Əbülxeyr xan
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Əbülxeyr xan (özb. Abulxayrxon) — Şeybanilər sülaləsindən Özbək xanlığının əsasını qoymuş xan.
Əbülxeyr xan | |
---|---|
özb. Abulxayrxon | |
Özbək xanlığının I xanı | |
1428 – 1468 | |
Sonrakı | Yadigar xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1411/1412 |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | Əhməd Yasəvi türbəsi |
Fəaliyyəti | siyasətçi |
Atası | Dövlətşeyx sultan |
Həyat yoldaşı | Rabiyyə Sultan Bəyim |
Uşaqları | |
Dini | islam |
1411/1412-ci ildə Dövlətşeyx sultanın ailəsində doğulmuşdu. Əslən Çingiz xanın nəvəsi Şeyban xanın nəslindən idi.[1] Gəncliyində Şeybani ulusunun rəhbəri Cumaduk xanın ordusunda sol cinah komandiri idi. Hələ 1427-ci ildə Cumaduk xan Noqay Ordasının əmiri Yedigeyin oğlu Qazi bəy tərəfindən öldürüləndə noqaylar tərəfindən əsir alınmış, daha sonra isə azad edilmişdi.
Azad edildikdən sonra 1428-ci ildə Sibir xanlığını işğal edərək Tümen və Tura çayı arasındakı bölgəyə nəzarət etməyə başladı.[2] 1446-cı ilədək Çimgi Tura (müasir Tümen) şəhərindən dövlətini idarə edən Əbülxeyr xan 1430-cu ildə Xarəzmi işğal etdi, buradakı Teymuri əmiri olan İbrahimi qovaraq Ürgənci ələ keçirdi. Lakin burada çox qalmayaraq həm şimaldan gələn təhlükə, həm də dözülməz istilərə görə Qazaxıstan çöllərinə qayıtdı və burada Həştərxan xanlığı ordularını məğlub etdi. 1435-ci ildə yenidən Xarəzmi, 1440-cı ildə Astrabadı qarət edən Əbülxeyr xan dövlətin sərhədlərini genişləndirirdi. 1446-cı ildə müasir Özbəkistan torpaqlarını ələ keçirən xan Teymuriləri qovaraq paytaxtını Sığnaqa köçürdü.
Mərkəzi Asiyada öz gücünü möhkəmlədən Əbülxeyrin növbəti hədəfi Teymuriləri sıradan çıxarmaq idi. 1447-ci ildə Səmərqəndə qədər irəliləyən özbəklər şəhəri ələ keçirə bilmədən qayıtmışdılar. 1451-ci ildə Teymuri şahzadəsi Əbu Səidi dəstəkləyən Əbülxeyr həmin ilin iyununda onu Səmərqənddə Teymuri taxtına oturtdu.[3] Mükafat olaraq Uluq bəyin qızı Rabiyyə Sultan bəyimlə evləndi.
1457-ci ildə Uz Temür adlı hökmdarın başçılığı ilə kalmıklar xanlığın torpaqlarına daxil olaraq çoxlu qarətlər törətdi.[4] Dövlətə başqa bir zərbə isə Canıbəy xan və Kerey xanın özbəklərdən ayrılaraq 1465-ci ildə müstəqil Qazax xanlığını yaratması ilə dəydi.[5] Ölümündən öncə son olaraq Teymuri Hüseyn Bayqaranı Əbu Səidə qarşı dəstəkləməyə qərar verdi. Lakin hərəkətə keçə bilmədən 1468-ci ildə 57 yaşında vəfat etdi. Məzarı Əhməd Yasəvi türbəsindədir.
Uluq bəyin qızı Rabiyyə Sultan bəyimlə evlənmişdir.[6] Çox güman digər həyat yoldaşları da olub.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.