Remove ads
Etatist qəzetinin təsisçisi, Milli Fikir Mərkəzinin sədri. From Wikipedia, the free encyclopedia
Şəhriyar Sərdar oğlu Məcidzadə (10 sentyabr 1986, Mirbəşir) – Etatist qəzetinin təsisçisi, Milli Fikir Mərkəzinin sədri.
Şəhriyar Məcidzadə | |
---|---|
Doğum tarixi | 10 sentyabr 1986 (38 yaş) |
Doğum yeri | |
Atası | Sərdar Həmidov |
Təhsili | Taras Şevçenko adına Kiyev Milli Universiteti |
Fəaliyyəti | siyasətçi, jurnalist |
Fəaliyyət illəri | 2011-ci ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhriyar Məcidzadənin atası – Sərdar Məcid oğlu Həmidov, 1992-ci ildən 1994-cü ilə qədər Dağlıq Qarabağla təmas xəttində yerləşən Tərtər rayon İcra Hakimiyyətinin başçısı və Tərtər Özünümüdafiə Batalyonunun komandiri olmuşdur. 15 may 1994-cü ildə Bişkekdə Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəs razılaşmasından 10 gün sonra vəzifəsindən azad edilib.
Şəhriyar Məcidzadə 10 sentyabr 1986-cı ildə Tərtər rayonunda anadan olub. Müharibə bitənə qədər Tərtər rayonunda 1 saylı orta məktəbdə təhsil alıb. 1994-cü ildə Bakı şəhəri, Nərimanov rayon 77 saylı orta məktəbdə təhsilini davam etdirib. 1997-ci ildə atası həbs edildikdən sonra Nəsimi rayonunda Elitar Gimnaziyaya daxil olub və 2003-cü ildə həmin gimnaziyanı bitirib.
2005-ci ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Əlaqələr İnstitunun Beynəlxalq Hüquq fakültəsinə daxil olub və 2009-cu ildə həmin universiteti fərqlənməylə bitirib. Universitetdə nizam-intizam qaydalarına ciddi yanaşmasına və fəaliyyətinə görə universitet rəhbərliyi tərəfindən xasiyyətnamə alan yeganə xarici tələbə olub.[1][2]
2009-cu ildə universiteti bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb və Azərbaycan Respublikası Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzinə daxil olub. 2010-cu ildə Müdafiə Nazirinin müvafiq əmrinə əsasən leytenant rütbəsi alaraq taqım komandiri vəzifəsinə təyin edilib və cəbhə bölgəsində yerləşən N saylı hərbi hissəyə göndərilib.
2011-ci ilin iyul ayından ordu sıralarından ehtiyata buraxılır və elə həmin ilin oktyabr ayında özünün fikir müəllifliyi ilə həftəlik "Etatist" qəzetinin nəşrinə başlanılır.[3] 2012-ci ilin may ayının 5-də bir qrup gənc Milli Fikir Mərkəzini təsis edir və 15 iyun tarixdə Şəhriyar Məcidzadə Milli Fikir Mərkəzinin sədri seçilir.[4][5]
2012-ci ilin oktyabrın 6-da həbs olunan siyasi məhbusların azad edilməsi tələbi ilə təşkil olunan Müsavat Gənclər Təşkilatının gənclərlə bağlı forumunda iştirak edib.[6]
2012-ci ilin noyabr ayında Şəhriyar Məcidzadənin təşəbbüsü ilə, Milli Fikir Mərkəzinin üzvlərindən ibarət, könüllülük əsasında fəaliyyət göstərən redaksiya heyəti yaradılır və "Etatist" internet qəzeti təsis edilir.[7]
Şəhriyar Məcidzadənin Milli Fikir Mərkəzinə rəhbərlik etdiyi dövrdə mərkəz, müxtəlif ictimai-siyasi simaların, şair və yazarların, professorların, tarixçilərin iştirakı ilə 60-dan çox seminar, müxtəlif tədbirlər və gənclərin müzakirələrini təşkil edib. Həmçinin onun rəhbərliyi ilə Tərtərdə radikal dini qruplaşmaların da fəaliyyəti ilə bağlı geniş araşdırma aparaq ictimaiyyətə və dövlət qurumlarına məlumat verilib.[8][9]
2012-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının Milli Məclisinin Sosial-siyasət komitəsi tərəfindən məktəblərdə cinsi tərbiyənin tədris olunması təklif olunanda Şəhriyar Məcidzadə bununla bağlı tədqiqat apararaq ictimaiyyətə təqdim edib. Bunun ardınca Milli Fikir Mərkəzinin nəzdində sosial tədqiqatlar üçün qrup yaradılıb.[10][11][12]
Şəhriyar Məcidzadə Azərbaycanda dünyəvi dövlət quruluşuna qarşı olan dini cərəyanların fəaliyyətinin gündəmə gətirilməsində rol oynayıb.[13][14][15]
2015-ci ilin noyabr ayında keçirilən parlament seçkilərində Şəhriyar Məcidzadə 95 saylı Tərtər seçki dairəsindən namizədliyini irəli sürmüşdü. Lakin onun namizədliyi qeydə alınmayıb, daha sonra Mərkəzi Seçki Komissiyasına etdiyi şikayətdən sonra namizədliyi təkrar qeydə alınmışdır.[16][17]
Şəhriyar Məcidzadə 2014-cü ilin fevralın 19-u rəhbəri olduğu Milli Fikir Mərkəzinin üzvləri ilə birgə Bakıda Nəsimi heykəlinin önündə aksiya keçirib.[18] Aksiyaya səbəb fevralın 16-ı Bakıda "Vətən" kinoteatrında gənc repçi "Kabus"un planlaşdıran konsertinin baş tutmaması olub. Polis konsertin qeyri-qanuni olduğunu bildirib və tədbirin keçirilməsinə icazə verməyib. Qərara etiraz edən Şəhriyar Məcidzadə və bir qrup gənc baş verənlərin qanunsuz olduğunu əsas gətirərək etiraz aksiyası təşkil ediblər.[19] Lakin polisin müdaxiləsi nəticəsində aksiya baş tutmayıb. Şəhriyar Məcidzadə 4 nəfər mülki geyimli şəxs tərəfindən həbs edilərək, Mütəşəkkil Cinayətkarlara Qarşı Baş Mübarizə İdarəsinə aparılıb. 5 saat sonra, təxminən saat 19:00-da Şəhriyar Məcidzadə sərbəst buraxılıb.[20][21]
Şəhriyar Məcidzadə cəmiyyətdə hüquqi dövlətçilik ideyalarını təbliğ etmək üçün Respublika Günündə Sahil bağında (keçmiş "26-lar Bağı") Sovet imperializminin repressiyasını ifadə etmək məqsədilə 28 may aksiyası keçirib.[22]
1993-cü ildə Gəncədə Surət Hüseynovun dövlətə qiyamı, qeyri-konstitusion yolla hakimiyyətə gəlməsini dövlətə xəyanət kimi qiymətləndirən MFM ilə birlikdə 2012-ci ilin 4 iyun tarixində bununla bağlı aksiya keçirib.[23][24]
2012-ci ildə cəmiyyətdə oxumaq və maariflənmək ideyasını təbliğ etmək məqsədilə "Oxu! Özünü dərk et" aksiyası keçirilib.[25]
2014-cü ildə 283 saylı məktəbin direktoru Etatist internet qəzetinə qarşı məhkəmə iddiası qaldırır və 50 min manat tələb edir.[26] Bundan sonra Şəhriyar Məcidzadə "Ölü təhsil-ölü nəsil" adlı tədbir keçirir, Milli Fikir Mərkəzi Təhsil Nazirliyi qarşısında aksiya təyin edir və gənclər virtual aksiya keçirib iddianın geri götürülməsini tələb edir. Oktyabr ayının 24-də iddia edənin tələbini geri götürməsi ilə bağlı mətbuata açıqlama verir və buna görə də aksiya təxirə salınır.[27][28]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.