Remove ads
From Wikipedia, the free encyclopedia
Çingiz Oveys oğlu Qacar (6 iyun 1929, Bakı – 12 iyun 2021, Bakı) — Azərbaycanlı fizik, ictimai xadim, publisist, "Şöhrət" ordeni laureatı, əməkdar elm xadimi, AMEA həqiqi üzvü və AMEA Fizika İnstitutunun keçmiş direktoru və "Molekulyar spektroskopiya laboratoriyasının" keçmiş rəhbəri.[1]
Çingiz Oveys oğlu Qacar 1929-cu il iyunun 6-da Bakı şəhərində anadan olub.[1] Onun ulu babası məşhur Qacarlar sülaləsinin ziyalı nümayəndələrindən olan Bəhmən Mirzə Qacar idi.[2] Ç. Qacar orta məktəbi bitirdikdən sonra təhsilini 1947–1953-cü illərdə Leninqrad Politexnik İnstitutunda[1] texniki fizika ixtisası üzrə davam etdirib.[3] O, institutu bitirdikdən sonra, 1953-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat İnstitutunun Radiofizika laboratoriyasında işləməyə başlamışdır.[1]
Çingiz Qacar | |
---|---|
Doğum tarixi | 06 iyun 1928-ci il |
Doğum yeri | Bakı |
Vəfat tarixi | 12 iyun 2021-ci il (92 yaş) |
Vəfat yeri | Bakı |
Dəfn yeri | Bakı, İkinci Fəxri Xiyaban |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Elm sahəsi | Molekulyar fizika |
Elmi dərəcəsi | Fizika-riyaziyyat elmləri doktoru |
Elmi adları | Professor, akademik |
İş yeri | Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutu |
Alma-mater | Leninqrad Politexnik İnstitutu |
Təhsili | Texniki fizika sahəsində mühəndis - tədqiqatçı |
Tanınır | Molekulyar spektoroskopiya sahəsində tədqiqatçı-alim, Qarabağ, Naxçıvan, Qacarlar, Azərbaycan mədəniyyəti, tanınmış tarixi şəxslər haqqında kitabların müəllifi |
Mühüm layihələri | "Naxçıvan - dünyanın ən qədim şəhərlərindən biri", "Qədim və Orta əsrlər Azərbaycanının dahi şəxsləri", "Qədim Şuşa", "Qədim Bakı" |
Mükafatları |
|
Əmək fəaliyyətinə 1953-cü ildən Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunun Radiofizika laboratoriyasında başlayan Çingiz Qacar burada kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi olub. 26 fevral 1971-ci ildən "Mikrodalğalı spektoroskopiya" laboratoriyasına rəhbərlik edib. [3]
1970-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində dərs deyib.
1973-cü ildə "Bəzi biratomlu spirtlərin və onların əvəzedicilərinin mikrodalğalı spektoroskopiyası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
O, elmi fəaliyyətini 1973-cü ildən SSRİ Müdafiə Sənayesi Nazirliyi Tədbiqi Fizika İnstitutunun filialinda davam etdirib. Burada institutun əsas elmi istiqamətlərindən biri olan tətbiqi spektroskopiya şöbəsinə müdir təyin edildikdən sonra oraya ən istedadlı alimləri toplayıb. 1986-cı ildə Tədbiqi Fizika ETİ filialı Fotoelektonika ETİ adlandırılmışdır. Onun rəhbərliyi altında şöbənin kollektivi bir sıra maraqlı nəticələr əldə edib, nadir qeyri-standart elmi cihazların işlənib hazırlanması, quraşdırılması və zavod şəraitində kiçik seriyada istehsalı ilə məşğul olublar. Ç. Qacar İK-diapazonlu optik rabitə sistemlərinin parametrlərinin fiziki tədqiq metodlarının işlənib hazırlanması ilə bağlı yeni elmi istiqamətin yaradıcısıdır. Onun rəhbərliyi ilə TUBİTAK Türkiyə Elmi Mərkəzində "Kompüterləşdirilmiş topoqrafik istilikgörmə" layihələşdirilib konstruksiya olunub. Həmin kompleks Türkiyə Topoqrafik Mərkəzi ilə müvəffəqiyyətlə sınaqdan keçirilib.
Ç. Qacarın mikrodalğalı dövri spektroskopiya sahəsində işləri böyük maraq doğurur. İlk dəfə o, biratomlu spirtlərin onların çoxsaylı izotop əvəzedici analoqları ilə trans və qoş-konformerlərinin (etanol, propanol) fırlanan spektrlərini oxuyub və molekulyar strukturları və dipol momentləri araşdırıb. Bundan başqa, akademik etilmerkaptanın, etilftoridin və allil spirtin molekullarının fırlanan mikrodalğalı spektrlərini də araşdırıb.
Ç. Qacar 1980-ci ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir. Ç.Qacar Ali məktəbin fizika-mexanika fakültəsində oxuduğu illərdə dünyanın tanınmış alimlərindən sayılan A.F.İoffe, J.İ.Frenkel, D.N.Nasledov və başqalarından dərs alıb. O, tələbəlik illərində Avropa mədəniyyətinə maraq göstərmişdir.
Çingiz Qacar 12 iyun 2021-ci ildə vəfat etmişdir. İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.[4]
Molekulyar spektroskopiya sahəsində elmi əsasların yaranmasında kompleks işlər gördüyünə və geniş istifadəli elektron cihazların istehsal texnologiyasına görə Ç. O. Qacar 1982-ci ildə Azərbaycan SSR-nin Dövlət Mükafatına və SSRİ EA-nın S. İ. Vavilov adına mükafata layiq görülüb, 2004-cü ildə isə Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunub.
Ona 1990-cı ildə Azərbaycan SSR Əməkdar Elm Xadimi fəxri adı verilib.
18 aprel 2014-cü ildə Akademik Çingiz Qacar fizika elmi sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə Nəsirəddin Tusi adına mükafata layiq görülüb[5].
"Qədim və orta əsrlər Azərbaycanın görkəmli şəxsiyyətləri" (rus, ingilis və Azərbaycan dillərində), "Qacarlar", "Köhnə Bakı", "Köhnə Şuşa", "Tiflis. Vorontsova 53, 55". "Qədim və orta əsrlər Azərbaycanın görkəmli şəxsiyyətləri" kitabının yazılmasının maraqlı tarixçəsi var. Çingiz Qacar Leninqradda (indiki S.-Peterburq) oxuyarkən tələbəlik dostu, milliyyətcə gürcü olan Nuqzar Eliosaşvili ilə həmişə Azərbaycan və gürcü xalqlarından hansının daha çox görkəmli şəxsiyyətləri olmaları barədə mübahisə aparmışlar. Mübahisə bu kitab yazılana qədər davam etmişdir. Həmin kitab nəşr olunduqdan sonra Nuqzar Eliosaşvili özünün məğlubiyyətini ona yazdığı məktubunda etiraf etmiş və akademikin bu kitabını "Azərbaycanın görkəmli şəxsiyyətlərindən tərtib olunmuş Mendeleyev cədvəli" adlandırmışdır. Akademikin bu kitabı ingilis dilinə tərcümə edilmişdir.
O, fizikanın sahələri və tarixinə aid azərbaycan, rus və ingilis dillərində yazılmış on monoqrafiyanın müəllifidir. Ç. Qacar Azərbaycanın birinci xanımı YUNESKO və İSESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi "Azərbaycan İrs" jurnalının redaktorlarından biri olmuşdur.
Ç.O.Qacar 2009–2012-ci illərdə AMEA Fizika İnstitutunun direktoru vəzifəsində çalışmışdır. 1973-2021-ci illərdə akademik Fotoelektronika ETİ və AMEA Fizika İnstitutlarında Molekulyar spektroskopiya laboratoriyasının rəhbəri olmuşdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.