From Wikipedia, the free encyclopedia
Çin bağı (ing. Chinese Garden) — çin bağı stilində süni adada salınmış park. Park Sinqapurun Qərb rayonunda Curoq su anbarında yerləşir. 1975-ci ildə JTC Corporationşirkəti tərəfindən salınmışdır.
YaponÇin bağı | |
---|---|
ing. Chinese Garden, malay Taman Cina, çin. 裕华园, tam. சீனத்தோட்டம், சிங்கப்பூர் | |
Məlumatlar | |
Ölkə | |
Sahəsi | 0,013 |
Yaradılıb | 1975 |
Saytı | jtc.gov.sg |
Xəritədə yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Park pulsuz olarq səhər saat 6:00-dan axşam 19:00 qədər açıq olur. Adaya Yapon bağı parkından uzanan körpü ilə gəlmək mümkündür. Bu iki park birlikdə Curonq baları adlanır.
Parkda hər il ənənəvi olan Çin yeni ili və Payızın ortası bayramı qeyd edilir.
Parkın uzunluğu 630 m, eni 450 metrdir.
Parkın əsas girəcəyində iki daş aslan vardır. onlar ənənəvi Çin quruluşuna malikdir[2]. Abidələr tayvan mərmərindən hazırlanmışdır. Çin mədəniyyətində aslan gücü və sadiqliyi simbolizə edir[3].
Çin bağlarında körpülər mühüm rol oynayır. "Ağ qurşaq" adını alan aşırımlı körpü Yapon bağına gedən əsas körpüdür. deyil Pekindəki İxeyuan yay sarayı körpüsünün eynisini təşkil edir[2] Ancaq əsas fərq Pekindəki körpüdən fərqli olaraq 17 deyil 13 aşırımlı olmasıdır.
7 qatlı paqoda elədə göyük olmayan təpənin üzrərində yerləşir. Tikili Nankin şəhərində olan paqodanın əksidir[2].
Bağın bu hissəsi 1992-ci ilin iyununda 3.8 milyon dollara başa gəlmişdir. Burada Çin, Malayziya, Yaponiya, Filippin, İndoneziya və Taylanddan[2] gətirilmiş 2 000 növ bitki vardır.
Burada həmçinin bu incəsənəti öyrətmək üçün kurs vardır[3].
Muzeydə 60 növə aid 200-dən çox tısbağa saxlanılır[2].
Bu giriş Chinese Garden metro stansiyasının ağzında yerləşir. parka giriş ancaq qırmızı körpü ilə təmin edilir. Bu girişdə 4 daş aslan vardır.
Burada ənənəvi çin elementlərinə rastlamaq mümkündür.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.