Aqrolizinqin sədri From Wikipedia, the free encyclopedia
Bayramov Əli Məhəmməd oğlu (1959, Şişqaya, Basarkeçər rayonu) — Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri[1] (2007–2014).
Əli Bayramov | |
---|---|
azərb. Əli Məhəmməd oğlu Bayramov | |
Doğum tarixi | |
Doğum yeri | Şişqaya, Basarkeçər rayonu, Göyçə mahalı |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Atası | Məhəmməd Bayramov |
Milliyyəti | Azərbaycanlı |
İxtisası | İqtisadçı |
Təhsili | Azərbaycan Xalq Təsərrüfatı İnstitutu |
Fəaliyyəti | Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri |
Əli Bayramov 1959-cu ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Şişqaya kəndində аnаdаn оlmuşdur[2].
Dоğmа Şişqаyа kənd оrtа məktəbini bitirmiş və təhsilini dаvаm еtdirmək üçün Bаkı şəhərinə gəlmişdir.
1977-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş və 1981-ci ildə iqtisadçı ixtisasını bitirmişdir.
1984-cü ildən Dövlət Maddi Texniki Təchizat Komitəsində (Material Ehtiyatları Nazirliyi) müxtəlif vəzifələrdə çalışmışdır[3].
1997-ci ildə 1 saylı Bakı Şərab Zavoduna direktor təyin olunmuşdur.
2007-ci ildən[3] Əli Bayramov Aqrolizinq Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri vəzifəsində çalışmış[4] və 21 may 2014-cü ildə vəzifəsindən azad olunmuşdur[5].
Əli Bayramov 2010-cu il may ayının 13-14-də İrəvan şəhərində keçirilən BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatı - FAO-nun 27-ci regional konfransında İsmət Abasov və Rəşad Məcidov ilə birgə iştirak etmişdir[6]. Tədbirdən sonra Əli Bayramov anadan olduğu Şişqaya kəndinə gedib[7].
Ailəlidir, üç övladı var.
2013-cü ildə Əli Bayramov Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən keçirilmiş rəy sorğusuna əsasən əməli uğurları və vətəndaşlıq mövqeyinə görə "İlin Adamı" media mükafatına layiq görülmüşdür[3].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.