caz və klassik pianoçu və bəstəkardır From Wikipedia, the free encyclopedia
Şahin Növrəsli (10 fevral 1977[1], Bakı) — caz pianoçu, Azərbaycan Respublikasının əməkdar artisti.
Şahin Növrəsli | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 10 fevral 1977[1] (47 yaş) |
Doğum yeri | Bakı, Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Musiqiçi |
Janrlar | Caz, Klassika |
Musiqi aləti | Piano |
Albom şirkətləri | Jazz Village, PIAS, Disk Union, Eight Islands Records |
Təhsili | |
Mükafatları | |
shahinnovrasli.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Şahin Növrəsli 1977-ci ildə Bakıda anadan olub[2]. Dahi azərbaycan şairi Mirzə Ələsgər Növrəsin nəticəsidir. Musiqi ilə çox erkən yaşlarından məşğul olmağa başlamışdır və artıq 11 yaşında Azərbaycan Dövlət Filarmoniyasında simfonik orkestrin solisti kimi çıxış edib. Müəllimlərin israrına görə öz təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində davam etdirmişdir və oxuduğu illər ərzində klassik musiqi ilə dərindən və ciddi məşğul olmuşdur. 18 yaşında Ş. Növrəsli Raxmaninovun İkinci Konserti ilə çıxış etmişdir və münsiflər heyətinin ən yüksək qiymətinə layiq görülmüşdür. Bakı Musiqi Akademiyasında oxuyarkən musiqiçi özünü tamamilə klassik və caz musiqisinə həsr etmişdir. Həmin vaxtdan daimi qastrollar, turlar, beynəlxalq festivallar onun həyatının ayrılmaz hissəsi olub.
Səfərlərdən və konsertlərdən sonra nadir istirahət dəqiqələrində Şahin yeni layihələr üzərində işləyir. Caz triosu ilə xalq çalğı alətlərinin sintezi nəticəsində Neytn Pek, Aleksandr Maşin, Nurlan və Arslan Növrəslilərin iştirakı ilə yaranan "Əbədi yol" adlı layihə belə ərsəyə gəlmişdir. Daha bir proyekt isə caz solo proyekt və klassik solo proyekt "Clajamu"-dur. (Proqram Mosart və Bax kimi klassik bəstəkarların əsərləri əsasında tərtib olunmuşdur.)
Şahin Keni Viler, Uday Mazumdar, Alison Miler, Neytn Pek, Aleks Pek, Mat Zebroski, Cef Lederer, Con Vikan, Saşa Maşin və başqa tanınmış musiqiçilərlə çıxışlar etmiş və albomlar yazdırmışdır.
Şahin Növrəsli Türkiyə, Fransa, Rusiya, Azərbaycan və konsertlərlə çıxış etdiyi ölkələrin universitetlərində və məktəblərində ustad dərsləri verir.
Şahin Növrəslini dünya cazının yeni ulduzu adlandırırlar... Qısa müddət ərzində Şahin caz musiqisinin məğzini və onun çoxobrazlı imkanlarını o qədər dərindən başa düşmüşdür ki, özünün ABŞ və Avropada beynəlxalq festivallarda çıxışları ilə ən mahir biliciləri və professionalları heyrətə salmışdır. Rusiyanın paytaxtındakı çıxışı ərəfəsində Moskva cazmenləri onu bu cür təntənəli epitetlərlə qiymətləndirmişdilər: "Dahi həmvətəni Vaqif Mustafazadənin davamçısı","Dünya caz səhnəsinin yeni ulduzu". Artıq müasir dövrdə Şahini Azərbaycan cazının vizit kartı adlandırmaq olar. Ona Azərbaycan muğamının melodiyaları ilə ənənəvi caz ritmlərini əlverişli sintez etmək müyəssər olmuşdur. O, öz musiqisində iki böyük mədəniyyəti – Qərb və Şərq mədəniyyətini birləşdirə bilmişdir.
Eqzotik melodiyalarin sakit-sakit fırlanaraq toxunuşu, iti harmoniya, şıltaq şərq ritmləri, və elə oradaca döngədə super sürətli qaynar amerikan cazı – bu Şahin Növrəslinin musiqisidir.
30 aprel 2014-cü ildə,[3] 6 may 2015-ci ildə[4], 6 may 2016-cı ildə[5], 1 may 2017-ci ildə[6] və 9 may 2018-ci ildə[7] Prezident Mükafatına layiq görülmüşdür.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.