Çyu Cou
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Çyu Cou (əvvəlki adı: Çzyanin) — Çin Xalq Respublikasının Xunan əyalətində şəhər.
Çyu Cou | |
---|---|
27°50′27″ şm. e. 113°08′49″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +86 731 |
Poçt indeksi | 412000 |
Nəqliyyat kodu | 湘B |
Digər | |
hnzz.gov.cn | |
Vikianbarda əlaqəli mediafayllar |
Ərazisi 11.420 km2-dir. Synçzyan çayının sahilində, əyalət mərkəzi olan Çanşadan cənub-qərbdə yerləşir.
Şəhər subtropik iqlim zonasında yerləşir və burada musson küləyi üstünlük təşkil edir. Xunan əyalətinin yeraltı mineral resurslarla zəngin bölgələrindən biridir.
2010-cu ilin məlumatına görə şəhərin əhalisi 3 885 609 nəfər olmuşdur.
Çyu Çou şəhəri 4 inzibati - Lusun, Tynyuan, Xetan və Şifen rayonlarına, Lilina adlı şəhər mahalına, eləcə də Çalin, Çju Cou, Yusyan və Yanlin mahallarına bölünür.
Çyu Cou mühüm dəmiryolu qovşağı ilə əhatələnib. Bu qovşağ şəhəri ölkənin şimal hissəsində olan əyalətlərlə birləşdirir. Hər gün buradan 110 qatar keçir ki, bu nəqliyyat vasitəsindən gündə 30 min insan yararlanır.
Çyu Cou Çanşa və Syntan birlikdə "Qızıl Çançjutan üçbucağı" təşkil edirlər.
Çju Cou şəhərində metallurgiya, kimya sənayesi, maşınqayırma (Çju Cou Elektrovozqayırma zavodu) və tikinti sənayesi inkişaf etməkdədir. Çju Cou əyalətin ikinci böyük şəhəridir. Burada Synyan çayının sahilində 35 km² ərazini əhatə edən Yüksək Texnologiyalar Zonası yaradılıb. Bu zonada dünyanın bir sıra aparıcı şirkətlərinin filialları fəaliyyət göstərir. Bura "Siemens", "Yamaha", "McDonald's" və "KFC" kimi iri şirkətlər daxildir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.