Şotland funtu

From Wikipedia, the free encyclopedia

Şotland funtu

Şotland funtu (ş.german Pund Scots, ing. Pound Scots) — Şotlandiya krallığının XII–XVIII əsrlərdə pul vahidi. Hal-hazırda Şotlandiya bankları tərəfindən buraxılan əskinazlar da bəzən "Şotland funtu" adlandırılır.

Cəld faktlar Dövriyyə ərazisi, Emitent ölkə ...
Şotland funtu
Thumb
Dövriyyə ərazisi
Emitent ölkə
Tarixi
Dövriyyəyə buraxılma XII əsr
Bağla
Thumb
100 şotland funtu

Müstəqil Şotlandiyanın pul vahidi

Şotlandiya sikkələrinin buraxılması kral I David dövründə baş tutub (1124–1153-cü illərdə hakimiyyətdə olub). Onlar funt stetrlinq kimi 20 şillinq və 240 pensdən ibarət olub.

Şotland funtunun keyfiyyəti aşağı düşdükcə onun ingilis funtuna nisbəti də dəyişirdi. 1603-cü ildə Şotlandiya kralı I Yakov İngiltərənin kralı olduqdan sonra 1 funt sterlinq 12 şotland funtuna bərabər edildi. 1707-ci ildə Uniya haqqında Akt qəbul edildikdən sonra şotland funtu dövriyyədən çıxarıldı.

Şotlandiya banklarının əskinazları

Müstəqil dövlət olmasa da, Şotlandiyanın üç bankı öz əskinazlarını buraxmaq hüququna malikdir. Onlar "Şotland funtu" adlanmasalar da, funt sterlinq kimi nominala malikdirlər. Rəsmi tədavül vasitəsi olmasalar da Böyük Britaniya ərazisində qəbul edilirlər.

  • Emissiya keçirən banklar — Şotlandiya Kral Bankı, Şotlandiya Bankı, Klaydsdeyl Bank (onların hər biri əskinazlarda öz dizaynını istifadə edir).
  • Əskinazların əsas rəngləri — qəhvəyi, zeytun rəngi, yaşıl.

Mənbə

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.