From Wikipedia, the free encyclopedia
Şamil Əliyev (1912, Şuşa – 1969, Bakı) — Bakı Dövlət Universitetinin rektoru (1941–1944).
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Şamil Əliyev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Rusiya İmperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ |
Elm sahələri | Tarix, Şərqşünaslıq, İpəkçilik |
Elmi dərəcəsi | Elmlər namizədi |
Elmi adları |
Akademik Professor |
Təhsili | Azərbaycan Dövlət Pedaqoji Universiteti |
Şamil Əliyev 1912-ci ilin dekabrında Şuşada anadan olub. Əvvəlcə Şuşa şəhərindəki birinci dərəcəli məktəbdə oxuyub, sonra təhsilini Müəllimlər Seminariyasında davam etdirib. Ali təhsil almaq məqsədilə Bakıya gələn Şamil Əliyev 1928–1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix və eyni vaxtda şərqşünaslıq fakültələrində oxuyub. İnstitutu bitirdikdən sonra Ağdam Pedaqoji Texnikumuna müəllim kimi göndərilən Şamil Əliyev bir neçə il burada fəaliyyət göstərib. Elmə olan marağı onu yenidən paytaxta gətirib. Aspiranturada təhsil alan Şamil Əliyev 1936-cı ildə İpəkçilik üzrə namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi alıb. Akademik Fuad Qasımzadə yazırdı:
Şamil Əliyev respublikamızda namizədlik dərəcəsi almış ilk alimlərimizdən idi. Özü də 24 yaşında |
1939-cu ildə Azərbaycan hökumətinin qərarı ilə Şamil Əliyev Moskvaya partiya məktəbində oxumağa göndərilib. 1941-ci ildə həmin məktəbi bitirən Şamil Əliyev bir müddət Ümumittifaq Radio Komitəsində Yaxın və Orta Şərq ölkələri üçün verilişlər şöbəsinə başçılıq edib. Hərtərəfli və geniş biliyə malik Şamil Əliyevin əsas tədqiqat sahəsi siyasi iqtisad olsa da, onun başqa elmlərə də marağı var idi. Təkcə fəlsəfəyə həsr etdiyi əsərlərinin sayı 50-ni ötmüşdü. Digər tərəfdən, tərcümə ilə də məşğul olurdu. İkinci Dünya müharibəsinin qəflətən başlaması ilə əlaqədar Şamil Əliyev Azərbaycana dönməli olub.Elə həmin ilin payızında 29 yaşlı gənc alim Azərbaycan Dövlət Universitetinin rektoru təyin edilib.Belə ağır bir şəraitdə Şamil Əliyevin təşkilatçılıq qabiliyyəti Azərbaycan Dövlət Universitetinin üzərinə düşən məsuliyyətli işin öhdəsindən şərəflə gəlməsinə imkan yaratdı.Şamik Əliyev xatirələrində deyərdi:
Müharibənin ilk günlərindən dövrün tələblərinə uyğun universitetin elmi və tədris işlərinin yenidən qurulması üçün təcili tədbirlər həyata keçirdik. Müharibə başlanandan yaranmış ağır şərait: ali məktəb müəllimlərinin çox hissəsinin cəbhəyə getməsi, maddi və maliyyə imkanlarının məhdudlaşması və s. respublikanın bir sıra ali məktəblərini müvəqqəti olaraq universitetin tərkibinə birləşdirmək zəruriyyətini yaratmışdır. Biz bütün fəaliyyətimiz boyu müdafiə və bədən tərbiyəsi işinə xüsusi diqqət yetirirdik. Bu illərdə tam qüvvə ilə işləmək üçün xüsusi dərnək və aksiyalar təşkil edirdik: snayper, atıcılıq, pulemyotların təmiri, süngü döyüşü, qranat atıcılığı üzrə və yanğınsöndürmə, özünümüdafiə qurumlarının işi təşkil olunurdu. Müharibə şəraitində işimiz də onun tələblərinə uyğun getməli idi. Mühazirə planlarında da müharibə ilə əlaqədar mövzuların sayı artırılmışdı. Müharibə şəraiti üçün işlənmiş planda 21, hərbi müdafiə əhəmiyyətli 14 mövzu müəyyənləşdirdik ki, bunlar da kompleks xarakter daşıyırdı. Uzun müddət nəzərdə tutulmuş müdafiə və elmi təsərrüfat əhəmiyyətli mövzular yenidən qurulurdu. Tələbələrdə vətənpərvərlik, beynəlmiləlçilik hisslərini daha da gücləndirmək üçün pedaqoji, tarix və ədəbiyyat fakültələri öz iş planlarına müvafiq mövzular daxil etmişdilər. |
Müharibə illərində Şamil Əliyev Azərbaycan Dövlət Tibb İnstitutunda siyasi iqtisad fənnindən dərs deyib. Professor Hidayət Cəfərov yazırdı:
Müharibənin ağır illərində beş müxtəlif istiqamətli ali məktəbi öz tərkibində birləşdirmiş Azərbaycan Dövlət Universitetinə rəhbərlik etmək asan iş deyildi. Nəzərə almaq lazımdır ki, Şamil Əliyev həmin dövrdə çox gənc idi. Belə məsul vəzifəni aparmaq ondan son dərəcə ciddi məsuliyyət, bilik və bacarıq tələb edirdi. Lakin hadisələrin sonrakı gedişi göstərdi ki, Şamil Əliyev rektor vəzifəsinə təsadüfən seçilməyib. Müxtəlif istiqamətlər üzrə yüksək ixtisaslı kadrlar hazırlanması ilə yanaşı, həmin illərdə universitetin laboratoriyalarında döyüşən ordunun tələblərinə uyğun elmi-tədqiqat işləri aparılır, dəyərli elmi-praktik nailiyyətlər əldə edilirdi. |
O, 1944-cü ilin sonuna qədər bu ali təhsil müəssisəsinin rektoru vəzifəsində çalışdı. 1943-cü ildən 1953-cü ilə qədər də Azərbaycan Sənaye İnstitutunda Siyasi iqtisad kafedrasının müdiri olub. 1945–1947-ci illərdə AK(b)P Bakı Komitəsində təbliğat və təşviqat şöbəsinin müdir müavini və müdiri vəzifələrində çalışan Şamil Əliyev, eyni zamanda, "Təbliğatçı" jurnalının baş redaktoru idi.
1955-ci ildə Şamil Əliyev Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna direktor təyin olunub. Bununla bərabər, 1959-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Universitetinin Siyasi iqtisad kafedrasının dosenti kimi pedaqoji fəaliyyətini davam etdirib. Müxtəlif məsul vəzifələrdə işləməklə yanaşı, elmi-tədqiqat işlərini ilə məşğul olan Şamil Əliyev siyasi iqtisad elminin nəzəri problemlərinin tədqiqi ilə bağlı maraqlı araşdırmalar aparıb. Quruluşun tələbinə görə bir sıra siyasi xadimlərin əsərlərinin Azərbaycan dilinə tərcüməçisi olub. Azərbaycanda siyasi iqtisad fənninin formalaşmasında, eyni zamanda, onun bir elm sahəsi kimi təşəkkül tapması və inkişafında Şamil Əliyevin böyük xidmətləri var. Keçmiş ittifaq miqyasında seçilən və əməyi yüksək qiymətləndirilən mütəxəssislərdən sayılan Şamil Əliyev müharibədən sonrakı illərdə bir neçə çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilmiş, müxtəlif orden və medallarla təltif olunmuşdur.
1969-cu ildə 57 yaşında dünyasını dəyişmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.