From Wikipedia, the free encyclopedia
Şaiq Məmmədov və ya Şaiq Məmmədoğlu (tam adı: Şaiq Məmməd oğlu Məmmədov; 7 avqust 1980, Muğanlı, İliç rayonu) — azərbaycanlı jurnalist, dilçi və ictimai xadim.
Məmmədov Şaiq Məmməd oğlu 7 avqust 1980-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Muğanlı kəndində ziyalı ailəsində anadan olub.
1986-cı ildə Sumqayıt şəhəri 32 saylı orta məktəbin birinci sinfinə gedib. 1997-ci ildə Sumqayıt şəhəri 4 saylı orta məktəbi bitirib, elə həmin il Azərbaycan Dillər Universitetinin "Dilşünaslıq" fakültəsinin "Sinxron Tərcümə" ixtisasına daxil olub.
2002-ci ildə "Lider" Televiziyasında "Xəbərlər" informasiya proqramının gündəlik ingilis dilindəki buraxılışının müəllifi və aparıcısı kimi əmək fəaliyyətinə başlayıb.
2005–2006-cı illərdə ordu sıralarında həqiqi hərbi xidmət keçib.
2007-ci ildə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də "Xəbərlər" informasiya proqramının gündəlik ingilis dilindəki buraxılışının və "Həftənin mənzərəsi" analitik-informasiya proqramının aparıcı-redaktoru vəzifəsində çalışıb.
2008-ci ildən iş fəaliyyətimi APA informasiya agentliyində redaktor vəzifəsində davam etdirib.
2010–2014-cü illərdə Naxçıvan Dövlət Universitetinin "Sosial İdarəetmə və Hüquq" fakültəsinin "Hüquqşünaslıq" ixtisası üzrə təhsil alıb.
2013-cü ilin sentyabr ayından[1] 2017-ci ilin may ayınadək İctimai Televiziya və Radio Yayımları Şirkətində Baş direktorun informasiya və ictimai-siyasi proqramlar üzrə müavini vəzifəsində çalışıb.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.