Remove ads
From Wikipedia, the free encyclopedia
Şair Nəcməddin oğlu Həsənov (10 iyul 1936, Qusar – 15 mart 2017) — Azərbaycan inşaatçı-mühəndisi və ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsinin sədri (2001–2006), Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin sədri (1999–2001), Azərbaycan SSR tikinti materialları sənayesi naziri (1990–1991), Azərbaycan SSR Dövlət Aqrar Sənaye Komitəsi sədrinin müavini (1986–1989), Azərbaycan SSR kənd tikintisi naziri (1983–1985).
Şair Həsənov | |
---|---|
19 aprel 2001 – 28 fevral 2006 | |
Əvvəlki | Abid Şərifov |
Sonrakı | Abbas Ələsgərov (Şəhərsalma və Arxitektura Komitəsinin sədri kimi) |
20 iyul 1999 – 19 aprel 2001 | |
Əvvəlki | Sücəddin Abdullayev |
Sonrakı | vəzifə ləğv edilib |
12 dekabr 1990 – 22 may 1991 | |
Əvvəlki | Arif Mansurov |
Sonrakı | vəzifə ləğv edilib |
1986 – 1989 | |
Sədr | Musa Məmmədov Müzamil Abdullayev |
7 yanvar 1983 – 12 dekabr 1985 | |
Əvvəlki | Dadaş Asanov |
Sonrakı | vəzifə ləğv edilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 iyul 1936 |
Doğum yeri | |
Vəfat tarixi | 15 mart 2017 (80 yaşında) |
Dəfn yeri | |
Partiya |
|
|
|
Təltifləri |
|
Şair Nəcməddin oğlu Həsənov 10 iyul 1936-cı ildə (bəzi mənbələrdə 10 iyun) Qusar şəhərində anadan olmuşdur. 1958-ci ildə Azərbaycan Politexnik İnstitutunu yol nəqliyyatı mühəndisi ixtisası üzrə bitirmişdir.[1] Həmin ildən Azərbaycan SSR Tikinti Nazirliyi sistemində iş icraçısı, elmi-tədqiqat laboratoriyasının mühəndisi, böyük mühəndisi, bölmə rəhbəri, tikintinin təşkili və texnologiyas tresti şöbəsinin baş mühəndisi, texnika idarəsi rəisinin müavini, Sənaye Tikintisi Nazirliyi "Dəmir-beton" trestinin baş mühəndisi, nazirliyin istehsalat idarəsinin rəisi vəzifələrində işləmişdir.[2]
Şair Həsənov 1977–1980-ci illərdə Azərbaycan SSR kənd tikintisi nazirinin birinci müavini, 1980–1983-cü illərdə Azərbaycan SSR Baş Kolxoz-Sovxoz Tikintisi Baş İdarəsinin ("Başkolxozsovxoztikinti") rəisi, 1983–1985-ci illərdə kənd tikintisi naziri, 1986-cı ildən 1989-cu ilədək Azərbaycan Dövlət Aqrar-Sənaye (Aqrosənaye) Komitəsi sədrinin müavini, 1990-cı ilin yanvar ayından dekabr ayınadək "Azəravtoyol" İstehsalat Birliyinin rəis müavini vəzifələrində çalışmışdır.[3][4] 1990–1991-ci illərdə Azərbaycan SSR tikinti materialları sənayesi naziri, 1991-ci ilin may ayından "Azərtikintimaterialsənaye" Dövlət Konserninin prezidenti olmuşdur.[5]
Şair Həsənov 1999–2001-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin sədri işləmiş, 2001-ci ilin aprel ayında isə Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsinin sədri təyin olunmuşdur.[6] Komitəsinin 28 fevral 2006-cı ildə ləğv edilməsindən sonra Şair Həsənov təqaüdə çıxmışdır.[1] 2006-cı ildə isə "Samur" Ləzgi Milli Mərkəzi İdarə Heyətinin sədri seçilmiş və ictimai fəaliyyəti davam etdirmişdir.[3]
Şair Həsənov 1961-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının[2], 1993-cü ildən isə Yeni Azərbaycan Partiyasının üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin 10–11-ci çağırış deputatı seçilmişdir. "Azərbaycan SSR əməkdar mühəndisi" (1982) fəxri adına layiq görülmüş, "Şərəf nişanı" (1982), "Qırmızı əmək bayrağı" (1986) ordenləri və bir yubiley medalı ilə təltif edilmişdir.[7] 2014-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur.
Şair Həsənov 2017-ci ildə vəfat etmiş, martın 15-də Bakı şəhərində dəfn olunmuşdur.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.