Əhmədxan Sultan (rus. Амет-хан Султан; 20 oktyabr 1920, Alupka – 1 fevral 1971[1], Moskva vilayəti) — Krım tatarı əsilli sovet hərbi pilotu. İkinci dünya müharibəsi zamanı göstərdiyi xidmətlərə görə iki dəfə Sovet İttifaqı Qəhrəmanı və Stalin mükafatına layiq görülmüşdür. Əhmədxan Sultan müharibə dövründə 150-dən çox hava hücumunda iştirak edərək fərdi şəkildə 30, qrup uçuşlarında isə 19 düşmən təyyarəsini vurmuşdur.
Əhmədxan Sultan | |
---|---|
rus. Амет-хан Султан | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 oktyabr 1920 |
Doğum yeri | |
Vəfat tarixi | 1 fevral 1971[1] (50 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | təyyarə qəzası[d] |
Dəfn yeri | |
Vətəndaşlığı | SSRİ |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Krım tatarı |
Qoşun növü | Sovet Hava Qüvvələri |
Hərbi hissə | IX Mühafizə Alayı |
Rütbəsi | polkovnik-leytenant |
Vəzifəsi | Pilot |
Döyüşlər | İkinci dünya müharibəsi |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Atası etnik lak[2], anası etnik krım tatarı olan Əhməd Xan 1920-ci ilin 25 oktyabr tarixində Krımda yerləşən Tavrida Quberniyasına bağlı Alupka adlı sahil qəsəbəsində anadan olmuşdur. Əhmədxanın şəxsi səyləri nəticəsində ailəsinin bir çox fərdi Krım tatarlarının deportasiyasından xilas olmağı bacarsa da, qardaşı QULAQ düşərgələrinə göndərilmiş və bir müddətdən sonra burada vəfat etmişdir.
İkinci dünya müharibəsinə qırıcı təyyarə pilotu kimi qatılan Əhmədxan qısa zamanda özünü müsbət tərəfdən göstərməyi bacarır. Müharibə dövründə ümumilikdə 150-dən çox hava hücumundan iştirak edərək, fərdi şəkildə 30, qrup şəklində isə 19 alman qırıcı təyyarəsini zərərsizləşdirmişdir. Müharibədən sonrakı illərdə test pilotu olaraq peşəsinə davam etmişdir.
Əhmədxan 1971-ci ilin 1 fevral tarixində növbəti test uçuşunu gercəkləşdirdiyi zaman baş verən qəza nəticəsində həlak olmuşdur. Həyatı boyunca 100-dən çox test uçuşu gercəkləşdirmişdir. İkinci dünya müharibəsi dövründə göstərdiyi xidmətlərə görə SSRİ hökuməti tərəfindən bir çox ali mükafat və ordenlərə layiq görülmüşdür.
Bunlardan; iki dəfə verilmiş Sovet İttifaqı Qəhrəmanı, üç dəfə verilmiş Lenin ordenini, Aleksandr Nevski ordeni, Vətən Müharibəsi Ordeni, "Qırmızı Ulduz" ordeni və "Şərəf nişanı" ordeni kimi mükafatları göstərmək olar. Əhmədxan Sultan Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş yeddi krım tatarından biridir. 2013-cü ildə çəkilmiş Haytarma adlı filmdə Krım tatarlarının deportasiyası və Əhmədxan Sultanın həyatı ekranlaşdırılmışdır.[3] Dağıstanın Mahaçqala şəhərində onun adına prospekt: pr. Amet-xan Sultan var.
Mükafatları
- Sovet İttifaqı Qəhrəmanı - (2 dəfə)
- Lenin ordeni - (3 dəfə)
- Qırmızı Bayraq ordeni - (5 dəfə)
- Aleksandr Nevski ordeni
- Vətən Müharibəsi Ordeni
- "Şərəf nişanı" ordeni
- "Qırmızı Ulduz" ordeni
- Qırmızı Bayraq ordeni
- "Stalinqradın müdafiəsinə görə" medalı
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı
İstinadlar
Xarici keçidlər
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.