İlyaslar (Kəlbəcər)
Kəlbəcər rayonunda kənd From Wikipedia, the free encyclopedia
Kəlbəcər rayonunda kənd From Wikipedia, the free encyclopedia
İlyaslar, Elyasalılar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çəpli kənd inzibati ərazi dairəsində kənd.[1]
İlyaslar | |
---|---|
40°14′21″ şm. e. 46°06′29″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Kəlbəcər rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.518 m |
Saat qurşağı | |
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb.
Elyasalılar Kəlbəcər rayonunun Seyidlər inzibati ərazi vahidində kənd. Murovdağ silsiləsinin ətəyindədir. Yerli əhalinin dilində Ellazalılar variantında işlənən bu oykonim haqqında belə ehtimal edilir ki, Elyasalı (Ellazalı) adlı bir Şəxs XIX əsrdə indiki Gədəbəy rayonunun Anqdam kəndindən gələrək Güneydamı adlanan bu yerdə kəndin bünövrəsini qoymuşdur. Kənd də onun adı ilə adlanmışdır. 1917-ci ildə kəndin adı Ellazallar variantında qeydə alınmışdır. Qeyd edək ki, qazax tayfalarının içərisində ellazalı nəslinin adına təsadüf edilir. Gürcüstanın Bolnisi rayonunda keçmış El kəndinin 1948-ci ildən adı Elias Sopeli adlanır. Oykonim butun hallarda etnotoponimdir[2].
Qaraqaya yurdu, Ocaq dərəsinin yurdu, Xəlyarlı dərəsinin yurdu, Üçtəpə yurdu, Gölyeri yurdu, Taxtadüz yurd, Kürd güneyi yurdu.
Yeddibulaq, Üçtəpə bulağı, Buz bulaq, Güney bulağı, Göl bulağı, Qanqallı bulaq, Çoban bulağı.
Gölün güneyi, Üçtəpənin başı, Kürd güneyinin başı.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.