Ələşrəf Əlizadə
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Ələşrəf Əbdülhüseyn oğlu Əlizadə (11 (24) aprel 1911, Şamaxı – 22 mart 1985, Bakı) — Azərbaycan-sovet geoloqu, geoloq-alim, geologiya-mineralogiya elmləri doktoru (1944), professor (1945), Azərbaycan Milli Elmlər Akademiyasının akademiki (1945), SSRİ Dövlət mükafatı laureatı (1943, 1946), SSRİ-nin fəxri neftçisi (1971), Türkmənistan SSR-in əməkdar elm və texnika xadimi (1971). Azərbaycan KP MK-nın ikinci katibi
Ələşrəf Əlizadə | |
---|---|
Əlizadə Ələşrəf Əbdülhüseyn oğlu | |
Doğum tarixi | 11 (24) aprel 1911 |
Doğum yeri | |
Vəfat tarixi | 22 mart 1985 (74 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | Geologiya |
Elmi dərəcəsi | geologiya-mineralogiya elmləri doktoru |
Elmi adları |
Akademik Professor |
İş yerləri | |
Təhsili | |
Tanınır | Azərbaycan-sovet geoloqu, |
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Ələşrəf Əlizadə 24 aprel 1911-ci ildə Şamaxıda anadan olmuşdur. 1930-1935 illərdə M. Əzizbəyov adına Qırmızı Bayraq Ordenli Azərbaycan Neft İnstitutunda geoloji - kəşfiyyat fakültəsində təhsil almışdır. 1942-1944-cü illərdə Azərbaycan KP MK katibi, 1944-cü ildə Azərbaycan KP MK ikinci katibi seçilmişdir. 1938-1946 və 1954-1959-cu illərdə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft Akademiyası) dərs demişdir. 1945-ci ildə Azərb. SSR EA həqiqi üzvü seçilmişdir. Azərb. SSR EA-nın yaradıcılarından biridir.[1] 1946-1948-ci illərdə "Azneft" və "Azneftkəşfiyyat" birliklərinin rəisi, 1949-1954-cü illərdə M.Qorki adına Türkmənistan Dövlət Universitetində kafedra müdiri və Türkmənistan SSR EA faydalı qazıntılar bölməsinin müdiri vəzifələrində çalışmışdır.[2] 1959-1970-ci illərdə Az-ETİ (NÇ)-nın, daha sonra 1970-1977 illərdə AzETLİ-nin direktoru olmuşdur. 1977-1985 illərdə Azərbaycan SSR EA İ. M. Qubkin adına Geologiya İnstitutunda "Regional geologiya və tektonika" şöbəsinin müdiri olmuşdur. Ələşrəf Əlizadə 1985-ci il 23 martda Bakıda vəfat etmişdir.
Akademik Ə. Əlizadə 1938-1948 illərdə Azərbaycan SSR EA akad. İ. M. Qubkin adına Geologiya İnstitutunun Elmi Şurasının üzvü olmuşdur. 1944 ildə geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsi almaq üçün "Azərbaycanın maykop lay dəstəsi və onun neftliliyi" mövzusunda dissertasiya müdafiə edib. Böyük alim 1943-cü ildə yeni neft yataqlarının kəşfinə və mənimsənilməsinə görə, 1946 ildə isə kiçik həcmli-elektroperforator cihazını işləyib hazırladığına görə SSRİ Dövlət mükafatına layiq görülüb. Ə. Əlizadə Azərb. SSR-in əsas neft rayonlarında geoloji-tədqiqat işləri aparmış, bir sıra mühüm neft və qaz-kondensat (Siyəzən, Zəyli-Zeyvə, Buzovna-Maştağa, Şabandağ, Gürgan, Qaradağ, Qarabağlı, Sanqaçal, Duvannı, Qazanbulaq, Kürsəngi, Muradxanlı və s.) yataqlarının açılmasında bilavasitə iştirak etmişdir. Mezozoy çöküntülərinin neftlilik problemi ilə məşğul olmuşdur. Türkmənistan SSR-də apardığı tədqiqatlar nəticəsində Pliosen çöküntülərinin stratiqrafik sxemini tərtib etmiş, Akçaqılın faunasını öyrənmişdir. Elmi kadrların hazırlanmasında xidmətləri var. Akademik Ə. Ə. Əlizadə regional geologiyanın, tektonikanın və neft geologiyasının müxtəlif problemlərinə aid 500-dən artıq elmi əsərin müəllifidir.[3] "Yer və zəlzələlər", "Azərbaycanın Açıqgölü", "Türkmənistanın Açıqgölü", "Azərbaycanın Sarmatı", "Azərbaycanın paleogen yataqları" və s əsərlərin müəllifidir. Ümumittifaq paleontologiya cəmiyyətinin fəxri üzvü (1976), Qubkin adına mükafatın laureatıdır (1973). SSRİ Ali Sovetinin (2-ci çağırış, 1946) deputatı olmuşdur. İki dəfə Lenin ordeni (1942, 1946), Qırmızı Əmək Bayrağı ordeni (1966) və medallarla təltif edilmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.