Şikotan
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Şikotan (aynu. Сикотан, yap. 色丹島) — Aynu dilində "Əla yer" ("Şi" — əla; "Kotan" — yer)[1][2] — Kuril adalarının cənubunda yerləşən cənubi kuril sırasına daxil olan ən iri ada. Rusiya adaya nəzarət edir. İnzibati cəhətdən Saxalin vilayətinin Cənubi Kuril şəhər dairəsi ərazisinə daxil edilir. Yaponiya isə adalara iddia edir. Adanı Hokkaydo qubernatorluğunun Nemuro dairəsinə daxil edilir[3][4][5]. Ada federal əhəmiyyətli "Kiçik Kuril" qoruğu ərazisinə daxil edilmişdir.
Şikotan adası | |
---|---|
aynu. Сикотан, yap. 色丹島 | |
Ümumi məlumatlar | |
Sahəsi | 225 km² |
Hündür nöqtəsi | 412 m |
Əhalisi | 2.820 nəfər (2010-cu il) |
Yerləşməsi | |
43°48′00″ şm. e. 146°45′00″ ş. u.HGYO | |
Ölkələr | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ada şimal-şərqdən cənub-qərbə 27 km uzanır. Eni 5–13 km təşkil edir. Adanın sahəsi 225 km²-dir. Maksimal hündürlüyü 412 metr olan Şikotan dağıdır. Adada fəaliyyətdə olan vulkan yoxdur[6]. Buma baxmayaraq burada seysmik aktivlik yüksəkdir. Sahillərində sunamilər müşahidə edilir. Cənubi Kurilk boğazı daxilində Malokurilsk (şimalda) və Krabovaya buxtaları (mərkəz) yerləşir. Sahillərində gəmilərin yan alması üçün əlverişli buxtalar müşahidə edilir. Ada öz adını bu amildən almışdır[2]. Şikotan adası Kunaşir adasından Cənubi Kuril boğazı ilə, Polonski adasından isə Şpanberq ilə ayrılır.
Şikotan adası dəniz mülayim iqliminə malikdir. Mussonların təsirinə məruz qalır. Cənub-şərqi şimal qərbinə nisbətən mülayim və rütubətli iqlimə malikdir. İqlimin bu çür qanuna uyğunsuzluğu isti Soya cərəyanın təsiri ilə əlaqədardır. Yayı ümumilikdə rütubətli və mülayimdir. Ən isti ayı avqust olub temperaturu +15,6°S təşkil edir. Qışı materikə (eyni paralelə) nisbətdə iqlimi yumşaq olur. Yağıntı əsasən qar halında düşü[7]. Qışın orta temperaturu −5,2 °S təşkil edir[8][9]
Ölçü baxımından ərazisinin kiçikliyi onun fauna və florasının kasıblığına səbəb olmuşdur. 2002-ci il araşdırmasına görə adada cəmi 663 növ bitki aşkarlanmışdır. Bambuk bitkisi sıx kolluqlar əmələ gətirə bilmir və asanlıqla keçilir[10]. Burada Qara şam, Tozağacı və Küknar kimi bitkilər bitir. Yırtıcıları Tülkü və Ağquyruq dəniz qartalıdır. Ətrafında yerləşən iri adalardan fərqli olaraq Qonur ayı[11] yoxdur. Endemiki Şikotan tarlasıçanıdır[12].
Adanın əhalisi 2800 nəfər[13] təşkil edir. Əhalinin 80 % Ruslardır. Yaşayış mənyəqələri:
Adada elədə böyük olmayan göllər və bulaqlar vardır. Ətraf sularında 70 növ balıq yayılmışdır. Üstəlik burada Yengəclər, Dəniz kirpiləri və digər canlılara rast gəlmək olar.
1945-ci ildə adada Sovet sərhəd qoşunları yerləşdirilmişdir. Hazırda isə Rusiya federasiyasının sərhəd xidməti fəaliyyətdədir[14]. Hazırda sərhəd qoşunlarınım hədəfi yapon təşkil etdikləri qanunsuz bio resurs ovuna qarşı mübarizədir[15].
Ada ilk dəfə İkinci Kamçatka ekspedisiyası zamanı 1733–1743 illərdə kəşf edilir və Fiqurnım adlandırılır. 1739-cu ildə xüsisi ilə Matin Petroviç Şpanberq və Valton adaların öyrəlnilməsində böyük xidmətləri olur. Sonrada adanın araşdırılmasındakı xidmətlərinə görə Şpanberq adası adlandırılır. Rus dənizçiləri Rikord və Qolovin adanı Çikotan olaraq qeyd edirlər[16]. 1855-ci ildə Rusiya ərazisi olaraq keçərli olsa da, 1855-ci il Şimoda traktatına görə Yaponiyaya aid edilməsi təstiqlənir. SSRİ 1945-ci ildə adanı işğal etmişdir.
2 fevral 1946-ci il SSRİ ali sovetinin qərarı ilə ölkəyə birləşdirilir[17]. Şikotan digər Kuril adaları ilə birlikdə Cənubi Saxalin vilayəti ərazisinə daxil edilir.
1956-ci ildə SSRİ və Yaponiya deklarasiya imzalanır. Sənədə görə Şkotan və Habomay Yaponiyaya qaytarılmalı olur. Dövrünün müəyyən səbəblərindən anlaşma yerinə yetirilmir. 2004-ci ildə Rusiya 1956-ci il anlsşmasını tanıdığını bildirmiş və SSRİ-ın varisi olaraq adaların qaytarılması ilə bağlı danışığın başlanmasına razılıq vermişdir.
Hazırda ərazi mübahisəsi həll edilməmiş olaraq qalır. Yaponiya Şikotandan əlavə Kuril adalarının cənubunda yerləşən bir çox adalara iddia edir[18][19][20].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.