From Wikipedia, the free encyclopedia
İnarə Quliyeva (4 yanvar 1950, Moskva) — Rusiyanın tanınmış teatr və kino aktrisası, Rusiyanın Əməkdar Artisti (1994).
İnara Aleksnadrovna Quliyeva 1950-ci il yanvarın 4-də Moskvada anadan olub. Atası azərbaycanlı, anası rus idi. Atası Bakıda yaşayıb, zabit kimi fəaliyyət göstərib. Bakıda xeyli qohumları olsa da, babası ilə nənəsi boşandıqdan sonra aktrisanın azərbaycanlı qohumları ilə əlaqəsi kəsilmişdir. 1972-ci ildə Rus teatral incəsənət akademiyasını (GİTİS) bitirib. 1994-cü ildən Rusiyanın əməkdar artistidir.
İnara Quliyeva Moskva operetta teatrının solisti olub. 1978-ci ildə "müsiqili teatr rejissoru” ixtisasını alan İ.Quliyeva bu gün rus telekanallarında bir sıra məşhur verilişlərin müəllifidir. İnara Quliyeva çoxlu sayda musiqili teatr tamaşalarının quruluşunu verib.
O, bir sıra bədii filimlərdə çəkilib. Sovet İttifaqında populyar film olan "Dövlət sərhəddi”, "Sönən ulduzların işığı” kimi filmlərdə yaddaqalan obrazlar yaradıb.
Azərbaycanın bir neçə bədii filmlərindən rol alıb. İlk dəfə onu Azərbaycana filmə çəkilməyə yaxın dostu Oqtay Mirqasımov dəvət etmişdir. Rejissor onu Rəşid Behbudov haqqında ekranlaşdırdığı “1001-ci qastrol” filmində İradə roluna çəkilməyə dəvət edib. İnarə Quliyeva "Qaynana”da Afət rolunda, və "Alma almaya bənzər” filmində müəllimə rolu ilə tamaşaçıların yaddaşında qalıb.[1][2]
İnara Quliyeva operatta tamaşalarında çoxsaylı rollar oynayıb.Sonuncu quruluş verdiyi operatta Ştrausun "Qaraçı baron” klassik operettasıdır. Hazırda teatr məktəbində həm də dərs deyir.
Rusiya televiziyasında bir sıra musiqili verilişlərin müəllifidir. Hazırda ölkənin müxtəlif teatrlarında rejissorluqla məşğuldur və hal-hazırda Moskva Operetta teatrında fəaliyyətini uğurla davam etdirir.[3]
Opera artisti Vitali Mişle ilə evlidir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.