Üzeyir Hacıbəylinin ev-muzeyi (Bakı)

From Wikipedia, the free encyclopedia

Üzeyir Hacıbəylinin ev-muzeyi (Bakı)map

Üzeyir Hacıbəylinin Ev Muzeyi — Azərbaycan professional musiqisinin banisi, Şərqin ilk operasının "Leyli və Məcnun", Azərbaycan Dövlət Konservatoriyasının (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası), ilk simli kvartetin, ilk dövlət xorunun yaradıcısı, ilk xalq çalğı alətləri orkestrinin yaradıcısı və Azərbaycan Respublikasının Dövlət Himninin bəstəkarı Üzeyir bəy Hacıbəylinin (keçmiş Verxnyaya priyutskaya, sonralar Ketsxoveli) indiki Ak. Şamil Əzizbəyov 67/69 ünvanında yerləşən 1915-1942-ci illər ərzində yaşadığı evdə təşkil olunmuş muzeydir.

Cəld faktlar Əsası qoyulub, Açılış tarixi ...
Üzeyir Hacıbəylinin ev-muzeyi
Thumb
Thumb
Əsası qoyulub 1975
Açılış tarixi 20 noyabr 1975
Mövzu Azərbaycan musiqisi
Ölkə Azərbaycan
Yerləşir Bakı Bakı
Ünvan Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi 67/69
Direktor Sərdar Fərəcov
Telefon

(012)5952558 (ekspozisiya)

(012)5952534 (inzibati hissə)
40°22′38″ şm. e. 49°49′49″ ş. u.HGYO
 Vikianbarda əlaqəli mediafayllar
Bağla

Tarixi

KP MK-nın birinci katibi vəzifəsində çalışan Heydər Əliyevin təşəbbüsü ilə Bakıdakı (keçmiş Verxnyaya priyutskaya, sonralar Ketsxoveli) indiki Şamil Əzizbəyov 67 ünvanında yerləşən – bəstəkarın 1915-1942-ci illər ərzində yaşadığı[1] evdə muzey təşkil olundu və 1975-ci il noyabr ayının 20 –də muzeyin təntənəli açılışı oldu. Muzeyin tərtibatında və hazırlanmasında Azərbaycan xalq rəssamı Kazım Kazımzadənin və memar Eduard Kruikinin böyük əməyi olmuşdur. Muzeyin divarındakı mozaika üzərində rəssam Rəhman Hadıyev çalışıb.[2]

Bəstakarın 1915-1942-ci illər ərzində yaşadığı bu evdə onun bir çox əsərləri, o cümlədən Azərbaycan milli musiqisinin tacı olan "Koroğlu" operası bəstələnmişdi. Vaxtı ilə Üzeyir bəyin şəxsi katibi olmuş, sonradan isə ev muzeyinin direktoru vəzifəsində çalışmış Ramazan Həmzət oğlu Xəlilovun təşəbbüsü ilə bəstəkarın şəxsi və ev əşyaları toplanıb muzeyə təhvil verilmişdir.

Muzeyin müxtəlif dövrlərdə direktorları

  1. Şıxıyev N.M (1972-1975)
  2. Xəlilov R.H (1975-1999)
  3. Xəlilova N.R (01.1999-09.1999)
  4. Mirzəzadə S.İ (1999-2005)
  5. Fərəcov S.F (2005-)

Strukturu

Muzey 4 otaq (ekspozisiya zalları), şüşəbənd, kinozal, sərgi salonu və administrativ hissədən ibarətdir.

Tabeçiliyi

Muzey Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

İstinadlar

Həmçinin bax

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.