From Wikipedia, the free encyclopedia
Fənərbaxça Şükrü Saracoğlu stadionu — Türkiyədə, İstanbul şəhərinin Kadıköy ilçəsində yerləşən futbol stadionu. Stadion 1908-ci ildə tikilmişdir. Türkiyənin ən böyük 4-cü stadionudur. Adını 1936-1950 illəri arasında Fənərbaxça prezidenti olmuş Türkiyənin keçmiş baş naziri Şükrü Saracoğludan almışdır.
Şükrü Saracoğlu stadionu | |
---|---|
| |
Tam adı | Fənərbaxça Şükrü Saracoğlu stadionu |
Keçmiş adı |
Papazın çayırı Union Club İttihad Fənərbaxça |
Yeri | Kadıköy, İstambul, Türkiyə |
Təməli qoyulub | 1908 |
Tikilib | 190 |
Açılış tarixi | 1908 |
Yenidən qurulma tarixi |
1929-1932 1965-1982 1999-2006 |
Tikinti xərcləri | 80 milyon € |
Sahibi | Fənərbaxça |
Tamaşaçı tutumu | 50.059 |
Ev sahibi komanda | Fənərbaxça PFK |
Meydançanın ölçüləri | 105m x 68m |
Ot örtüyü | Təbii |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Dəfələrlə yenilənən stadion sonuncu dəfə 1999-2006 illərində təmir edilib. 2009-cu ildə Şaxtyor və Verder Bremen futbol klubları arasında baş tutmuş UEFA Kubokunun finalına ev sahibliyi edib.
Əvvəllər Silahdarağa, Papazın çayırı adlandırılan stadion ərazisində İngilis və yunan gənclər futbol oynayırdılar. 1908-ci ildə Cəmil Paşanın razılığı ilə stadion "Union Club" adı altında açıldı. Stadiondan illik istifadə dəyəri 30 qızıl idi. Stadionun tikilməsində 3000 qızıl pul xərclənmişdi və İngiltərədən gətirilmiş xüsusi ot örtüyü ilə örtülmüşdü. Stadion cəmi 100 nəfərlik tribunalara malik idi.
Lakin oyunlardan gözlənilən gəlirin əldə edilməməsi kirayə haqqının verilməsini çətinləşdirdi. 1915-ci ildə stadionun adı "İttihad" oldu. 1924-cü ildə Taksim stadionu açılana qədər bu stadionda Türkiyənin ən vacib görüşləri keçirilirdi.
Getdikcə əhəmiyyətini itirən stadion Şükrü Saracoğlunun səyləriylə Milli Əmlaka çevrildi, sonra 1929-cu ildə stadion Fənərbaxça klubu tərəfindən kirayəyə alındı. Əvvəlcə taxta, altı beton, 100 m²-lik və 2.000 tamaşaçı tutumuna malik tribunalar inşa edildi , sonra qarşısında 1.500 nəfərlik yeni tribunalar tikildi. Fənərbaxça stadionu adlandırılmaya başlanan stadionun yenidənqurmadan sonra açılışı 1932-ci ilin mayında İstanbul bələdiyyə başçısı və valisi Muhittin Üstündağın qatıldığı mərasimlə baş tutdu
5 iyun 1932-ci ildə Quşdilidə Fənərbaxça klubunun binası yanğında yandı. Bu zaman Mustafa Kamal Atatürk başda olmaq üzrə bir çox insan Fənərbaxçaya maddi yardım vermək qərarına gəldilər. Klub binası yanan Fənərbaxçanın heç olmasa bir stadiona sahib olması üçün Şükrü Saracoğlunun dəstəyi ilə 6 iyun 1932-ci ildə 1213 nömrəli qərara əsasən stadion 9.000 türk lirəsinə Fənərbaxça klubuna satıldı.Beləliklə Fənərbaxça Türkiyədə stadion mülkiyyətinə sahib olan ilk klub oldu. 36.000 m²-lik sahənin alınması üçün 500 lirəni Atatürkün özü ödəmişdir.
Bu tarixdən sonra Türkiyənin vacib qarşılaşmaları və 19 May tədbirləri yenidən burada keçirilməyə başlandı. 1940 Balkan Olimpiya Oyunlarına ev sahibliyi edən stadion 1947-ci ildə tikilməyə başlanan Mithatpaşa stadionunun (İnönü stadionu) kölgəsində qalmağa başladı. Mithatpaşa stadionunun memarı Paolo Vietti-Violinin Fənərbaxça stadionu üçün hazırladığı layihə baş tutmasa da 1949-cu ildə stadionun tutumu 25.000 nəfərə çıxarıdı. 1955-ci ildə isə burada ancaq əhəmiyyətsiz oyunlar keçirilirdi.
Artıq ehtiyacı qarşılaya bilməyən stadion 1964-cü ildə bağlandı, 1965-ci ildə açıldı. 18 illik işlərdən sonra 19 sentyabr 1882-ci ildə Fənərbaxça-Altay oyunu ila təkrar istifadəyə verildi.
Bundan sonra 32.000 tamaşaçı tutumuna çatan stadion 1993-cü ildə müasir işıqlandırma sistemi ilə təchiz edildi. 22 iyul 1998-ci ildə stadionun adı Şükrü Saracoğlu stadionuna dəyişdirilmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.