Remove ads
From Wikipedia, the free encyclopedia
İsmayıl Qəribov - kimya elmləri doktoru (1973), professor (1974)
İsmayıl Qəribov | |
---|---|
İsmayıl Məcnun oğlu Qəribov | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan, Ağdaş |
Vəfat yeri | Ağdaş rayonu |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Atası | Qəribov Məcnun |
Anası | Qəribova Məleykə |
Elm sahəsi | kimya |
Elmi dərəcələri | kimya elmləri doktoru (1973), professor (1974) |
İş yeri | Tibb Universiteti |
Təhsili | V.İ. Lenin ad. Azərbaycan Pedaqoji İnstitutu |
Tanınır | alim, professor |
İsmayıl Qəribov 1915-ci ildə Ağdaş şəhərində anadan olmuşdur. Ağdaşda orta məktəbi bitirdikdən sonra V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsinə qəbul olmuşdur. 1939-cu ildə həmin institutu bitirərək doğma rayonuna qayıtmış və burada orta məktəblərdə ixtisası üzrə müəllim işləmişdir.Ailəli olmuşdur.5 övlada malik.Ən tanınmışı Qəribov Fuad İsmayıl oğlu olmuşdur.
İ. Qəribov 1943-cü ildə Gəncə Zərdabi adına Pedaqoji İnstitutuna müəllim dəvət edilmiş, orada kimya kafedrasının müdiri vəzifəsində işləməyə başlamışdır. O, 1967-ci ilə kimi həmin institutda çalışmışdır. 1967-ci ildən etibarən Bakıda "Vedeqo" adlı Ümumittifaq Elmi-Tədqiqat İnstitutunda laboratoriya müdiri vəzifəsində fəaliyyətini davam etdirmişdir. Sonra o, Azərbaycan Tibb İnstitutunda kimya kafedrasında dosent, bir müddət keçdikdən sonra isə professor vəzifəsini tutmuşdur. M. Qəribov 1973-cü ildə kimya elmləri doktoru elmi adını almışdır. Azərbaycan Tibb İnstitutunda işlədiyi dövrdə professor M. Qəribovun rəhbərliyi altında 3 nəfər elmlər namizədi hazırlanmışdır. O, 70-ə yaxın elmi məqalənin müəllifidir. [1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.