Remove ads
From Wikipedia, the free encyclopedia
Şamil Vəzirov (tam adı: Şamil Süleyman oğlu Vəzirov; 18 may 1942, Bakı – 2 aprel 2001) — Azərbaycan alimi, kimya üzrə elmlər doktoru, professor.[1]
Şamil Vəzirov | |
---|---|
Şamil Süleyman oğlu Vəzirov | |
Doğum tarixi | 18 may 1942 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 2 aprel 2001 (58 yaşında) |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Süleyman Vəzirov |
Elmi dərəcəsi |
Kimya elmləri doktoru, professor Şamil Süleyman oğlu Vəzirov 1942-ci il mayın 18-də Bakı şəhərində tanınmış ziyalı ailəsində anadan olmuşdur. O, orta təhsilini Moskva şəhərində (59 saylı məktəb) və Bakıda (134 saylı məktəbdə) almışdır. 1959-cu ildə M.Əzizbəyov adına Neft və Kimya İnstitutunun Kimya texnologiyası fakültəsinə daxil olmuş və 1964-cü ildə institutu "Üzvi və neft kimya sintezinin texnologiyası" ixtisası üzrə mühəndis-texnoloq kimi bitirmişdir. Təhsil aldığı illərdə elmi-sənaye təcrübəsi keçmək məqsədilə Bakı Neft Emalı Zavodunda operator köməkçisi, Azərbaycan Milli Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunda baş laborant kimi əmək fəaliyyətinə başlamışdır.
Şamil Süleyman oğlu Vəzirovun əmək və elmi fəaliyyəti əsasən AMEA NKPİ ilə bağlı olmuşdur. O, 1964-cü ildə institutda baş laborant kimi işə başlamış və laboratoriya müdiri vəzifəsinə qədər yüksəlmişdir. 1986-cı ildən etibarən ömrünün sonuna kimi (02.04.2001) ″Heterogen oliqomerlər″, sonra isə ″Funksional oliqomerlər″ adlandırılmış laboratoriyaya başçılıq etmişdir.
Ş.S.Vəzirov 1968-ci ildə "Viniletil- və diviniltoluolların heterogen-katalitik sintezi, oliqomerləşməsi və bəzi çevrilmələri" mövzusunda "Neft-kimyası və neft-kimya sintezi" ixtisası üzrə namizədlik işini müvəffəqiyyətlə müdafiə etmişdir. Onun tərəfindən sintetik alümosilikatların iştirakında toluolun və etiltoluolun etilen ilə alkilləşməsi tədqiq olunmuş, alkilatların yeni heterogen sistemlərdə alınma sxemi təklif edilmişdir.
Şamil Vəzirov Moskvanın Qnesinler adına orta xüsusi musiqi məktəbində təhsil almışdı.
Şamil Vəzirov Respublikamızda Azərbaycan SSR Neft Sənayesi naziri, Sosialist Əməyi Qəhrəmanı Süleyman Azad oğlu Vəzirov və neft-kimya sahəsində mütəxəssis Validə Vəzirovanın ailəsində dünyaya göz açmışdı.
Ş.S.Vəzirov 1987-ci ildə ″1–1-diariletilen sırası monomerlərin və onlar əsasında reaksiyayaqabil oliqomerlərin sintezi″ adlı doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və kimya elmləri doktoru elmi dərəcəsini almışdır. Onun tətəfindən 1,1-diariletan sırası karbohidrogenlərindən bir-sıra sənaye oksid katalizatorları iştirakında 1,1-difeniletilen, n-etil- və n-vinil-, həmçinin n-izopropil- və n-izopropenil-1,1-difeniletilenlərin alınma proseslərinin elmi əsasları işlənib hazırlanmış. Müxtəlif təbiətli karbohidrogenlərin dehidrogenləşmə reaksiyalarının sistemli şəkildə tədqiqi aparılmış, termodinamiki əsaslandırılmış, kinetik qanunauyğunluqları müəyyən edilmişdir. Alkiləvəzolunmuş 1,1-difeniletilenin alınmasının ardıcıl-paralel mexanizmi aşkar edilmiş, stirol və malein anhidridi ilə sərbəst-radikal mexanizmi ilə sooliqomerləşməsi öyrənilmişdir. Tədqiq olunan proseslərdə monomerlərin nisbi reaksiya qabiliyyəti təyin edilmiş, stirol ilə sooliqomerləşmə prosesində böyüyən zəncirin qırılma mexanizmi müəyyən edilmiş və bunun xüsusilə böyüyən zəncirə aromatik halqalarla qonşu viniliden rabitəsinin daxil olması mərhələsində kinetik qırılma ilə əlaqədar olduğu göstərilmişdir. 1,1-difeniletilenin malein anhidridi ilə dien sintezinın qanunauyğunluqları öyrənilmiş və bis-adduktun alınmasında limitləşdirici mərhələ müəyyən edilmişdir. Bundan əlavə onun rəhbərliyi ilə makro 1,1-difeniletilenin stirol və malein anhidridi ilə qarşılıqlı təsirindən alınan və zəncirdə viniliden qrupu saxlayan sooliqomerlərin polimeranoloji çevrilmələri həyata keçirilmişdir. Göstərilmişdir ki, bu oliqomerlər tsis-komplanar fəza quruluşu saxlayaraq, addukt-sooliqomerləri yaratmaqla dien sintezi reaksiyasına qoşula bilir. Sintez edilmiş bis-addukt və addukt-sooliqomerləri əsasında tərkibində karboksil və amid qrupları saxlayan, metal-oliqomer komplekslər əmələ gətirə bilən yeni üzvi daşıyıcıların sintez üsulları təklif olunmuşdur. Onlardan maye fazada oksidləşmə və oliqomerləşmə reaksiyaları üçün yararlı yüksək effektli yeni katalitik sistemlərin hazırlanmasında istifadənin mümkünlüyü müəyyən edilmişdir. Sintez edilmiş reaksiya qabiliyyətli məhsullar elektroizolyasiya təbəqəsi əmələ gətirən material kimi elektrik mühərriklərinin istehsalı zamanı elektrotexniki polad təbəqələrinin yapışdırılmasında müvəffəqiyyətlə sınaqdan keçirilmişdır. Müxtəlif mühitlərə, o cümlədən suya, turşuya, temperatura davamlı, yüksək dielektrik göstəricilərə malik poliimidlər, poliefirlər və epoksid kompozisiyaları yaradılmışdır. Malein anhidridi ilə n-izopropenil-1,1-difeniletilenin addukt-sooliqomeri protektorlu rezinlərin hazırlanması zamanı vulkanlaşmanın zəiflədicisi kimi sınaqdan keçirilmiş və bir sıra kompleks fiziki-mexaniki xassələrı yüksəldə bilən sooliqomer kimi tətbiq edilməsi tövsiyə edilmişdir.
Bis-addukt, addukt-sooliqomerlər əsasında kumolun maye fazada oksidləşmə reaksiyası, stirolun və pirolizin maye məhsullarının stiroltərkibli fraksiyalarının oliqomerləşməsi üçün yeni bərkidilmiş kompleks katalizatorlar yaradılmışdır. Ayrılması daxil olmaqla etilbenzol istehsalının kub qalığı məhsullarından oliqo-1,1-diariletilensulfonatların pilot qurğusu miqyasında alınma prosesi işlənib hazırlanmış və plastifikasiyaedici əlavələr kimi istehsalatda uğurla sınaqdan keçirilmişdir. Sintez olunmuş makromonomerlərin yığma dəmir-beton məmulatların təcrübə partiyasının istehsalında, sahil boyu erroziyaya qarşı tikililərdə beton qarışığının tərkibində əlavələr, üzvi-mineral kompozisiyalarda isə bağlayıcı, örtükəmələgətirici material və s. kimi istifadəyə tövsiyə olunmuşdur. Tamponaj məhlullarının bərkiməsinın və tutuculuq qabiliyyətinin tənzimləndirilməsi üçün karbamid əsaslı sadə və əlverişli tərkiblərin hazırlanması və sənayedə tətbiqi üçün dəyərli tövsiyələr verilmişdir.
Ş.S.Vəzirovun rəhbərliyi altında yeni sinif polifunksional (makro)monomerlərin sintezi, onların oliqomerləşməsi, sooliqomerləşməsi prosesləri tədqiq olunmuş, tərkibi, struktur quruluşu tənzimlənə bilən reaksiyayaqabil oliqomerlərin, o cümlədən yeni tərkib oliqoefirlərin, epoksisooliqomerlərin sintezinin elmi əsasları işlənib hazırlanmışdır. Aparılan kompleks tədqiqatlar nəticəsində propilen oksidi, ikiəsaslı turşu anhidridləri, butadien, stirol və metakril turşusunun qlisidil efiri əsasında yüksək kompleks fiziki-mexaniki göstəricilərə malik və praktiki baxımdan perspektiv sahələrdə, o cümlədən kompozisiya materiallarının, laklar və boyaların alınmasında, sənaye miqyaslı polimerlər üçün modifikator kimi istifadə oluna bilən yeni reaksiyayaqabil oliqomerlərin alınma texnologiyaları işlənib hazırlanmışdır.
Ş.S.Vəzirov 1984-cü ildə Koreya Xalq Demokratik Respublikasında Birləşmiş Millətlər Təşkilatının eksperti kimi işləmiş, uzun müddət SSRİ və Amerika dostluq cəmiyyətinin Bakı şöbəsinin üzvü kimi fəaliyyət göstərmişdir.
O, uzun müddət AMEA NKPİ-nun partiya təşkilatının müavini olmuşdur. 1985-ci ildə Azərbaycan Mərkəzi Komitəsi nəzdində Universiteti fərqlənmə diplomu ilə bitirmişdir.
Şamil Süleyman oğlu Vəzirov ABŞ, Hindistan, Şimali Koreya, Türkiyə və bir sıra MDB ölkələrində keçirilən Beynəlxalq və Ümumittifaq Simpozium və Konfranslarda dəfələrlə iştirak etmiş, geniş və çox zaman ingilis dilində əhatəli məruzələrlə çıxış edərək, Azərbaycan kimya elminin təmsilçisi olmuşur. O, 1975–1976 və 1985–1986 ci illərdə ABŞ-da Massaçusets Texnoloji Universitetinin (MTU) Polimer Tədqiqatları və Mühəndisliyi bölməsində elmi təcrübə keçmiş, polimer tədqiqatları sahəsində tanınmış alim Otto Vogl ilə birlikdə MTU-da işləmiş və halogenli (so)polimerlərin sintezi, morfoloji xüsusiyyətlərinin öyrənilməsi sahəsində uğurlu tədqiqatlar aparmışdırBu müddət ərzində aparılan tədqiqatlar ABŞ-nın Polimer Materialları Jurnalında (J. Polymer Mater. 3, 1986) çap olunmuş və sonralar Jane C.Vogl tərəfindən hazırlanmış polimer elmində kim-kimdir (Who is Who in Polymer Science) kitabının VII bölməsinə daxil edilmişdir.
O, 1999-cu ildə professor elmi adına layiq görülmüşdür. Şamil Vəzirovun apardığı elmi-tədqiqat işlərinin nəticələri 100-dən çox elmi əsərdə, 14 müəlliflik şəhadətnaməsi, 4 patentdə öz əksini tapmışdır.
Onun rəhbərliyi ilə 5 elmlər namizədi və 1 elmlər doktoru müdafiə etmişdir.
1999-cu ildə elmi fəaliyyətinin nəticələrinə görə akademik Y.H.Məmmədəliyev adına mükafata layiq görülmüşdür.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.