siyasətçi From Wikipedia, the free encyclopedia
Əhməd Həmdi Qaraağazadə (1893, Batum – 1933, Türkiyə) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü , Müsavat və bitərəflər fraksiyasının üzvü. Bolşevik işğalından sonra mühacirət etmişdir.
Əhməd Həmdi Qaraağazadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1893 |
Doğum yeri |
|
Vəfat tarixi | 1933 |
Vəfat yeri | |
Partiya |
Əhməd Həmdi Qaraağazadə Batum şəhərində anadan olmuşdur. Daha sonra ailəsi ilə birlikdə İstanbula köçmüş, burada türk dilində təhsil almış, paralel olaraq da fransız dilini də öyrənmişdir. 1917-ci ildə İstanbuldan Bakıya gəlmiş və "Açıq Söz" qəzeti nəşriyyatında gürcü dilindən Azərbaycan dilinə tərcüməçi işində işləməyə başlamışdır. Bu proses zamanı Məhəmməd Əmin Rəsulzadə ilə yaxın dostluq əlaqələri qurmuşdur.
Ümum-Rusiya Müəssislər Məclisinə seçkilər üçün Müsavat Partiyası və Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinin vahid 10 nömrəli siyahısı üzrə 15-ci sırada namizəd göstərilmişdir. O, deputat seçilə bilməsə də Zaqafqaziya Seymi yaradılarkən deputat seçilmişdir. O, həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin üzvlərindən biri olmuşdur. Uzun müddət "İstiqlal" qəzeti üçün jurnalist kimi çalışmışdır. O, həmçinin, Azərbaycan Milli Şurasının da üzvü olmuş, Aprel işğalından sonra Türkiyəyə mühacirətə getmişdir. Mühacirətdə olduğu zaman Yeni Qafqaziya jurnalında çalışmışdır.[1]
Rəsulzadə onun ölümü ilə əlaqədər yazırdı:[2]
Həmdi bəyi itirdik. İsmaliyyə binasının altındakı Yıldırım mağazasının arxa dükanına sığışan "Açıq söz" idarəsini xatırladım. Həmdini ilk dəfə orada gördüm. O, Batumdan, yoxsa Tiflisdən yeni gəlmişdi. Dərhal anlaşdıq. Ruhumuza aşina və çox möhtac olduğumuz xüsusiyyətə malik bir arkadaş bulduq. "Açıq söz"ün çıxar-çıxmaz gürcü qonşularımız arasında, mətbuatında əks-səda oyandıra bilməsi ancaq Həmdi bəy sayəsində olmuşdur. Onun "İstiqlal" qəzetindəki məfkurəçilik rolu da unudulamaz. "İstiqlal" qəzetəsinin başlığı altındakı "insanlara hürriyyət, millətlərə müsavat" şüarını ilk bulub tövsiyə edən odur. Məhəmməd Əmin Rəsulzadə |
O, 40 yaşı olmamış Türkiyədə vəfat etmişdir. Məhəmməd Əmin Rəsulzadə onun ölümünü böyük itki adlandırmaqla birlikdə, onu "mühacirətin ilk qurbanı" adlandırmışdır.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.