From Wikipedia, the free encyclopedia
İlqar Qürbət oğlu Məmmədov (9 yanvar 1971, Göydərə, Şamaxı rayonu) — riyaziyyat üzrə elmlər doktoru,[1][2] AMEA-nın professoru,[3] Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun "Fiziki, bioloji və iqtisadi proseslərdə idarəetmənin riyazi analizi"[4] laboratoriyasının müdiri, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin[5] "Diferensial tənliklər və optimallaşdırma"[6] kafedrasında 0,5 ştat dosent vəzifəsində müəllim, Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasında Fizika-Riyaziyyat və Texnika Elmləri üzrə Problem Şurasının üzvü
İlqar Məmmədov | |
---|---|
İlqar Qürbət oğlu Məmmədov | |
Doğum tarixi | 9 yanvar 1971 (53 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Atası | Qürbət |
Elm sahəsi | riyaziyyat |
Elmi dərəcəsi | Riyaziyyat üzrə elmlər doktoru (2016) |
Elmi adı |
|
İş yeri | |
Təhsili | |
Tanınır | Qeyri-hamar əmsallı, dominant qarışıq törəməli hiperbolik tənliklər üçün müxtəlif sinif lokal və qeyri-lokal sərhəd məsələləri və onların optimal idarəetmə məsələlərinə tətbiqi sahəsi üzrə |
isi.az/az/content/77 |
İlqar Məmmədov 9 yanvar 1971-ci ildə Şamaxı rayonunun Ərəbqədim kənd inzibati ərazi dairəsinin Göydərə kəndində — indiki Qobustan rayonunun Göydərə kəndində mexanizator ailəsində anadan olmuşdur.[7]
O, 1978–1986-cı illərdə Şamaxı rayonunun Ərəbqədim kənd inzibati ərazi dairəsinin Göydərə kəndində yerləşən Göydərə kənd səkkiz illik natamam orta məktəbində oxumuşdur. Həmin il müsabiqə yolu ilə Bakı şəhərindəki Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyə daxil olmuş, 1988-ci ildə təhsilini fərqlənmə ilə başa vurmuşdur.
1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil almış, riyaziyyatçı, riyaziyyat müəllimi ixtisası alaraq, məzun olmuş və bu ali məktəbdə ali təhsilini qırmızı diplomla yəni fərqlənmə diplomu ilə başa vurmuşdur. Elə həmin il diferensial tənliklər ixtisası üzrə Bakı Dövlət Universitetinin aspiranturasına daxil olmuş və oranı müvəffəqiyyətlə bitirmişdir.
1995-ci ildən AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində işləmiş, 2008-ci ildən 2017-ci ilə qədər isə aparıcı elmi işçi vəzifəsində çalışmışdır. 2004-cü ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu və Bakı Dövlət Universitetinin D 01.111 Birləşdirilmiş Dissertasiya Şurasında "Bəzi sərhəd məsələlərinin korrekt həllolunması və hiperbolik tənliklərlə təsvir olunan proseslərdə optimallığın zəruri şərtləri" mövzusunda namizədlik dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 13 may 2005-ci il tarixli (protokol № 18-k) qərarı ilə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. İlqar Məmmədov Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiiyasının 23 fevral 2010-cu il tarixli qərarı ilə diferensial tənliklər kafedrası üzrə dosent elmi adına layiq görülmüşdür.
2016-cı il 15 yanvar tarixində Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi İlqar Məmmədov 1211.01 – "Diferensial tənliklər" və 1214.01 – "Dinamik sistemlər və optimal idarəetmə" ixtisasları üzrə riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün "Yüksək tərtibli qeyri-hamar əmsallı hiperbolik tənliklər üçün çoxölçülü lokal və qeyri-lokal sərhəd məsələlərinin həlli və onların optimal idarə məsələlərinə tətbiqi" mövzusunda dissertasiya işini AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun B/D 01.111 Birdəfəlik Dissertasiya Şurasında müvəffəqiyyətlə müdafiə etmişdir. Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyası 25 noyabr 2016-cı il tarixli qərarı ilə riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almışdır.
İlqar Məmmədov 1211.01 – "Diferensial tənliklər" və 1214.01 – "Dinamik sistemlər və optimal idarəetmə" ixtisasları üzrə 285 elmi əsərin müəllifidir, onlardan 214-ü xaricdə dərc olunmuşdur. Onun elmi əsərlərinə xaricdə dərc olunmuş elmi məqalələrdə və o cümlədən, Respublikamızda və xaricdə müdafiə olunmuş riyaziyyat üzrə fəlsəfə və elmlər doktoru dissertasiyalarında istinadlar vardır. O, 2017-ci il 5 iyul tarixindən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə AMEA-nın professoru adını daşıyır.
İlqar Məmmədov 2007–2013-cü illər ərzində AMEA Kibernetika İnstitutunda Gənc Alimlər Şurasının sədri olmuşdur.
2011-ci ildə "AZƏRBAYCAN GƏNCLİYİ- MÜSTƏQİLLİYİN HƏMYAŞIDI" adlı Azərbaycan Gənclərinin VI Forumunun iştirakçısı olmuş, "Azərbaycan gəncliyi 2011–2015-ci illərdə" dövlət proqramının layihəsinin hazırlanmasında bilavasitə fəal iştirak etmişdir.
Müxtəlif illərdə İlqar Məmmədov Amerika Birləşmiş Ştatlarında dərc olunan və tətbiqi riyaziyyatın müasir problemlərindən bəhs edən 7 beynəlxalq elmi jurnalda redaksiya heyətinin üzvü olmuşdur: "Applied and Computational Mathematics" (2013–2016-cı illər ərzində), "American Journal of Applied Mathematics and Statistics" (2013–2016-cı illər ərzində), "Applied Mathematics and Physics" (2013–2016-cı illər ərzində), "Journal of Mathematical Sciences and Applications" (2013–2016-cı illər ərzində), "Universal Journal of Computational Mathematics" (2013-cü ildən bu vaxta qədər), "American Journal of Applied Mathematics" (2013–2016-cı illər ərzində), "Pure and Applied Mathematics Journal") (2013–2016-cı illər ərzində) və bundan başqa, tətbiqi riyaziyyat sahəsində müdafiə olunmuş riyaziyyat üzrə fəlsəfə və elmlər doktoru dissertasiyaları üzrə 19 dəfə rəsmi opponent olmuşdur. 2013-cü ildən başlayaraq, Scopus və Thomson Reuters bazasında olan müxtəlif riyaziyyat jurnallarında rəyçi olmuşdur. Bundan başqa, İlqar Məmmədov ali məktəblərdə tədris olunan riyaziyyata aid bir sıra dərc olunmuş dərslik və monoqrafiyalarda rəyçi olmuşdur. İlqar Məmmədov, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının, 2017-ci ildə filialın tətbiqi riyaziyyat ixtisasının bakalavr və magistr pillələri üzrə Dövlət imtahanlarının keçirilməsi, buraxılış kvalifikasiya işlərinin və magistr dissertasiyalarının müdafiəsi üçün təşkil edilmiş Dövlət İmtahan Komissiyalarının üzvü olmuşdur. Bundan başqa, İlqar Qürbət oğlu Məmmədov Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmri ilə, müxtəlif illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdindəki İnşaat Kollecini bitirən tələbələrin buraxılış imtahanlarını təşkil etmək üçün Dövlət Attestasiya Komissiyasının sədri təyin olunmuşdur.
İlqar Məmmədov hal-hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun Elmi Şurasının üzvüdür. Eyni zamanda O, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu nəzdində fəaliyyət göstərən ED 1.19 Dissertasiya şurasının 3338.01-"Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi" ixtisası üzrə elmi seminarının üzvüdür. Bundan başqa, İlqar Məmmədov hal-hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasının nəzdindəki Elmi Tematik Seminarın üzvü və elmi katibidir.
İlqar Məmmədov 2017-ci ilin 1 mart tarixindən İdarəetmə Sistemləri İnstitutunda laboratoriya müdiri vəzifəsini icra edir. O, AMEA Rəyasət Heyəti Fizika-riyaziyyat və Texnika Elmləri Bölməsi Bürosunun 28 sentyabr 2017-ci il tarixli № 9/12 qərarı ilə İdarəetmə Sistemləri İnstitutunda laboratoriya müdiri vəzifəsinə təsdiq edilmişdir.
Hal-hazırda İlqar Qürbət oğlu Məmmədov Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasında Fizika-Riyaziyyat və Texnika Elmləri üzrə Problem Şurasının üzvüdür. İlqar Məmmədov 2022-ci ilin 9 Sentyabr tarixindən bu günə kimi 09.09.2022 tarixli № K-82/2 əmrlə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin[5] "Diferensial tənliklər və optimallaşdırma"[6] kafedrasında 0,5 ştat dosent vəzifəsində çalışır.
İlqar Qürbət oğlu Məmmədovun elmi əsərləri vikikitabda
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.