №1.- S.24-28.
- Heydər Əliyev şəxsiyyətinin səciyyəvi cəhətləri /Əli Həsənov //Heydər Əliyev: ümummilli ilder.- Bakı, 2004.- S.67-76.
- Heydər Əliyev və Azərbaycanın ictimai-siyasi həyatı 1993-2001-ci illərdə /Əli Həsənov //Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası. 1999-2003.- Bakı, 2004.- S.162-181.
- Neft strategiyası və Azərbaycanın xarici siyasət fəaliyyətinin qurulması /Əli Həsənov //Əsrin müqaviləsi – 10. Azərbaycan böyük inkişaf yollarında.- Bakı, 2004.- S.11-16.
- Dünya ölkələrinin enerji siyasəti və Azərbaycanın yeni neft strategiyası /Əli Həsənov //Azərbaycanda milli siyasət və strateji inkişaf XXI əsrin astanasında: sosial, siyasi və ideoloji aspektlər /tərt., bur. məsul S.Həsənov; baş red. Y.İ.Rüstəmov; elmi red. Ə.M.Tağıyev; AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu.- Bakı, 2005.- S.3-16.
- Heydər Əliyev və Azərbaycanın xarici siyasət prioritetlərinin müəyyənləşməsi /Əli Həsənov //Heydər Əliyev irsi və Azərbaycan dövlətçiliyi.- Bakı, 2005.- S.571-582.
- Heydər Əliyev və Azərbaycanın milli təhlükəsizlik siyasəti (Regional təhlükəsizlik) /Əli Həsənov //Heydər Əliyev irsi və Azərbaycanın davamlı inkişaf strategiyası.- Bakı, 2006.- S.59-76.
- Səmərəli dövlətçilik – demokratik inkişaf /Əli Həsənov //İlham Əliyev: iqtibaslar və təhlil.- Bakı, 2006.- S.63-73.
- Heydər Əliyev Azərbaycanın xarici siyasət strategiyasının yaradıcısıdır /Əli Həsənov //Heydər Əliyev yolu: Azərbaycan inkişafın yeni mərhələsində.- Bakı, 2007.- S.351-367.
- Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir /Əli Həsənov //Yeni Azərbaycan Partiyası 15 il yüksəliş yolunda.- Bakı, 2007.- S.33-43.
- Heydər Əliyevin dövlət quruculuğu təlimi /Əli Həsənov //Heydər Əliyev və Azərbaycan.- Bakı, 2008.- S.391-401.
- Heydər Əliyevin xarici siyasətində nəqliyyat-kommunikasiya və enerji dəhlizləri məsələsi /Əli Həsənov //Heydər Əliyev ideyaları XXI əsrdə. Azərbaycanın inkişaf yolu.- Bakı, 2009.- S.326-342.
- Heydər Əliyev və Azərbaycanın milli təhlükəsizlik siyasəti:əsas məqsədi, vəzifələri və icra mexanizmləri /Əli Həsənov //Heydər Əliyev və inkişafın Azərbaycan modeli.- Bakı, 2010.- S.32-48.
- Azərbaycanın alternativ neft-qaz ixracı siyasəti və onun geosiyasi nəticələri /Əli Həsənov //Geostrategiya: aylıq ictimai-siyasi,elmi populyar jurnal.- 2011.- № 3, may.- S.17-28.
- Azərbaycanın milli inkişaf və təhlükəsizlik siyasətinə konseptual yanaşma /Əli Həsənov //Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2011.- № 5, iyul.- S.3-6.
- Azərbaycanın müasir geosiyasi inkişafı:mövcud vəziyyət və perspektivlər /Əli Həsənov //Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2011.- №1, mart.- S.10-20.
- Heydər Əliyev və Azərbaycanın müasir geosiyasi inkişafı /Əli Həsənov //Heydər Əliyev və Azərbaycanın müasirləşmə strategiyası.- Bakı, 2011.- S.31-43.
- Heydər Əliyevin geosiyasi təlimi:XXI əsrdə Azərbaycanın əsas geosiyasi vəzifələri və perspektivləri /Əli Həsənov //Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2011.- №2, aprel.- S.3-18.
- Xəzər hövzəsinin enerji resursları və onun bölgə ölkələrinin geosiyasi vəziyyətinə təsiri /Əli Həsənov //Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2011.- №4, iyun.- S.28-34.
- Xəzərin hüquqi statusu məsələsi və Azərbaycanın geoiqtisadi maraqları /Əli Həsənov //Fəlsəfə və sosial-siyasi elmlər: Elmi-nəzəri jurnal /Azərbaycan Fəlsəfə və Sosial-siyasi elmlər Assosiasiyası.- 2011.- №1.- S.77-110.
- Cənubi Qafqazın regional təhlükəsizlik sistemi və Ermənistan: qonşu ölkələrə qarşı ərazi iddiasının bu dövlətə vəd etdiyi geosiyasi perspektivlər /Əli Həsənov //Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2012.- №3 (9) may-iyun.- S.6-11.
- Heydər Əliyev və Azərbaycanın 20 illik milli inkişaf strategiyası:xarakteristikası, əsas vəzifələri və tələbləri /Əli Həsənov //Azərbaycan 2020: inkişafın yeni hədəfləri.- Bakı, 2012.- S.51-65.
- Xəzər hövzəsi və Cənubi Qafqazın enerji resursları və Avropanın enerji təhlükəsizliyində iştirakı /Əli Həsənov //Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə. Elmi-nəzəri jurnal.- 2012.- № 4 (40).- S.125-133.
- İranın Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın regional təhlükəsizliyinə yanaşması və Azərbaycanın hərbi-geostrateji maraqları /Əli Həsənov //Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2012.- № 2 (8) mart-aprel.- S.6-13.
- Transmilli dünya gücləri və bölgə dövlətlətinin Xəzər hövzəsindəki geoiqtisadi siyasəti, maraqları və fəaliyyətinin xarakteristikası /Əli Həsənov //Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2012.- № 4 (10) iyul-avqust.- S.8-12.
- Azərbaycanın enerji təminatı və təhlükəsizliyi siyasəti /Əli Həsənov //Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2013.- № 6 (18), noyabr-dekabr.- S.3-10.
- Azərbaycanın enerji təhlükəsizliyi siyasəti və onun başlıca istiqamətləri / Əli Həsənov //Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə. Elmi-nəzəri jurnal.- 2013.- № 4 (44).- S.127-134.
- Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və milli dövlətçiliyi uğrunda mübarizə dövründəki fəaliyyəti (yanvar 1990 – iyun 1993-cü il) /Əli Həsənov //Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə. Elmi-nəzəri jurnal.- 2013.- № 2 (42).- S.5-15; Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2013.- № 2 (14), mart-aprel.- S.3-11.
- Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və milli dövlətçiliyi uğrunda mübarizəsi /Əli Həsənov //Heydər Əliyev – Böyük Azərbaycanlı.- Bakı, 2013.- S.124-139.
- Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın regional təhlükəsizlik mühiti:hərbi bloklaşma reallıqları və proqnozları, geostrateji güclərin təsnifatı /Əli Həsənov //Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə. Elmi-nəzəri jurnal – 2013.- №1 (41).- S.94-98.
- Türkiyənin Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın təhlükəsizlik arxitekturasına yanaşması, Azərbaycanın geostrateji maraqları /Əli Həsənov //Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə. Elmi-nəzəri jurnal.- 2013.- № 3 (43).- S.129-136.
- Azərbaycan Respublikasında informasiya fəaliyyəti və təhlükəsizliyi siyasəti /Əli Həsənov //Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2014.- № 1(19) yanvar-fevral.- S.3-15; Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə. Elmi-nəzəri jurnal. – 2014.- №1(45).- S.77-92.
- Azərbaycan Respublikasının ekoloji təhlükəsizlik siyasəti /Əli Həsənov //Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2014.- № 2 (20) mart-aprel.- S.3-9.
- Azərbaycanın milli dövlət quruculuğu və geosiyasi inkişaf xarakteristikası: keçilmiş yol, mövcud imkanlar və perspektivlər /Əli Həsənov //Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə. Elmi-nəzəri jurnal. – 2014.- № 3(47).- S.79- 96.
- Azərbaycanın milli inkişaf siyasəti: formalaşması, əsas mərhələləri və xarakterik xüsusiyyətləri /Əli Həsənov //Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə. Elmi-nəzəri jurnal. – 2014.- № 4 (48).- S.129-138.
- Azərbaycanın müasir geosiyasi inkişaf xarakteristikası və perspektivləri /Əli Həsənov //Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2014.- № 4 (22), iyul-avqust.- S.3-15.
- 2014-cü ilin yekunları qarşıdan gələn 2015-ci ilə nikbinliklə baxmağa tam əsas yaradır /Əli Həsənov //Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2014.- № 06 (24), noyabr-dekabr.- S.3-9.
- Azərbaycan Respublikasının müasir dünyadakı vəziyyəti və geosiyasi mövqeləri /Əli Həsənov //Azərbaycan müasir dünyada.- Bakı, 2015.- S.300-316.
- Azərbaycanın müasir geosiyasi fəaliyyətinin bəzi məsələləri /Əli Həsənov //Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2015.- № 5 (29), sentyabr-oktyabr.- S.3-7.
- 2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub və uğurlu inkişafını davam etdirib /Əli Həsənov //Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2015.-№ 06 (30), noyabr-dekabr.- S.3-10.
- Ermənistanın Azərbaycana təcavüzü: saxta “Erməni soyqırımı” və Qərbin “İkili standartlar” siyasəti /Əli Həsənov //Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə. Elmi-nəzəri jurnal. – 2015.- № 2 (50).- S.109-116.
- Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın regional təhlükəsizlik mühiti:hərbi bloklaşma reallıqları və proqnozları, geostrateji güclərin təsnifatı /Əli Həsənov //Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə. Elmi-nəzəri jurnal. – 2015.- № 3 (51).- S.77- 84.
- Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması /Əli Həsənov //Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə. Elmi-nəzəri jurnal.- 2015.- № 1 (49).- S.79- 90.
- Azərbaycan Respublikasının xarici siyasəti: Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri; Azərbaycan Respublikasının dünya dövlətləri ilə bərabərhüquqlu qarşılıqlı münasibətləri: ikitərəfli və çoxtərəfli əlaqələr, beynəlxalq təşkilatlarla əməkdaşlıq; Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi probleminin həlli istiqamətində fəaliyyət /Əli Həsənov //Azərbaycan Respublikasının tarixi (1991-2003) /AMEA, A.A.Bakıxanov adına Tarix İnstitutu; elmi məsl. A.Əlizadə; layih. rəhb. Y.Mahmudov; red. hey.: A.Əlizadə, İ.Həbibbəyli və b..- Bakı, 2016.- C.I: Heydər Əliyev dövrü.- S.385-462.
- Azərbaycan Respublikasının xarici siyasəti: Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri və hədəfləri; Dünyanın aparıcı dövlətləri ilə ikitərəfli və çoxtərəfli tərəfdaşlıq kursunun davam etdirilməsi; Qonşu ölkələrlə ikitərəfli və çoxtərəfli əlaqələr. Regional əməkdaşlığın genişləndirilməsi siyasəti; Dünyanın müxtəlif güc mərkəzləri ilə iqtisadi və enerji təhlükəsizliyi sahəsində tərəfdaşlıq münasibətlərinin dərinləşməsi; Beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlər; Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Azərbaycanın xarici siyasəti /Əli Həsənov //Azərbaycan Respublikasının tarixi (2003-2016) /AMEA, A.A.Bakıxanov adına Tarix İnstitutu; elmi məsl. A.Əlizadə; layih. rəhb. Y.Mahmudov; red. hey.: A.Əlizadə, İ.Həbibbəyli və b..- Bakı, 2016.- C.II: İlham Əliyev dövrü.- S.385-449.
- Heydər Əliyevin siyasi kursunda multikulturalizmə baxış və yanaşmalar /Əli Həsənov //Heydər Əliyev irsi və multikultural dəyərlər.- Bakı, 2016.- S.3-7.
- Xəzər hövzəsinin geosiyasi xarakteristikası və müasir dünya siyasətindəki rolu /Əli Həsənov //Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2016.- № 3 (33), may-iyun.- S.3-7; № 4 (34), iyul-avqust.- S.3-8.
- Müstəqilliyimizin memarı /Əli Həsənov //Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə. Elmi-nəzəri jurnal.- 2016.- № 1 (53).- S.109-116.
- Azərbaycanın milli dövlət quruculuğu və geosiyasi inkişaf xarakteristikası: keçilmiş yol, mövcud imkanlar və perspektivlər /Əli Həsənov //Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2016.- № 6 (36), noyabr-dekabr.- S.3-12.
- Azərbaycanın 25 illik müstəqillik tarixinin qısa xarakteristikası: keçilmiş yol, mövcud imkanlar və perspektivlər /Əli Həsənov //Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə. Elmi-nəzəri jurnal.- 2016.- № 4 (56).- S.12-23.
- 31 Mart Soyqırımı Ermənistanın Azərbaycanlılara Qarşı Etnik Təmizləmə Siyasətinin Ən Qanlı Səhifəsidir. Əli Həsənov //Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə. Elmi-nəzəri jurnal. №1 (57), 2017,- S.101-111.
- Heydər Əliyevin Azərbaycanın milli dövlətçiliyi uğrunda mübarizəsi və siyasi islahatlar strategiyasının reallaşdırılması mexanizmləri. Əli Həsənov //Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə. Elmi-nəzəri jurnal. №2 (58), 2017,- S.85-97.
- Azərbaycan dünyada mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir. /Əli Həsənov //Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2017.- № 5 (41), sentyabr-oktyabr.- S.3-5.
- Heydər Əliyev və milli dövlətçilik təlimi – azərbaycançılıq // Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2018.- № 03 (45) may-iyun.- S.3-7.
- Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və milli dövlətçiliyi uğrunda mübarizəsidövründəki fəaliyyəti (1990- iyun, 1993-cü il). // XX əsr Azərbaycanın gorkəmli dovlət qurucuları. Bakı: 2018.- S.10-37.
- Heydər Əliyev və milli dövlətçilik təlimi: əas xüsusiyyətlər və hədəflər. // XX əsr Azərbaycanın gorkəmli dovlət qurucuları. Bakı, 2018.- S.38-50.
- Heydər Əliyev və milli dövlətçilik təlimi – azərbaycançılıq. // XX əsr Azərbaycanın gorkəmli dovlət qurucuları. Bakı: 2018.- S.51-64.
- On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi // Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2018.- № 05 (47) sentyabr-oktyabr.- S.3-8.
- Heydər Əliyev vəAzərbaycanın müstəqil dövlətçilik maraqları // Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2018.- № 06 (48) noyabr-dekabr.- S.3-7.
- Xocalı soyqırımının dünyada tanınması tarixi zərurətdir. // Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2019.- № 01 (49) yanvar-fevral.- S.3-9.
- İlham Əliyev – Yeni prezidentlik dövrünün möhtəşəm bir ili. // Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2019.- № 02 (50) mart-aprel.- S.3-9.
- İlham Əliyev – On beş illik prezidentlik dövrünün uğur salnaməsi (2003-2018). // Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2019.- № 03 (51) may-iyun.- S.3-11.
- Heydər Əliyev – yeni milli intibahın və müstəqil dövlətçiliyin əsasını qoymuş tarixi şəxsiyyət. // Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2019.- № 04 (52) iyul-avqust.- S.5-12.
Kitabları
- Azərbaycan-ABŞ: anlaşılmaz münasibətlərdən strateji tərəfdaşlığa doğru: oktyabr 1991-avqust 1997 /Əli Həsənov; elmi red. Ə.Mehdiyev; ön söz. müəl. V.Quliyev.- Bakı: “Azərbaycan Universiteti” nəşriyyatı, 1997.- 107 s.
- Azərbaycan və ATƏT: Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ problemi ümumavropa təhlükəsizliyi fonunda / Əli Həsənov; elmi red. N.İsayev.- Bakı: İşıq, 1997.- 82 s.
- Azərbaycanın xarici siyasəti: Avropa dövlətləri və ABŞ (1991-1996-cı illər) /Əli Həsənov; ön sözün müəl. və rəyçi Y.Mahmudlu; elmi red. Ə.Mehdiyev.- Bakı: Azərnəşr, 1998.- 331 s.
- Azərbaycanın ABŞ və Avropa dövlətləri ilə münasibətləri: 1991-1996 /Əli Həsənov; elmi red. Ə.B.Mehdiyev.- Bakı: Elm, 2000.- 367 s.
- Dünya Azərbaycanlılarının I Qurultayı /Buraxılışa məsul R.Ə.Mehdiyev; tərtibçi Ə.M.Həsənov; – Bakı: Azərbaycan, 2002.- 352 s.
- Yeni Azərbaycan Partiyası: Yaranması, formalaşması və əsas fəaliyyət istiqamətləri /Əli Həsənov; Aydın Mirzəzadə.- Bakı: Azərbaycan, 2002.- 200 s.
- Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti: dərslik /Əli Həsənov; elmi red.: S.Qəndilov, Ə.Mehdiyev; Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.- Bakı: Azərbaycan, 2005.- 752 s.
- Azərbaycanın və xarici ölkələrin siyasi sistemləri : dərs vəsaiti /Əli Həsənov, Adil Vəliyev; elmi red. S.Qəndilov; Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.- Bakı: Azərbaycan, 2007.- 248 s.
- Geosiyasət: nəzəriyyələri, metodologiyası, aktorları, tarixi, xarakteristikası, anlayışları: dərslik /Əli Həsənov; elmi red.: S.Qəndilov, M.Qasımlı; red.: M.Abdullayev, Ə.Mehdiyev; Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.- Bakı: Aypara-3, 2010.- 604 s.
- Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasəti: monoqrafiya /Əli Həsənov; elmi red.Ə.Abdullayev; red.: M.Abdullayev, V.Səlimov; Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.- Bakı: Letterpress, 2011.- 440 s.
- Dünya ölkələrinin müasir siyasi sistemləri monoqrafiya /Əli Həsənov; Adil Vəliyev; elmi red. E.Əhmədov; Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.- Bakı: Zərdabi LTD, 2013.- 776 s.
- Azərbaycanın geosiyasəti: dərslik /Əli Həsənov; elmi red. E.Nəsirov; red. V.Səlimov; Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.- Bakı: Zərdabi LTD, 2015.- 1055 s.
- Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları /Əli Həsənov; elmi red. E.Əhmədov; Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.- Bakı: Zərdabi LTD, 2016.- 662 s.
- Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadiyyatı: Azərbaycanın enerji siyasəti / Əli Həsənov; elmi red. E.Əhmədov; Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.- Bakı: Zərdabi LTD, 2016.- 296 s.
- Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması /Əli Həsənov; elmi red. E.Əhmədov.- Bakı: Zərdabi LTD, 2017.- 464 s. Azərbaycan, türk, rus, ingilis, fransız, alman, ərəb və çin dillərində.
- Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri /Əli Həsənov; elmi red. E.Əhmədov.- Bakı: Zərdabi LTD, 2017.- 400 s.
- İlham Əliyev – On beş illik prezidentlik dövrünün uğur salnaməsi (2003-2018). Bakı: Zərdabi LTD, 2018.- 184 s.