From Wikipedia, the free encyclopedia
Tikə kabab, şişlik və ya şiş kabab — müxtəlif adlar altında tanınan Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa yeməyi.[1][2] Kababın növlərindən biri.
Bu məqalə qaralama halındadır. |
Şiş sözü türk mənşəlidir. Bu söz öncə Krım tatar dilindən Zaporojye kazakları tərəfindən alınmışdı. Ordan bu söz rus dilinə шашлык formasında, rus dilindən isə ingilis və başqa Avropa dillərinə shashlik və ya shashlick formasında keçmiş.[3][1][2][4]
Tikə sözünün də türk mənşəyi var. Onun prototürk dilindəki forması tikkü kimi yazılır və hissə və ya parça mənasını daşıyır. Cığatay dilində o, tikka formasında mövcud idi.[5][6] Cığatay dilindən həmin söz Muğal sülaləsi dövründə "bişirilmiş sümüksüz ət parçaları" mənasında Hindistana gəlib.[7]
Tikə kababın hazırlanmasında qoyun ətindən, baş soğandan, göy soğandan, cəfəri və reyhan kimi göyərtilərdən, duz, sumaq, istiot kimi ədviyyatlardan istifadə olunur.
Azərbaycan mətbəxinə aid olan qarssayağı tikə kabab qoyunun ətindən və böyrəyindən hazırlanır.[8]
Qoyun ətinin bud və ya bel hissəsindən 35-40 qramlıq tikələr kəsib duz və istiot vurulur, şişə taxılır və manqalda od üzərində qızardılır. Bəzən kababın əvvəlində yazılmış qayda üzrə basdırma hazırlanır. Kabab hazır olan kimi masaya verilməlidir. Tikə kababın yanında halqavari doğranmış soğan və ya narşərab, (yay vaxtı şişdə qızardılmış pomidor) istiot və duz verilir.[9]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.