Azərbaycan professoru və biznesmeni From Wikipedia, the free encyclopedia
İlham Rəhimov (14 yanvar 1951, Qaraxanlı, Tovuz rayonu) — Azərbaycan alimi, hüquq elmləri doktoru, professoru, biznesmeni.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
İlham Rəhimov | |
---|---|
Doğum tarixi | 14 yanvar 1951 (73 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı |
|
Elm sahəsi | Hüquq |
Elmi dərəcəsi | Hüquq elmləri doktoru |
Elmi adı | Professor |
Təhsili |
|
Elmi rəhbəri | Nikolay Belyayev[1] |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Rəhimov İlham Məmmədhəsən oğlu 14 yanvar 1951-ci ildə Tovuz rayonunda anadan olmuşdur. 1970–1975-ci illərdə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində təhsil almış, 1975–1978-ci illərdə Leninqrad Dövlət Universitetinin cinayət hüququ kafedrasında əyani aspirantı olmuş, 1978-ci ildə isə hüquq elmləri namizədi elmi adını almışdır. Onun elmi rəhbəri Rusiya Federasiyasının əməkdar elm xadimi, hüquq elmləri doktoru, Sankt-Peterburq Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ kafedrasının professoru, Rusiya Təhsil Nazirliyinin hüquq elmləri üzrə Baş Şurasının sədri Nikolay Aleksandroviç Belyayev (1923–2004) olmuşdur.
1988-ci ildə Leninqrad Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə etmişdir. Bununla da o postsovet məkanında cinayət hüququ sahəsində ən gənc elmlər doktoru olmuş, 1996-cı ildə isə professor elmi adını almışdır.
Əmək fəaliyyətinə Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi kimi başlamış, uzun müddət Azərbaycan Respublikası Ədliyyə Nazirliyində idarə rəisi vəzifəsində işləmişdir. 1982–1992-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik idarəsinin müdiri vəzifəsində işləmiş, Kollegiyanın üzvü olmuşdur. Həmin dövrdə İ. Rəhimov tərəfindən çoxlu sayda normativ aktlar, eləcə də qanunvericilik aktları üzrə nəticələr hazırlanmışdır.
1992–1996-cı illərdə Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya problemləri üzrə Elmi-tədqiqat institutunun direktoru vəzifəsində işləmişdir. 1996–2000-ci illərdə müxtəlif ali məktəblərdə hüquq fənnindən dərs demiş, eləcə də Ali Diplomatiya Kollecində (indiki Avrasiya Universitetində) elmi işlər üzrə prorektor vəzifəsində işləmişdir.
İlham Rəhimov 2012-2013-cü illərdə deputat Rəbiyyət Aslanova ilə evli olmuşdur.[2] O bir müddət Ruhi ilə də nigahlı olmuş və ondan ekiz oğulları olmuşdur.[3]
İlham Rəhimov 2001-ci il əlavə parlament seçkilərində 87 saylı Tovuz seçki dairəsi üzrə deputatlığa bitərəf namizəd olmuş, 6080 səs (bütün səslərin 23,97%-i) toplayaraq seçkiləri bitərəf namizəd İlqar Qılıcovun ardınca ikinci sırada tamamlamışdır.[4]
Cinayət və islah-əmək hüququ üzrə yüzə yaxın elmi məqalələrin, eləcə də bir neçə məhkəmə və qanunvericiliyin fundamental problemlərinə həsr olunmuş monoqrafiyaların müəllifidir. Onun yaradıcılığında "İslah-əmək təsirinin nəzəri və praktiki problemləri" (Bakı, 1981), "Məhkəmə proqnozlaşdırılmasının nəzəriyyəsi" (Bakı, 1987), "Cəzanın fəlsəfəsi və onun vəzifəsinin problemləri" (Bakı, 1998), "Cinayətkarlıq və cəza" (Moskva, 2012), "Cinayət və cəzanın fəlsəfəsi" (S.-Peterburq, 2013) kitabları mühüm yer tutur.
İ. M. Rəhimovun "Cinayət və cəzanın fəlsəfəsi" kitabı 2014-cü ildə Azərbaycan dilində (elmi redaktor: Sakit Hüseynov, tərcüməçilər: Aydın Əlizadə, Elsevər Səmədov) çap edilmişdir.
İ. M. Rəhimov 1992–1993-cü illərdə hazırlanmış məhkəmə sistemində islahatlar Konsepsiyasının ilk müəllifi olmuşdur. 1994-cü ildə isə cinayətkarlıqla mübarizə üzrə dövlət proqramını hazırlamışdır.
O, 18 aprel 2004-cü ildə Rusiya Təhlükəsizlik, Müdafiə, Qanunun aliliyi Akademiyasının akademiki seçilmişdir. İlham Rəhimov bu akademiyanın akademiki adına layiq görülmüş ikinci azərbaycanlıdır.
"METAFİZİKA" beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 16-cı sayından jurnalın "Hüquq və Siyasi elmlər" üzrə redaksiya heyətinin üzvüdür.[5]
İ. M. Rəhimov 2023-cü ildə Rusiya Elmlər Akademiyasının Ümumi yığıncağının qərarı ilə Rusiya Elmlər Akademiyasının akademiki seçilib.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.