Remove ads
Azərbaycan ədəbiyyatşünası From Wikipedia, the free encyclopedia
Şamil Qiyas oğlu Vəliyev (fevral 1960, Yuxarı Körpülü, Noyemberyan rayonu – 18 yanvar 2024[1], Bakı) — professor, filologiya elmləri doktoru, əməkdar jurnalist, Jurnalistika fakültəsinin dekanı.
Vəliyev Şamil Qiyas oğlu 1960-cı ilin fevralında Loru mahalının Körpülü kəndində anadan olub. 1977–1981-ci illərdə ADPU Filologiya fakültəsində təhsil alıb.
1983–1985-ci illərdə Səməd Vurğun adına ev-muzeyinin əməkdaşı olmuş, burada elmi işçi vəzifəsində çalışmışdır.[2]
1989-cu ildə "XX əsr Azərbaycan ədəbi tənqidində poeziya problemləri" mövzusunda filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün namizədlik dissertasiyası müdafiə edib. 2003-cü ildə "Füyuzat" ədəbi məktəbi" mövzusunda filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün doktorluq dissertasiyası müdafiə edib.
1985–2008-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi vəzifəsində çalışıb.[3]
2005-ci ildən BDU Jurnalistika fakültəsi, Mətbuat tarixi kafedrasının müdiri vəzifəsində çalışır. 2007-ci ildən Mətbuat tarixi kafedrasının professorudur.
20 aprel 2012-ci ildən Jurnalistika fakültəsinin dekanıdır.[4]
Bakı Dövlət Universitetinin 90 illik yubileyi ilə əlaqədar, ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Şamil Vəliyev milli mətbuatın inkişafında göstərdiyi xidmətlərə görə əməkdar jurnalist fəxri adına layiq görülüb.
BDU-nun Jurnalistika fakültəsi Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şamil Vəliyev İyulun 10-da Təhsil Nazirliyində Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli 1205 saylı sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–1920)" yubiley medalı ilə təltif edilmişdir.[5]
2024-cü il yanvar ayının 18-də dünyasını dəyişib.[6]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.