Şəmkir Beynəlxalq Şahmat Turniri

From Wikipedia, the free encyclopedia

Şəmkir Beynəlxalq Şahmat Turniri (ing. Shamkir Chess) Şəmkir şəhərində 2014-cü ildən etibarən Vüqar Həşimovun xatirəsinə təşkil edilməyə başlanılmış beynəlxalq şahmat turniri. Turnirdə əsasən FİDE sıralamasında ön pillələrdə qərar tutan şahmatçılar iştirak edirlər.[1]

Arxa plan

Azərbaycan şahmat məktəbinin görkəmli simalarından biri olan Vüqar Həşimovun uzun sürən ağır xəstəlikdən 2014-cü ilin 11 yanvarında vəfat etməsindən sonra Vüqarın xatirəsinə beynəlxalq şahmat turnirinin keçirilməsi Synergy Group tərəfindən qərara alınmışdır. Aparılan müzakirələrin ardından ilk şahmat turnirinin 2014-cü ilin aprel ayında Şəmkir şəhərində keçirilməsi qərarlaşdırıldı. Beynəlxalq Şahmat Federasiyası (FİDE) tərəfindən beynəlxalq bir turnir olaraq qəbul edilən Şəmkir Beynəlxalq Şahmat Turnirinə Fide reytinqində ən üst sıralarda qərarlaşmış qrosmeysterin dəvət edilməsi nəzərdə tutulmuşdu. 2014-cü ildə ilki baş tutan turnirin qalibi FİDE reytinqində I yeri tutan norveçli şahmatçı Maqnus Karlsen olmuşdur. Şəmkir Beynəlxalq Şahmat Turnirinin mükafat fondu €100,000 təşkil etməkdədir.

Şəmkir Şahmat turniri — 2014

2014-cü ildə təşkil edilmiş Şəmkir Beynəlxalq Şahmat Turniri sayca ilk turnir olmuşdur. Vüqar Həşimovun vəfatının 100-cü gününə təsadüf edən turnir 19–30 aprel tarixlərində Şəmkir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçirilmişdir. A və B səbətləri üzrə qruplaşdıran şahmatçıların A qrupunun mükafat fondu 100 min avro, B qrupunun mükafat fondu isə 30 min avro olaraq müəyyənləşdirilmişdir.

A qrupunda FİDE reytinqində ön sıraları tutan Maqnus Karlsen, Fabiano Kariana, Hikaru Nakamura, Teymur Rəcəbov, Sergey KaryakinŞəhriyar Məmmədyarov kimi şahmatçılar qərarlaşmışdır. A qrupu üzrə keçirilən final görüşündə norveçli şahmatçı Maqnus Karlsen italiyalı rəqibi Fabiano Kariananı məğlub edərək turnirin ilk qalibi olmuşdur. B qrupu üzrə keçirilən yarışlarda isə ukraynalı şahmatçı Pavel Elyanov qələbə qazanmışdır.

Qaliblər

Əlavə məlumat #, İl ...
Şəmkir Beynəlxalq Şahmat Turniri
#İlTurnirAvg. EloQalibRaundHesab
12014A2780 Maqnus Karlsen106.5
12014B2663 Pavel Elyanov96
Bağla

Nəticələr

Əlavə məlumat #, Oyunçu ...
A qrupu, cat. XXII (2780)
#OyunçuReytinqXallarQələbə
1 Maqnus Karlsen2881
2 Fabiano Kariana2783
3 Hikaru Nakamura277252
4 Teymur Rəcəbov271351
5 Sergey Karyakin277250
6 Şəhriyar Məmmədyarov27603
Bağla
Əlavə məlumat #, Oyunçu ...
B qrupu, cat. XVII (2663)
#OyunçuReytinqXallarQələbəSB
1 Pavel Elyanov27326
2 Aleksandr Motılev2685
3 Etiyen Bakrot272253
4 Hao Vanq273452
5 Radoslav Voytaşek2716
6 Rauf Məmmədov26604218,00
7 Qədir Hüseynov26214216,25
8 Vasif Durarbəyli258441
9 Nicat Abasov251640
10 Eltac Səfərli26563
Bağla

Şəmkir Şahmat turniri — 2015

2015-ci ilin 16 aprel tarixində Şəmkir şəhərində sayca ikinci Şəmkir Beynəlxalq Şahmat Turniri start götürmüşdür. 2015-ci ildə keçirilən turnirin iştirakçıları arasında ötən ilki turnirin qalibi Maqnus KarlsenFİDE sıralamasında ön pillələri tutan şahmatçılar iştirak etməkdədir. Şəmkir Beynəlxalq Şahmat Turniri 2015 in iştirakçılarının tam tərkibi aşağıdakı kimidir:

2015-ci ildə keçirilən Şəmkir Beynəlxalq Şahmat Turnirinin qalibi Maqnus Karlsen olmuşdur. İlk turnirdə də qalib olan Karlsen turnirin mükafat fondu olan 100 min avroya sahib çıxıb. Maqnus Karlsen tərəfindən əldə olunan yekun nəticə: 7/9 (+5–0=4).

Əlavə məlumat #, İl ...
Şəmkir Beynəlxalq Şahmat Turniri
#İlTurnirAvg. EloQalibRaundHesab
12015A2773 Maqnus Karlsen97
Bağla

Nəticələr

Əlavə məlumat #, Oyunçu ...
A Qrupu, cat. XXII (2773)
#OyunçuReytinqXalQələbə
1 Maqnus Karlsen286375
2 Vişvanatan Anand279163
3 Uesli So278853
4 Fabiano Kariana280252
5 Vladimir Kramnik278342
6 Şəhriyar Məmmədyarov275441
3 Maykl Adams27463.51
4 Aniş Qiri27903.50
5 Maksim Vaşer-Laqrav27623.50
6 Rauf Məmmədov26513.50
Bağla

Şəmkir Şahmat turniri — 2016

2016-cı ilin mayın 25-dən iyunun 4-ə kimi 9 turdan ibarət üçüncü Şəmkir Beynəlxalq Şahmat Turniri keçirildi. Açılışda gənclər və idman naziri Azad Rəhimov, Beynəxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov, iştirakçı şahmatçılar və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər. Şəmkir Beynəlxalq Şahmat Turniri 2016-ın iştirakçılarının tam tərkibi aşağıdakı kimidir:

Şəmkir Beynəlxalq Şahmat Turnirinin qalibi Şəhriyar Məmmədyarov oldu.

Nəticələr

Əlavə məlumat #, Oyunçu ...
#OyunçuReytinqXallar
1 Şəhriyar Məmmədyarov27486
2 Fabiano Kariana28046
3 Aniş Qiri2790
4 Sergey Karyakin27795
5 Rauf Məmmədov2655
6 Pentala Harikrişna27634
7 Teymur Rəcəbov27264
8 Eltac Səfərli26644
9 Pavel Elyanov2765
10 Hou Yifan2663
Bağla

Tay breklər

Şəhriyar MəmmədyarovFabiano Kariana — 2,5:1,5 (1:1 iki partiya sürətli, 1,5:0,5 iki partiya blits)

Şəmkir Şahmat turniri — 2017

2017-ci ilin aprelin 20-dən 30-na kimi 9 turdan ibarət dördüncü Şəmkir Beynəlxalq Şahmat Turniri keçirildi. Açılışda gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Beynəxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov, iştirakçı şahmatçılar və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər. Şəmkir Beynəlxalq Şahmat Turniri 2017-ın iştirakçılarının tam tərkibi aşağıdakı kimidir:

Şəmkir Beynəlxalq Şahmat Turnirinin qalibi Şəhriyar Məmmədyarov oldu.

Nəticələr

Əlavə məlumat #, Oyunçu ...
#OyunçuReytinqXallar
1 Şəhriyar Məmmədyarov2772
2 Vladimir Kramnik28115
3 Uesli So28225
4 Veselin Topalov27415
5 Sergey Karyakin2783
6 Radoslav Voytaşek2745
7 Maykl Adams2761
8 Teymur Rəcəbov27104
9 Pavel Elyanov2781
10 Pentala Harikrişna[5] 2758
Bağla

İstinadlar

Xarici keçidlər

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.