From Wikipedia, the free encyclopedia
İlham Kazım oğlu Məmmədov (13 yanvar 1962, Yevlax) — Azərbaycan Respublikasının Milli Məclisinin III, IV, V və VI çağırış deputatı.
1962-ci il yanvarın 13-də Yevlax şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə işi fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir.
1986-cı ildən Yevlax Şəhər Mərkəzi Xəstəxanasında sahə həkimi, həkim-endoskopist, şöbə müdiri, həkim-qastroenteroloq, 2001-ci ildən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında böyük həkim vəzifələrində çalışmışdır. 2004–2005-ci illərdə Yevlax Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi olmuşdur.
Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədridir.
Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə komitələrin üzvü.
2024-cü il oktyabrın 8-də Azərbaycan - İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[1]
Seamless Wikipedia browsing. On steroids.