Bolşevik qəzet From Wikipedia, the free encyclopedia
"İskra" (qəzet) — Bakıda bolşevik mətbuat orqanı kimi fəaliyyət göstərmiş qəzet.
"İskra" (qəzet) | |
---|---|
| |
Təsisçi | Georgi Plexanov |
Redaktor | |
Yaranma tarixi | dekabr 1900 |
Dil | Rus dili |
Nəşrini dayandırıb | 1905 |
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
1900-cü ilin dekabrında nəşrə başlayan "İskra" qəzeti Azərbaycanda da yeni tipli dövrü mətbuatın bünövrəsini yaratdı. İskra bolşevik mətbuatının prinsiplərini müəyyənləşdirərək partiyalılıq, fəhlə sinfinin maraq və mənafelərini müdafiə etmək, inqilabi mübarizəyə sadiqlik, barışmazlıq kimi xüsusiyyətləri nəzəri baxımdan işləyib hazırladı. İlk nömrələrindən başlayaraq bu qəzet neft şəhəri fəhlələrinin dərin rəğbətinin qazandı. 1901-ci ilin yazından etibarən Bakı sosial-demkoratları Rusiya həmfikirliləriylə əlaqələr qurur, ideya təşkilati olaraq 'İskra' ilə müntəzəm yazışmalar aparırdılar.[1]
V. İ. Leninin, "İskra" redaksiyasının, RSDFP Tiflis Komitəsinin yaxından köməyi ilə, Lado Ketsxovelinin təşkilatçılıq bacarığı sayəsində 1901-ci ilin yayında Bakıda "Nina" adı ilə məşhur olan gizli mətbuat yaradıldı. Bu da Zaqafqaziya sosial-demokratların təbliğat imkanlarını genişləndirdi. Tarixi mənbələrə görə Nina mətbəəsi ilə yanaşı, Bakıda daha beş gizli mətbəə fəaliyyət göstərirdi. Məsələn, 1901-ci ilin sentyabrından "Nina" mətbəəsində leninçi "İskra" ideyalarını həyata keçirən "Brdzola" ("Mübarizə") qəzeti nəşr edilməyə başlanmışdır. Bu qəzet sosial-demokrat qəzeti idi. "İskra" "Brdzola"nın ilk nömrəsini hərarətlə təbrik etmiş, onu ən böyük və mühüm hadisə kimi qiymətləndirmişdir. İnqilabi marksizmin nəzəəri əsaslarını müdafiə edən "Brdzola" da Lenin "İskra"sı kimi kütləvi-siyasi təşviqata, çarizmə qarşı siyasi mübarizəyə keçməyi zəruri sayır və həmin ideyanı təbliğ edirdi.
Bu mətbəələrdə siyasi təşviqatın ən çevik və təsirli vasitəsi olan vərəqələrin çapı həyata keçirilirdi. RSDFP Bakı Komitəsi 1902-ci ilin dekabrından 1903-cü ilin iyun ayına qədər müddətdə ümumi 47 tirajı 33 min nüsxə olan sayı 19-dan çox müstəqil vərəqə çap edərək əhali arasında yaymışdı. Azərbaycan dilində də bolşevik gizli mətbuatının ilk nümunələri inqilabi mahiyyət daşıyan siyasi vərəqələr olmuşdu.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.