Fəaliyyətini dayandırmış Azərbaycan peşəkar futbol klubu From Wikipedia, the free encyclopedia
Şuşa-Qarabağ PFK - və ya rəsmi adı ilə Şuşa-Qarabağ Peşəkar Futbol Klubu. Azərbaycanın Şuşa şəhərini təmsil edən futbol klubudur. 2009-cu ildə fəaliyyətə başlayan klub, 2015-ci ildə maliyyə problemləri səbəbi ilə fəaliyyətini dayandırdı. Müxtəlif dövrlərdə "Şuşa 09", "Şuşa"[1] və "Şuşa-Qarabağ"[2] adı altında fəaliyyət göstəmişdir.
Şuşa-Qarabağ FK | |
---|---|
Klubun tam adı | Şuşa-Qarabağ Futbol Klubu |
Ölkə | Azərbaycan |
Kodu | ŞUŞ |
Rəng(lər) | |
Yaranma tarixi | 2009 ) |
Bağlama tarixi | 2015 ) |
Stadionu | Şəfa Stadionu |
Tutumu | 8125 |
Təsisçi | Azəri Hüseynov |
Baş məşqçisi | Nadir Qasımov |
Liqa | Azərbaycan Birinci Liqası |
2014/2015 | 4 |
Klub ilk olaraq "Şuşa 09" adı altında 2009-cu ilin iyununda təsis olunub və elə həmin ildən Azərbaycan Birinci Liqasıda oynamaq hüququ qazanıb. [3] Həmin il klubun adını şuşalıların, futbol ictimaiyyətinin, kütləvi informasiya vasitələrinin təkliflərini nəzərə alaraq dəyişdilər- Şuşa PFK.[4]
Mövsümün ilk oyunlarını məğlubiyyətlə başladı klub. Andaş Petrol a qarşı 5-0, MKT-Araz klubuna qarşı 1-0 hesablı məğlubiyyətlərlə yadda qaldı. [5] Həmin dönəm klubun bazası Ədliyyə stadionunda idi. [6]. İlk yoldaşlıq görüşünü isə Azal klubuna qarşı keçiriblər. [7]
Klub 2015-ci ildə maliyyə problemləri səbəbiylə çətin vəziyyətə düşmüşdü. BU səbəblə mövsüm bitdikdən sonra elə o il fəaliyyətini dayandırmaq qərarı aldı.
2016-cı ildə isə klub bu dəfə Şuşa-Qarabağ adı altında yenidən fəaliyyətini bərpa etdi. [8][9][10][11][12][13][14]. Yeni prezident olaraq Güləli Bağırov ictimaiyyətə təqdim olundu. Nadir Qasımov isə klubun baş məşçisi oldu.[15] Elə onun baş məşqçiliyi altında klub, liqa oyunlarına hazırlıqlara başlayıb. Məşqlər Əlincə Stadionunda keçirilirdi. [16]. Klub yenidən Azərbaycan Birinci Divizionunda iştirak etmək istədiyini açıqlayıb. [17]
Hazırda yenidən fəaliyyətini bərpa etmək istəyən klub, 2023/2024-cü il mövsümünə yeni adı, Şuşa Qalası adı ilə fəaliyyətə başlamaq istədiyi açıqlayıb.
Şuşa 09- Bu loqo qırmızı rəngdədir. Loqonun üst tərəfində klubun yaranma ili olan 2009, ondan aşağıda Şuşa qalasının rəsmi, onunda altında isə klubun adı qeyd olunmuşdur. Həmçinin loqonun aşağısında top, topun üstündə isə Xarıbülbülün şəkilinə yer verilmişdir.
Şuşa - bu loqonun rəngi isə mavi, forma olaraq isə qalaya bənzər dzayn edilmişdir. Üst tərəfində sanki pəncərələrin üstündə Şuşanın adı, altında isə sürətlə irəlləyən top şəklinə yer verilmişdir. Bu sürətli topun keçdiyi yolda isə, Orxon əlifbası ilə soldan sağa doğru oxuduqda "Şuşa" yazısını görmək mümkündür. Ən aşağısında isə, klubun yaranma tarixi 2009-cu il yer almışdır.
Şuşa-Qarabağ - bu loqo isə, daha çox Şuşa adı altında fəaliyyət göstərən zaman istifadə olunan loqoya bənzərliyi ilə diqqəti cəlb edir. Yeni mavi rəngdə ola loqoda edilən dəyişikliklər isə bunlardır: Top artıq qərb tərəfdən sürətlə hərəkət etməkdədir. Azərbaycan xəritəsinə nəzər saldıqda topun gəldiyi bölgənin Qərb olduğunu, Şuşa bölgəsinə işarə olma ehtimaını da gündəmə gətirir. Topun üstündə isə sarı günəş vardır. Bu isə klubun güclü olduğuna bir işarədir.
Mövsüm. | Div. | Yer. | Os. | Q | H | U | Vq | Ovq | X | Daxili kubok |
---|---|---|---|---|---|---|---|---|---|---|
2010–11 | 2-ci | 12 | 26 | 3 | 8 | 15 | 20 | 41 | 17 | 1/8 Final |
2011–12 | 2-ci | 11 | 26 | 7 | 8 | 11 | 21 | 23 | 29 | 1/16 Final |
2012–13 | 2-ci | 9 | 24 | 7 | 2 | 15 | 29 | 40 | 23 | 1/16 Final |
2013–14 | 2-ci | 6 | 30 | 15 | 9 | 6 | 60 | 26 | 54 | Daxili kubok |
2014–15 | 2-ci | 4 | 30 | 14 | 4 | 12 | 49 | 31 | 46 | Girmədi |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.