ssenari müəllifi. Kino redaktoru, şair From Wikipedia, the free encyclopedia
Kərimov Əhməd Musa oğlu (Əhməd Oğuz; 13 noyabr 1961, Qızıl Şəfəq, Kalinino rayonu – 31 avqust 2021[1], Bakı) — şair, ssenari müəllifi, kino redaktoru, 1993-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Əhməd Oğuz | |
---|---|
Əhməd Musa oğlu Kərimov | |
Doğum tarixi | |
Doğum yeri | Qızıl Şəfəq, Qərbi Azərbaycan |
Vəfat tarixi | 31 avqust 2021[1] (59 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | ssenarist |
Əhməd Oğuz 1961-ci il noyabrın 13-də Qərbi Azərbaycanın Kalinino rayonu Qızıl Şəfəq kəndində fəhlə ailəsində anadan olmuşdur. Doğma kəndində orta məktəbi bitirmişdir (1978). Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1978—1982). Azərbaycanın Quba rayonunun Hacıqaib və Ermənistanın Kalinino rayonunun Soyuqbulaq kəndlərində dil və ədəbiyyat müəllimi işləmişdir (1985—1989). Ermənistanda ata-baba yurdundan zorla qovulduqdan sonra "Azərbaycan" qəzeti redaksiyasında müxbir olmuşdur (1989-1990). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olsa da, bir ildən sonra qiyabi şöbəsinə dəyişilmişdir (1991). "Xəzər" jurnalında şeir şöbəsinə rəhbərlik etmişdir (1991—1992). "Oğuz eli" qəzeti redaksiyasında məsul katib olmuşdur (1992—1993). Hazırda Azərbaycan Radio və Televiziya Verilişləri Şirkətində radio xalq yaradıcılığı baş redaksiyasında söz şöbəsinin müdiri vəzifəsində çalışır (1993-cü ildən).
Bədii yaradıcılığa erkən başlasa da, ilk şeirləri keçən əsrin 80-ci illərinin əvvəllərindən "Ulduz", "Azərbaycan" jurnallarında, "Ədəbiyyat və incəsənət" qəzetində müntəzəm çap olunmuşdur. "Nar ağacı" adlı ilk şeri 1981-ci ildə "Ulduz" jurnalının üçüncü sayında dərc edilmişdir. "Azərbaycantelefilm" yaradıcılıq birliyində onun ssenariləri əsasında bir neçə sənədli fılm ("Bağlı qapı", "O quzeylər" və b.) çəkilmişdir. "Bağlı qapı" sənədli filminə görə "Humay" mükafatına layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür (1998). İlk şeirlər kitabı - "Hara gedirsiniz dağlar?" 1998-ci ildə nəşr edilmişdir.
Türkiyədə keçirilən "Türk xalqları şeir şöləni"ndə Azərbaycan poeziyasını təmsil edən nümayəndə heyətinin tərkibində olmuşdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.