Şove mağarası
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Şove mağarası Cənubi Fransada yerləşir və təsadüfən 18 dekabr 1994-cü ildə kəşf edilmişdir. Karbon testləri nəticəsində məlum olmuşdur ki, dünyada tapılan ən qədim rəsmlər bu mağarada yerləşir. Mağarada mağara ayısı, mamont və tüklü kərgədan kimi nəsli kəsilmiş canlıların kəllə sümükləri tapılmışdır. 2014-cü ildə UNESCO tərəfindən Dünya Mirası Siyahısına daxil edilmişdir.
Şove mağarası | |
---|---|
Grotte Chauvet | |
Ümumi məlumatlar | |
Sahəsi |
|
Kəşf tarixi | 18 dekabr 1994 |
Yerləşməsi | |
44°23′17″ şm. e. 4°24′58″ ş. u.HGYO | |
Ölkə | |
culture.gouv.fr/fr/arcna… | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Fransanın cənubunda Ardeş çayının vadisində qayaüstü rəsmlərlə zəngin olan Şove mağarası yerləşir. Mağara 1994-cü ildə üç speleoloq tərəfindən kəşf edilib. Onlardan birinin soy adı məhz Şovedir. 2014-cü ildən ümumidünya irs siyahısına daxil edilmişdir. Mağarada yerləşən zalların və qalereyaların ümumi uzunluğu 800 metr, hündürlüyü isə 18 metr təşkil edir. Mağarada 435 müxtəlif heyvanların təsviri aşkar edilib. Mütəxəssislərin fikrincə ən qədim rəsmlərin yaşı təxminən 36 min ildir. Şove mağarısının buz dövründən bəri tədric olunması səbəbindən qayaüstü rəsmlər gözəl vəziyyətdə bu günə kimi saxlanılıb.
Mağara ziyarət üçün bağlıdır. Bu abidənin qorunması üçün edilmişdir. 2015-ci ildən etibarən Şove mağarasının surəti fəaliyyətə başlamış və turistlər üçün açıq elan edilmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.