Remove ads
From Wikipedia, the free encyclopedia
Çaka bəy (?-1092) — Oğuzların Çavundur boyuna mənsub türk sərkərdəsi və hökmdarı. İlk türk admiralı.[1][2]
Çaka bəy | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | XI əsr |
Vəfat tarixi | 1092 |
Fəaliyyəti | hərbi qulluqçu |
Rütbəsi | Admiral |
Vikianbarda əlaqəli mediafayllar |
Çaka bəyliyi İzmirdə qurulduğu üçün bir çox dəniz fəaliyyəti reallaşdırmış, dəniz döyüşlərində əhəmiyyətli rol oynamışdır. Ayrıca ilk Türk dənizçi dövlətdir. Çaka bəyin Çanaqqala bölgəsini ələ keçirməsindən sonra öz suverenliyi üçün narahat olan kürəkəni Birinci Kılıçarslan 1092-ci ildə Çaka bəyi öldürtmüş və bu bəyliyə son vermişdir.Tarixçilər qeyd edirlər ki, Çaka bəyin öldürülməsində Bizansın əli vardı.[3]
Çaka bəy dövləti Qərbi Anadoluda İslamın qəbul olunmasından sonra inkişaf edən Türk hökmdarlıqları dövründə mövcud olması baxımından çox əhəmiyyətlidir. Çünki Avropanın şərqində və bu bölgələrdə daha əvvəllər, Roma Dövləti və ayrılmadan sonra Şərqi Roma İmperiyası (Bizans) sərhədləri içində yaşayan müsəlman olmayan türk tayfaları mövcud idi.
Peçeneqlər 1048-ci ildə Tunayı keçərək Bizansa axına başladılar. Peçeneqlər Boğazı atlarıyla keçən yeganə xalqdır.1050-ci ildə Ədirnəni mühasirə edən Peçeneqlər, 1053-cü ildə Bizansı ağır məğrubiyyətə uğratdılar. 1090-cı ildə Böyük Siyirtməyə qədər gəldilər. Bu dövrdə bizanslılar qərbdə Peçeneq türkləri, Anadoludan Səlcuq türkləri, İzmir və ətrafında Çaka bəy ilə döyüşmək məcburiyyətində idilər.
Peçeneqlərin İstanbulu almaq istəyən Çaka bəy ilə razılaşmaları olur. Peçeneqlər qurudan, Çaka bəy isə dənizdən İstanbulu mühasirə etməli idi. Bizans bu təhlükədən özünü başqa bir türk soyu, Qıpçaqların köməyilə xilas etdi. Oğuzlardan sonra Balkanlara gəlmiş olan Qıpçaqlarla razılaşan Bizans, Meriç (1091- Meriç döyüşü) sahilində köçəri iki gücü bir-birinə qarşı qoydu. Nəticədə Peçeneqlər ağır məğrubiyyətə uğradılar. Bu hadisədən sonra Peçeneqlərin bir qismi Macarıstana çəkilərək macarlara qarışdı. Bir qisimi də Vardar çayı boyunca yerləşdilər və slavyanlaşdılar. Bir qisimi də Bizanslılar tərəfindən əsir alınaraq, Qıpçaqlarla birlikdə Anadoluya, Səlcuqlara qarşı yerləşdirildi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.