İbrahim Zeynalov (tarixçi)
Azərbaycan tarixçisi, tarix elmləri doktoru, BDU-nun Azərbaycan tarixi kafedrasının professoru From Wikipedia, the free encyclopedia
Remove ads
İbrahim Zeynalov (tam adı: Zeynalov İbrahim Xudaverdioğlu; 5 fevral 1954, Aşağı Ayıblı, Tovuz rayonu) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının professoru, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı[1].
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Remove ads
Həyatı
İbrahim Zeynalov 5 fevral 1954-cü ildə Tovuz rayonunun Əyyublu kəndində anadan olmuşdur. 1971-cı ildə Tovuz rayonunda orta məktəbi bitirmişdir. 1980-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsini bitirmişdir.
1980–82-ci illərdə Tovuz rayonu Xəlfəli kəndində tarix müəllimi işləmişdir. 1972–74-ci illərdə ordu sıralarında ADR-də xidmət etmişdir. 1982–1985-ci illərdə Bakı Dövlət Universitetinin Sov.İKP tarixi ixtisası üzrə əyani aspiranturada təhsilini davam etdirmişdir.
1986-ci ildən Bakı Dövlət Universiteti Sov.İKP tarixi (siyasi tarix) kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır.
1986-cı ildə "Respublika xalq nəzarəti orqanlarının fəaliyyəti" mövzsusunda dissertasiya müdafiə etmiş və tarix elmləri namizədi elmi dərəcəsi almışdır.
1999-cu ildə "Azərbaycanın iqtisadi və sosial inkişafı (1970–1980-ci illər) mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir və 2000-ci ildə tarix elmləri doktoru elmi dərəcəsini almışdır.
1999-cu ildən Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının dosenti, 2000-ci ildən həmin kafedranın professoru vəzifəsini icra edir.
7 monoqrafiyanın, 20-dən çox dərs vəsaitinin, 3 kitabın, 6 dərsliyin, 10-dan çox fənn proqramının, ümumilikdə 280-dan çox elmi məqalənin müəllifidir.[2]
Remove ads
Mükafatları
- 1993-cü ildə A.Bakıxanov adına mükafata və diploma layiq görülmüşdür.
- 1999-cu ildə Azərbaycan Respublika Ziyalılar Cəmiyyəti və Azərbaycan Jurnalistləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin Fəxri diplomu və mükafatı ilə təltif olunmuşdur.
Əsərləri
- Azərbaycanın sosial-iqtisadi inkişafı-XX əsrin ikinci yarısında. Dərs vəsaiti.Bakı, 2004.
- Tarix. Dərs vəsaiti. Bakı, 2006.
- İzahlı tarix teriminləri lüğəti. Bakı, 2006.
- X sinif yeni tarix. Dərs vəsaiti. Test tapşırıqları. Bakı, 2007.
- XI sinif Azərbaycan tarixi. Drəs vəsaiti. Test tapşırqları. Bakı, 2008.
- Yeni tarix. X sinif. Dərs vəsaiti. Bakı, 2008.
- Azərbaycanın sosial-iqtisadi inkişafı XX əsrin II yarısında. Magistrlər üçün proqram.Bakı, 2003; yeniləşdirilmiş nəşr 2008.
- Azərbaycanın iqtisadi inkişafı müstəqillik dövründə. BDU-nun xəbərləri.Humanitar elmlər seriyası.2004, № 1, s.166–171.
- Azərbaycanın sosial-iqtisadi inkişafında dövlət proqramı. BDU-nun xəbərləri.Humanitar elmlər seriyası.2005, № 4, s.150–159.
- Müstəqil Azərbaycanda neft amili və iqtisadi inkişaf. BDU-nun xəbərləri.Humanitar elmlər seriyası.2006, № 1, s.68–76.
- Müstəqillik dövründə Azərbaycanda demoqrafik inkişafın bəzi problemləri. BDU-nun xəbərləri.Humanitar elmlər seriyası.2007, № 3, s.71–78.
- Azərbaycanda aqrar bölmənin inkişafında neft amilinin rolu. Tarix və onun problemləri. Bakı, № 2, 2007,s.133–140.
- Azərbaycan Respublikasında yoxsulluğun azaldılması dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir. Tarix və onun problemləri. Bakı, № 1–2, 2008,s.230–237.
- Heydər Əliyev və Azərbaycan gəncləri. BDU-nun xəbərləri. Humanitar elmlər seriyası. № 2, 2008.
- Azərbaycan KP MK-nın İX Plenumu 6 iyul 1959 haqqında BDU-nun Elmi Xəbərləri humanitar seriyası. Bakı N2.
- İkinci dünya müharibəsi Vətən tarixində. Bakı Pedagoji Kadrların İxtimsasartırma və Yenidən Nazirlanma İstitutunda 29 aprel Böyük Vətən müharibəsinin qələbəsinin 65-ci illiyinə həsr olunmuş elmi-praktik konfrans 2010.
- Demokratiya ilə zorakılıq bir araya sığmır BDU-Xəbərləri humanitar elmlər seriyası N7, 2011.
- Azərbaycan müstəqilliyinə aparan yollar (inglis dilində) Vision of Azerbaijan jurnalı, 2011.
- İn name of İndependence 20 January 1990. Vision of Azerbaijan. 2011.
- Azərbaycan Respublikasının inkişafı BDU-nun Xəbərləri HUmanitar elmlər seriyası N2, 2012.
- 1969–1982-ci illərdə Azərbaycan Dövlətinin rəhbəri Ümumilli lider Heydər Əliyevin fəaliyyəti arxiv sənədləri əsasında Tarix və Onun problemləri Ümumlider Heydər Əliyevin 90 ilik yubileyinə həsr olunmuş Xüsusi buraxılış 2013 N3.
- Zəmanənin böyük şəxsiyyəti. Ulu öndər Heydər Əliyevin 90 illiyinə Azərbaycan xalçaları-elmi bədii jurnalı, 2013 N 7.
- 10 iyul 1959-cu il Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Plenumu Azərbaycan yeni rəhbərinin seçilməsi BDU Xəbəri (humanitar elmlər seriyası 2014 N2.
- İkinci Dünya müharibəsindən sonrakı dövrdə repressiyaların yeni dalğası Heydər Hüseynov haqqında həqiqətlər. BDU Xəbərləri humanitar elmlər seriyası 2014, N3.
- Totalitar sovet cəmiyyəti: tarixin ibrət dərsləri (Azərbaycan SSR XX əsrin 20–50-ci illərində). Bakı, "Ləman nəşriyyatı poliqrafiyası" MMC, 2017, s.724, 45 ç.v. (monoqrafiya).
- 1945–1946-cı illərdə Ermənistan rəhbərliyinin Dağlıq Qarabağın Ermənistana verilməsi ilə bağlı Moskva rəhbərliyi qarşısında məsələ qaldırılması. Bakı, Bakı Universitetinin Xəbərləri,2017, № 1, s.81–90.
- "Mircəfər Bağırov və Dağlıq Qarabağ məsələsi" BDU Xəbərləri (humanitar elmlər seriyası) 2017, № 2, s.
- Azərbaycan Cümhuriyyətinin yaranması və fəaliyyətində Fətəli Xan Xoyskinin yeri və rolu. Azərbaycan Xalq Cümhuriyyəti — 100: Müsəlman Şərqində ilk Parlamenti Respublika 21–23 may 2018-ci il Beynəlxalq Elmi Konfransın Xülasələri s.7
- Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və Fəaliyyətində Fətəli Xan Xoyskinin yeri və rolu. Azərbaycanın Xalq Cümhurriyyətinin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransının Materialları 21–23 May 2018 il, s. 40–45.
- Fətəli Xan Xoyski, həmməülif // Bakı Dövlət Universitetinin — Humanitar elmlər seriyası, N2, 2018, s. 54–65
- Heydər Əliyev və Azərbaycan Respublikasında Milli Ordu Quruculuğu məsələsi.// Bakı Universitetinin Xəbərləri-Humanitar elmlər seriyası N2, 2018, s. 215–224
- Heydər Əliyev və Azərbaycanın sosial-iqtisasdi inkişafında dönüş mərhələsi: (1969-1982-ci illər) “Tarix və onun problemləri”, Bakı, Adiloğlu, 2018, əsh. 55-65
- Heydər Əliyev və Azərbaycanın sosial-iqtisasdi inkişafında dönüş mərhələsi: 1969-1982-ci illərin arxiv sənədləri əsasında Ümummilli lider *Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev dühası və intibah dövrünün davamlı inkişafı.” Respublika elmi konfransının materiallrı, Bakı,BDU nəşriyyatı, 2020 7 may, s. 22-26
- Heydər Əliyev və Azərbaycan Respublikasında Milli Ordu Quruculuğu məsələsi, Bakı, BDU nəşriyyatı, 2020, s. 78-88
- Heydər Əliyev Azərbaycanda sosial-iqtisadi və mədəni inkişafda intibahın və inkişafın banisidir. Bakı, BDU nəşriyyatı, 2020, s. 46-56
- Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. “Tarix və onun problemləri”. Bakı, 2021, №3, səh. 64-74
- İlham Əliyev: Azərbaycan son 17 ildə uğurlu siyasətin davamı. Zəfər Epopeyası. Bakı, 2021, səh. 216-233
- Qarabağ Azərbaycandır. Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası Azərbaycan Respublijkasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. “Tarix və onun problemləri”. Bakı, Adiloğlu, 2021, səh. 64-70
- Terror aktları: bəşəriyyətə, insankığa qarşı çevrilmiş cinayət. “Tarix və onun problemləri”. Xüsusi buraxılış. (Qarabağ Azərbaycandır!) Bakı, Adiloğlu, 2020, səh. 11-22
- Tovuz döyüşləri Ermənistanın iflasının başlanğıcıdır. Zəfər Epopeyası. Bakı, 2021, səh. 244-257
- 44 günlük Vətən müharibəsində Ermənistanını hərbi-siyasi iflası. Bakı, 2021, səh. 56
- Soyqırım-sülh və bəşəriyyətin əleyhinə olan cinayətlərin bir növüdür. “Tarix və onun problemləri”. Bakı, Adiloğlu, 2022, səh. 5-13
- Qarabağ xanlığının mərkəzi olan Şuşa şəhər-qalasının inşa edilməsi (“Qarabğnmələr” üzrə müqayisəli təhlil.) “Tarix və onun problemləri”. Xüsusi buraxılış. (Şuşanın 270 illiyinə və 44 günlük vətən müharibəsinin 2-ci ildönümünə həsr olunub) Bakı, Adiloğlu, 2022, səh. 5-9.
- Bakı Dövlət Universiteti və Tarix fakültəsinin 100 yaşı tamam olur. “Tarix və onun problemləri”. Bakı, Adiloğlu, 2019, səh. 82-93
- Azərbaycan Xalq Cümhuriyyəti Şərq dünyasının ilk demokratik dövlətidir. Pedaqoji Universitetin Xəbərləri, Bakı, 2019, səh. 151-159
- Totalitarizm dövründə sovet hakimiyyət orqanlarının antimilli siyasəti. “Tarix və onun problemləri”. Bakı, Adiloğlu, 2019, səh. 19-23
- Alman Sovet müharibəsi dövründə Azərbaycan xalq təsərrüfatı. Bakı neft...milli ayrı seçkilik "Международный научный журнал" №1 Almatı, 2025.
Remove ads
İstinadlar
Xarici keçidlər
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads