From Wikipedia, the free encyclopedia
Qaqra kilsəsi (gürc. გაგრის ეკლესია), Abaata, Müqəddəs Qaqralı İpati kilsəsi və ya Qaqra Müqəddəs Bakirənin himayəsi kilsəsi — Gürcüstanın Qaqra şəhərində erkən orta əsr xristian kilsəsi. Abxaziyadakı ən qədim kilsələrdən biridir. VI əsrdə inşa edilən və 1902-ci ildə yenidən qurulan sadə bazilikadır.
Qaqra kilsəsi | |
---|---|
gürc. გაგრის ეკლესია | |
43°19′51″ şm. e. 40°13′09″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Status | aktiv |
Şəhər | Qaqra |
Yerləşir | Abxaziya |
Tikilmə tarixi | VI əsr |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qaqra kilsəsi Abaata kimi tanınan müasir qala ərazisində yerləşir. Hal-hazırda xarabalıq halındadır. Tikintisində ağ daşdan istifadə olunmuşdur. Əsas giriş qərb tərəfdə yerləşir. Kilsədəki otaqlar qapılar ilə bir-birinə bağlanır. Əsas otaq cənub divarındakı üç pəncərə, qərb divarında və qurbangahda olan pəncərə ilə işıqlandırılır.[1] Kilsə, 1902-ci ildə Rusiya imperatorluq ailəsinin üzvü olan Aleksandr Petroviçin həyat yoldaşı Yevqeniya Maksimilianovnanın əmri ilə yenidən quruldu. 9 yanvar 1903-cü ildə Müqəddəs Qaqralı İpati kilsəsi kilsəsi olaraq təqdis edildi.[2] Eyni zamanda, köhnə Abaata qalası otel inşaatı üçün söküldü. Kilsə sovet dövründə köhnə silah muzeyi olaraq istifadə edildi. Kilsədə 2007-ci ildə kiçik yeniləmələr edildi. 2012-ci ildə xristianların istifadəsi üçün bərpa işləri aparıldı.[3]
Qaqra kilsəsi Gürcüstanın Milli Əhəmiyyətli Abidələr siyahısında yerləşir.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.