İslam Rzayev

Azərbaycan müğənni və xanəndəsi From Wikipedia, the free encyclopedia

İslam Rzayev

Rzayev İslam Tapdıq oğlu (11 noyabr 1934[1], Sərdarlı, Qaryagin rayonu26 yanvar 2008, Bakı) — Azərbaycanlı müğənni, xanəndə və pedaqoq, Azərbaycan SSR xalq artisti (1989).[2]

Cəld faktlar Ümumi məlumatlar, Doğum tarixi ...
İslam Rzayev
Thumb
Ümumi məlumatlar
Doğum tarixi 11 noyabr 1934(1934-11-11)[1]
Doğum yeri
Vəfat tarixi 26 yanvar 2008(2008-01-26) (73 yaşında)
Vəfat yeri
Dəfn yeri
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 1956–2008
Janr muğam
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
"Şöhrət" ordeni
Bağla

Həyatı

İslam Rzayev 11 noyabr 1934-cü ildə Füzuli rayonunun Sərdarlı kəndində dünyaya gəlmişdir. Qarabağ xanəndəlik məktəbinin layiqli davamçılarından biri olmuşdur. Onun səsini ilk dəyərləndirən Seyid Şuşinski olmuşdur. Peşəkar musiqi təhsilini Bakıda Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda almış (1951–1956), Seyid Şuşinskinin sinfində muğam dəstgahlarını mükəmməl öyrənmişdir. Həmçinin Zülfü AdıgözəlovdanHəqiqət Rzayevadan muğam dərsləri almış, sənətini təkmilləşdirmişdir. Daha sonra 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir.[3]

1958-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti kimi fəaliyyətə göstərib.[2] Pedaqoji işlə də məşğul olmuş, yetirdiyi tələbələr xanəndəlik məktəbinin layiqli davamçıları kimi tanınmışlar. İslam Rzayevin təşəbbüsü ilə 1989-cu ildə Bakıda ilk Dövlət Muğam Teatrı yaradılmışdır. Həyatının sonunadək Muğam Teatrının bədii rəhbəri vəzifəsində çalışıb.[2]

Onun oxuduğu "Çahargah", "Bayatı-Kürd", "Mahur–Hindi", "Rast" muğam dəstgahları AzTV-nin fonduna daxil edilmişdir.[4] Bir sıra mahnılar da bəstələmiş, onlardan "Gəl inad etmə", "Dağlar başı", "Almadərən" mahnıları geniş yayılmışdır. Öz yaradıcılığında bəstəkar əsərlərinə də müraciət etmiş, Cahangir Cahangirovun "Nəsimi", "Aşıq Alı" və s. kantatalarında solo partiyanı ifa etmişdir.[5]

70-dən artıq qastrol səfərlərində olmuş, Fransa, İngiltərə, İran, İraq, Əlcəzair, Türkiyə, İsrail, Kolumbiya, Peru, Kuba, Yaponiya, Hindistan, Nepal kimi ölkələrdə Azərbaycan mədəniyyətini təmsil etmişdir.[6]

Xanəndə 26 yanvar 2008-ci ildə Bakı şəhərində vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunub.[7]

Mükafatları

Filmoqrafiya

  1. Azərbaycan elləri (film, 1976)
  2. Bakı bağları. Türkan (film, 2007)
  3. "Hacı Mail" nağılı... (film, 2005)
  4. Havalansın Xanın səsi (film, 2001)
  5. Sevil (film, 1970)
  6. Şur (film, 1967)
  7. Yenilməz batalyon (film, 1965)
  8. Yorulmamışam. Rövşən Behcət (film, 2007)

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.