From Wikipedia, the free encyclopedia
Çin–yapon müharibəsi — 1937–1945-ci illər arası Çin və Yaponiya arasında baş vermiş münaqişə.
İkinci Çin–Yaponiya müharibəsi | |
---|---|
Tarix | 2 sentyabr 1945 |
Yeri |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Çinlilər 33 milyona qədər itki verdilər (hərbi və mülki), yaponlar isə 3 milyona yaxın itki verdilər.
1937-ci ildən Yaponiya Mancuriyaya nəzarət edirdi və Çinin içərilərinə doğru hərəkət etməyə hazır idi. 1937-ci ilin 7 iyulunda baş vermiş Marko Polo körpüsündəki hadisə, Çin və Yaponiya arasında irimiqyaslı müharibəyə səbəb oldu. Homindançı və kommunist çinlilər vətəndaş müharibəsini dayandırdılar və yapon işğalına qarşı vahid cəbhədə birləşdilər. SSRİ, bu müharibədə Çin qüvvələrinə hərbi yardım etmişdi. Yaponlar Şanxay, Nankin və Uxanda mühüm hərbi qələbələr qazandı, lakin dünya ölkələri, əsas da ABŞ xüsusilə Panay hadisəsinə görə Yaponiyanın təcavüzkar siyasətini pislədi.
1939-cu ildə yaponlar, SSRİ-ni Uzaq Şərqdən, xüsusilə də Mancuriyadan çıxarmağa çalışırdılar. Onlar, Marşal Georgi Jukovun rəhbərliyi altındakı sovet və monqol hərbi qüvvələri tərəfindən Xalxin-Qol döyüşündə məğlub edildilər. Bu şimala olan yapon hücumunu və SSRİ-nin Almaniyaya qarşı müharibənin əvvəlində Sovet-Yapon bitərəflik paktının imzalanmasının nəticəsi kimi Çinə edilən yardımını dayandırdı.[1]
1940-cı ilin sentyabrında Yaponiya Vişi Fransası tərəfindən nəzarət edilən Hind-Çin istiqamətindən Çinin əsas ərazilərini tutaraq, onun dünya ilə əlaqəsini kəsdi. Yaponlar, Vişi hökuməti ilə olan sazişlərini pozdular və öz məqsədlərinə çatdılar. 27 sentyabrda Yaponiya, Almaniya və İtaliya ilə hərbi müttəfiqlik barədə müqavilə imzaladı. ABŞ, Yaponiya və Almaniya arasında olmuş gizli diplomatik yazışmanı bilənə, yəni 1944-cü ilə qədər bu ölkələrin az olsa da, əlaqələri var idi.[2]
1941-ci ildən münaqişə zəifləmişdi. Baxmayaraq ki, Yaponiya Çinin şimal, mərkəzi və sahilyanı ərazilərinin çox hissəsini işğal etmişdi, lakin Homindan hökuməti Çinin içərilərinə doğru geri çəkilmişdi. Eyni zamanda, Çinin şimal və mərkəzi hissələrinin yaponlar tərəfindən nəzarət olunması bir az seyrək idi, belə ki Yaponiya adətən dəmiryollarına və əsas şəhərlərə nəzarət edirdi, lakin geniş Çin vilayətlərində əsas hərbi və inzibati idarələr yox idi. Yaponlar, cənub-qərbi Çində dağlara çəkilən Çin ordusuna və kommunist çinlilərin şimali və şərqi Çində formalaşdırdığı partizan hərəkatına qarşı mübarizə aparırdılar.
Yaponiya, bir neçə kukla dövlətlər qurmuşdu və bunlardan biri də Vanq Cinqveyin rəhbərlik etdiyi hökumət idi, halbuki Çin əhalisinə qarşı zalım siyasətləri bu hökumətlərə hər hansı real güc gətirmədi və bir neçə rəqib hökumətlər Çan Kayşinin rəhbərliyi ilə Homindan hökuməti tərəfindən məğlub edildi. Çinli kommunist və homindançı hərbi qüvvələrin düşmən xəttləri arxasında ərazi nəzarəti üçün mübarizələri, 1941-ci ilin yanvarında mühüm hərbi toqquşma ilə əməkdaşlıqlarının bitməsinə səbəb oldu.[3]
Yaponlar Şanxay, Uxan və Chongqing kimi Çin şəhərlərini bombalamış və 1938-ci ilin fevralından 1943-cü ilin avqustuna qədər 5000-ə yaxın hava reydləri həyata keçirmişdilər. Yaponiyanın intensiv olaraq Çin şəhərlərini bombalaması 260.000–350.934 nəfər dinc insanın ölümünə səbəb olmuşdu.[4][5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.