From Wikipedia, the free encyclopedia
İona Anderson (ing. Iona Anderson; 3 oktyabr 2005) — Avstraliya üzgüçüsü. 2024-cü il Su idman növləri üzrə dünya çempionatında bir qızıl, iki gümüş medal qazanıb.
Anderson Karin Senyor ali məktəbində təhsil almışdır. Pert şəhərindəki Qərbi Avstraliya İdman İnstitutuna daxil olmamışdan əvvəl “Breakers” üzgüçülük klubunda məşq etmişdir.
2023-cü ildə gənclər arasında keçirilən Dünya Çempionatında kürəyi üstə üzgüçülük yarışlarında 100 metrlik məsafə üzrə gümüş, 50 metrlik məsafə üzrə isə qızıl medal qazanmışdır.[1][2] Daha bir qızıl, bir gümüş medallarını 4 х 100 metr məsafədə qarışıq üzgüçülük üzrə əldə etmişdir. Hər iki yarışda ilkin iştirakçı kimi yer almış, finalda isə Jaklin Barkli iştirak etmişdir.[3]
Dohada keçirilən 2024-cü il Dünya Çempionatında Kler Körzan 100 metr məsafədə arxaya üzmə üzrə 0,83 saniyə ərzində qalib gəlmişdir. Anderson kanadalı İnqrid Uilmi 0,06 saniyə qabaqlayaraq ikinci olmuşdur. Barkli isə Uilmdən 0.10 saniyə gec nəticə göstərərək dördüncü yerdə qərarlaşmışdır.[4][5] Arxaya üzmə üzrə 50 metrlik məsafədə Körzan Andersonu 0,02 saniyə qabaqlamışdır, Uilm isə eyni zamanda Andersondan 0,16 saniyə geridə qalaraq bürünc medal qazanmışdır.[6][7] Finalda Anderson, Harkin, Trossell və Şayna Cek Avstarliyanın Barkli, Ebbi Harkin, Aleksandriya Perkins və Brianna Trosselldən ibarət ən güclü komandasından beş saniyə daha sürətli nəticə göstərərək İsveç və Kanada idmançılarına qalib gəliblər.[8]
Anderson 2024-cü il Avstraliya çempionatında arxaya üzmə üzrə 100 metrlik yarışlarda ikinci yeri tutmuş və 4 х 100 metrlik sərbəst üzgüçülük yarışlarında dərəcə əldə etmişdir.[9]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.